Icma.az
close
up
RU
Menu

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Bu meyvələrin qabığını yemək olarmı?

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

Arxası üstə yatmaq kimlər üçün təhlükəlidir?

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

AZAL təyyarəsi ilə bağlı bütün məsələlər tamamilə həll olunub Rəhman Mustafayev

Gündə 50 qramdan artıq yemək zərərlidir

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

Üzüm və Şərab Festivalının əyləncə proqramı açıqlanıb

Eldar Babazadə: Yaratmaq istədiyiniz anı dəyərləndirmək lazımdır

Eldar Babazadə: Yaratmaq istədiyiniz anı dəyərləndirmək lazımdır

Icma.az bildirir, Xalqcebhesi saytına əsaslanaraq.

Eldar Babazadənin emalatxanasına daxil olanda, sanki paralel reallığa qədəm qoyursan: burada arxetiplər, qədim sivilizasiyaların kölgələri, xəyallardan gələn obrazlar canlanır. Onun rəsmləri sadəcə vizual təsvirlər deyil, hər bir detalın çəkisi və mənası olan şifrli mesajlardır.

Eldar Babazadə sadəcə rəssam deyil, o, Şərqlə Qərbi, keçmişlə indiki dövrü, işıqla kölgəni birləşdirən obrazların kimyagəridir. Tanınmış sənətkar AZƏRTAC-a müsahibəsində uşaqlıq xatirələri, özünü axtarış prosesi, sənətdə zamanın rolundan danışıb.

- Yaratmaq istədiyiniz hər hansı bir dövrü seçmək imkanı olsaydı, hansına üstünlük verərdiniz?

- Əvvəla, bu çox maraqlı sualdır. O sizi düşünməyə vadar edir, çünki bütün dövrlərin hər birində az bir müddət ərzində olmaq istəyi var – onların hərb biri yaxşıdır. Lakin birini seçmək lazımdır. Əslində, mən Renessans dövrünü sevirəm. Orada incəsənət elmlə yanaşı gedir və rəssam sadəcə sənətkar deyil, həm də mütəfəkkir, tədqiqatçıdır. O, yeni ideyalar irəli sürür.

Amma yenə də mən impressionizm dövrünü seçərdim. Həmin dövrdə rəssamlar stereotipləri dəyişdirib bədii elitaya yeni, mütərəqqi ideyalar gətirirdilər. Orada forma artıq əhəmiyyət kəsb etmirdi, önəmli olan işıq və ifadə idi.

- Əsərləriniz simvolizm və mistisizmlə doludur. Bu mənzərənin arxasında nə dayanır?

- Əslində mənim bütün əsərlərim məhz belə yazılıb. Rəsmlər, prinsipcə, düşüncələr üçün yer buraxmalıdır. Yalnız bir formanın olması mütləq deyil - bir ideya, hətta görünüşdə kamuflyaj edilmiş bəzi düşüncələr olmalıdır. Əsərlərimdə obrazlar daha çox milli notlar daşıyır. Mən köhnə şəhərim İçərişəhəri çox sevirəm və bu simvolizm orada həmişə mövcuddur.

- Siz rəssamlar ailəsində dünyaya gəlmisiniz. Yolun əvvəlcədən müəyyən edildiyini hiss etmədinizmi? Yoxsa özünüz bu sənətə gəldiniz.

- Bəli, atam da, anam da rəssamdırlar. Anam Riqa Rəssamlıq Akademiyasının kiçik heykəltaraşlıq sinfini bitirib, atam isə heykəltaraşdır. Mən uşaqlıqdan bu yaradıcı mühitin əhatəsində olmuşam. Valideynlərim məni işə cəlb etdilər, fiziki işlərdə onlara kömək edirdim və beləliklə, sənətə qoşulurdum. Baxmayaraq ki, uşaqlıqda tamamilə fərqli planlarım var idi: gah kapitan, gah hərbçi, gah da kəşfiyyatçı olmaq istəyirdim. Rəssam olacağım heç ağlıma da gəlmirdi. Lakin hər şey planlı şəkildə gedirdi: məni öyrədirdilər, sonra alışdım, əvvəlcə bu, həvəskar şəkildə olurdu, sonra isə vərdiş halına gəldi. Daha sonra rəssamlıq məktəbini bitirdim və hər şey öz axarı ilə getdi.

Baxmayaraq ki, valideynlərim mənə müəyyən istiqamət veriblər və buna görə onlara minnətdaram, amma sənətə yolumu özüm tapmışam. Mən öz texnikamı və öz baxışımı müəyyən etdim.

