Elçin Quliyev DSX şəxsi heyətini təbrik etdi
Icma.az, Axar.az saytına istinadən bildirir.
8 Noyabr Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən möhtəşəm səhifələrindən biri, milli iradəmizin, yenilməz ruhumuzun və sarsılmaz birliyimizin təntənəsidir.
Axar.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyevin 8 Noyabr – Zəfər Günü münasibətilə şəxsi heyətə təbrikində deyilir.
"Bu tarixi gün xalqımızın ədalətə inamının, Vətən sevgisinin və müqəddəs torpaqlarımız uğrunda mübarizə əzminin əbədi rəmzinə çevrilib", - DSX rəisi bildirib.
Təbrikdə qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasını qətiyyətlə davam etdirən Prezident İlham Əliyevin uzaqgörən siyasəti, sarsılmaz iradəsi və müdrik sərkərdəliyi sayəsində 2020-ci ildə 44 gün davam edən Vətən müharibəsi xalqın möhtəşəm Qələbəsi ilə başa çatıb:
"Bu şanlı Qələbənin qazanılmasında Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti də öz döyüş məharəti, yüksək peşəkarlığı, mərdliyi və fədakarlığı ilə fərqlənmiş, Vətən qarşısında müqəddəs borcunu şərəflə yerinə yetirib.
İşğaldan azad edilmiş torpaqlarımızda dövlət sərhədlərinin bərpa olunması, sərhəd mühafizəsi və müdafiəsi sisteminin yenidən qurulması Dövlət Sərhəd Xidmətinin tarixi missiyasının ən mühüm mərhələlərindən biri olub. Bu gün həmin torpaqlarda üçrəngli Dövlət Bayrağımızın əzəmətlə dalğalanması hər bir Azərbaycan sərhədçisi üçün sonsuz qürur və şərəf mənbəyidir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:36
Bu xəbər 08 Noyabr 2026 14:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