- Kapitan olmaq istədiyinizi dediniz. Hərbi kapitan?

- Bəli, hətta 9-cu sinifdən sonra qaçıb Naximov adına Ali Hərbi Məktəbə qəbul olmuşam. Evdə heç kimin bundan xəbəri yox idi. Hər şey bəlli olanda, atam və anam məni bu cür özbaşınalığa görə sərt şəkildə cəzalandırdılar. Onlar kollecdən sənədlərimi götürüb yenidən məktəbə qaytardılar.

- Ümumiyyətlə hərbi işə maraq necə yarandı?

- Heç bilmirəm. Ola bilsin ki, elmi fantastika kitablarını çox oxumuşdum... Dəniz kapitanı olmaq istəyirdim. Çox güman ki, bu səbəbdən.

- Hansı əsərləriniz sizin üçün daxili dönüş nöqtəsi oldu və niyə?

- Belə bir əsər var. Bu, “İkiüzlü” adlanır. Həmin əsər 2001-ci ildə yaradılmışdı və həyatımda dönüş nöqtəsi oldu. Onun ardınca çoxlu əsər yaratdım ki, orada təsvirlər sanki gildən, qumdan düzəldilmişdi... Onlar doğma yurdumuzun hərarətini daşıyırdı. Bu əsər mənim üslubumu, sənətə münasibətimi dəyişdi.

- Bu rəsmin ideyası necə yarandı?

- Hər şey təsadüfən baş verdi. Ondan əvvəl mən natürmortlar çəkirdim, qeyri-spesifik bir şey - bəzən mənzərələr, bəzən başqa bir şey. Axtarışda idim. Birdən, ağlıma gözəl fikir gəldi. Diqqət etdinizsə, bu əsərdə sanki bir obrazda birləşmiş qadın və kişi var. Bununla demək istəyirdim ki, bu dünyada hər şey bir-birinə bağlıdır. Anladım ki, rəsm özündə fəlsəfi fikir daşımalıdır.

- Siz 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüsünüz. Onun ölkədə müasir rəssamlıqdakı rolunu necə qiymətləndirirsiniz?

- Azərbaycan Rəssamlar İttifaqı təkcə rəssamları deyil, həm də heykəltaraşları, qrafika, tətbiqi sənət nümayəndələrini birləşdirən təşkilatdır... Çox geniş dairədir. Məsələ burasındadır ki, o, rəssamlara, xüsusən də gənclərə yol göstərir, onların yaradıcı işində kömək edir, hər cür şərait və ilkin şərtlər yaradır.

O, həmçinin sərgilər, simpoziumlar təşkil edir, maliyyə dəstəyi göstərir. Rəssam həmişə axtarışdadır, daim yenilik gətirmək istəyir, ona görə də yaxınlıqda kömək etməyə və məsləhət verməyə hazır olan böyük qardaşların olması çox vacibdir. Bu təşkilatın böyük rolu var.

- Siz beynəlxalq simpozium və sərgilərdə Azərbaycanı təmsil etmisiniz. Onlardan hansı xüsusilə yaddaqalan oldu?

- Bəli, xarici sərgi və simpoziumlarla bağlı çoxlu səfərlərimiz olub. Mən Qırğızıstanda, Tatarıstanda, Başqırdıstanda keçirilən tədbirlərdə iştirak etmişəm... Demək olar ki, hər yerdə keçirilən tədbirlərə qatılmışam. Amma ən çox Türkiyəyə, Kiprə səfərim yaddaqalan oldu.

- Neçənci il idi?

- 2012-ci il idi. Bu səfər xüsusilə yaddaqalan oldu, çünki orada təbiətlə, mədəniyyətlə, bu bölgənin tarixi ilə dialoq var idi. Maraqlı idi, hər şey çox məhsuldar keçirdi. Bu qədim xarabalıqlar – yaradıcılıq üçün ilham verdilər. Mən orada yaratmaq istəyirdim. Ətraf mühitin özü orada yaşamaq və işləmək üçün əlverişli idi. Bu, heç bir təlaş olmadan, sakit şəraitdə olub. Biz orada iki həftə qaldıq və hər gün işləmək istəyirdik. Baxmayaraq ki, gedib görməli yerlərdə gəzmək olardı, amma bu, daha ruhlandırıcı idi. Xatırlayıram, yatmaq belə istəmirdik. Gecələr emalatxanada oturub işləyirdik.

- 2012-ci ildə daha bir hadisə baş verdi - siz “Xocalı” müsabiqə sərgisinin qalibi oldunuz. Bu, sizin üçün nə demək idi?

- Bu faciə mənim ruhumda çox dərin iz buraxdı. Mən bu faciəni əsərdə mümkün qədər böyük həcmdə təsvir etmək istədim. Şadam ki, tamaşaçılar bunu hiss etdilər. Sevinirəm, Zəfər gününü gördüm, nəhayət, torpaqlarımız azad edildi. Xocalı və digər aktual mövzularda bir neçə silsiləm var. Onların hər biri mənim münasibətimi əks etdirir. Hesab edirəm ki, xalqın birliyi bizim gələcək firavanlığımızın təminatıdır..

- Üzərində iş aparıla biləcək çox mövzu var. Bütün karyeranız boyu hələ nail ola bilmədiyiniz nəyin üzərində işləmək arzusunda idiniz? Bəlkə onu indi planlaşdırırsınız?

- Düzünü desəm, əvvəllər bu haqda düşünməmişəm. İndi bu barədə düşünməyə başlayıram. Çox fərqli fikirlərim olub. Məsələn, mən “Akvarium” adlı sərgi təşkil etmək istəyirdim ki, orada yalnız balıq rəsmləri olacaq. Hər bir balıqda isə milli mövzular: bayramlar, adət-ənənələr, mədəniyyət, muğam, musiqi, memarlıq, bölgələr... Bütün bunlar balıq obrazlarında öz əksini tapmalı idi.

Daha bir mövzu var – zamanla bağlı. Zaman necə axıb gedir, insanları, məkanı necə dəyişir. Xüsusilə zamana həsr olunmuş silsilə əsərlər yaratmaq istəyirəm.

- Elə bil ki, vaxt daha sürətlə gedir...

- Bəli, hər şey sürətləndi. Həyat yeni texnologiyalarla sürətlənir. Rəssamlar da bu tempə uyğunlaşmalıdırlar. Çünki onsuz da geri qalmaq artıq mümkün deyil. Biz ya zamanla ayaqlaşmalı, ya da ondan ən azı bir addım öndə olmalıyıq.

- Yenicə rəsm çəkməyə başlayan gənc olsaydınız və özünüzlə danışmaq şansınız olsaydı, ona nə deyərdiniz?

- Çox şey demək olardı... Amma qısaca desəm, səhv başa düşülməkdən qorxma. Sənət əbədiyyətlə dialoqdur. Sənətdə dürüst olmaq lazımdır. Belə olan təqdirdə işin həmişə düzgün qəbul ediləcək.

- Yüz ildən sonra rəsminizə baxan tamaşaçının nə hiss etməsini istərdiniz?

- İstərdim ki, tamaşaçı mənim əsərlərimə baxaraq onların çəkildiyi dövrün ruhunu hiss etsin. Özünü zehni olaraq həmin dövrdə hiss edə bilsin. Necə ki, biz indi köhnə ustaların rəsmlərinə baxaraq özümüzü onların dövrlərində hiss edirik. İstərdim ki, yüz ildən sonra insanlar bizim yaşadığımız hərarətli ab-havanı hiss etsinlər.

- Bəzən həyat fortepianodakı düymələrə bənzəyir: ağ, qara...

- Bəli, hər zaman bayram ab-havasında yaşamaq mümkün deyil. Hər şey ardıcıllıqla baş verir. Amma yaratmaq istədiyiniz anı dəyərləndirməlisiniz. Apatiya anları olur, amma təslim olmamağa çalışıram, çünki onlar insanı cəlb edir. Hər vəziyyətdə yaxşı tərəfi axtarmaq lazımdır. Üstəlik, indi ölkəmizdə hər şey yaxşılaşır və yaradıcılıq üçün bir çox ilkin şərtlər var.

Söhbətimizin sonunda rəssam dostluq jesti etdi – o, xatirə hədiyyəsi olaraq AZƏRTAC-ın kolleksiyasına daxil olan fotoaparat hədiyyə etdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:212
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 16 Aprel 2025 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see282

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see277

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see274

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see257

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see256

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see253

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see251

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see247

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see242

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see238

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see230

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

10 Sentyabr 2026 09:12see226

Arxası üstə yatmaq kimlər üçün təhlükəlidir?

10 Sentyabr 2026 09:50see219

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see210

AZAL təyyarəsi ilə bağlı bütün məsələlər tamamilə həll olunub Rəhman Mustafayev

09 Sentyabr 2026 20:28see208

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see205

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see203

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see197

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see181

Üzüm və Şərab Festivalının əyləncə proqramı açıqlanıb

09 Sentyabr 2026 21:40see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri