Icma.az
close
up
RU
Eldar Əzizov Adil Əliyevə töhmət verdi Digər başçıya xəbərdarlıq elan etdi

Eldar Əzizov Adil Əliyevə töhmət verdi Digər başçıya xəbərdarlıq elan etdi

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın rayon icra hakimiyyətlərinin başçıları və şəhər kommunal xidmətlərinin rəhbərlərinin iştirakı ilə növbəti müşavirə keçirilib.

BŞİH-dən Globalinfo.az-a verilən xəbərə görə, Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən verilən məlumata görə, müşavirədə şəhərin sanitar təmizliyinin və onun yaz-yay mövsümünə hazırlığının vəziyyəti, əsaslı təmir, abadlıq və yaşıllaşdırma işləri və o cümlədən qanunsuz tikintilərlə bağlı məsələlər müzakirə olunub.

İclasda çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, rayon icra hakimiyyəti başçıları rayonlarda olan nöqsanları operativ şəkildə aşkar edib aradan qaldırmalı, məsuliyyət və təşəbbüskarlığın bu gün zamanın tələbi olduğunu yadda saxlamalıdırlar.

Eldar Əzizov Suraxanı, Qaradağ və Xəzər rayonlarında sanitar təmizlik məsələlərinin vəziyyətini kəskin tənqid edərək, bu rayonların bəzi qəsəbələrinin ümumşəhər standartlarından geri qaldığını qeyd edib. Yol verilən nöqsanlara görə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısına töhmət, Xəzər Rayon İcra Hakimiyyətinin başçısına isə şifahi xəbərdarlıq elan edilib. Şəhər rəhbəri rayon başçılarından yerlərdə vəziyyəti yaxşılaşdırmaq üçün təcili tədbirlərin görülməsini tələb edib. Töhmət alan Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev çıxış edərək bütün çatışmazlıqların bir ay ərzində aradan qaldırılacağına söz verib.

Toplantıda paytaxt rayonlarinda təmizlik, abadlıq və yaşıllaşdırma ilə bağlı məsələlər müzakirə olunub. Əldə edilən nəticələr qənaətbəxş hesab edilib, Novruz bayramına hazırlıq və işlərin daha da təkmilləşdirilməsi üçün tapşırıqlar verilib.

Toplantıda rayonlarda qanunsuz tikintilərin monitorinqinin nəticələrinə dair görüntülər təqdim edilib. Bu mövzu ciddi müzakirə edilərək aşkar edilmiş qanun pozuntuları əyani surətdə nümayiş etdirilib. Qeyd edilib ki, bu kimi hallar əsasən paytaxtın Sabunçu, Qaradağ, Xəzər və digər rayonlarında aşkarlanıb. Bu kimi neqativ hallarla mübarizə aparmaq üçün müvafiq tapşırıqlar verilib.

Bildirilib ki, müşavirədə verilən tapşırıqların icrasına nəzarəti icra hakimiyyətinin monitorinq qrupu həyata keçirəcəkdir. Yaz-yay mövsümünə hazırlıq məqsədilə qərargahın yaradılması və nəticələrin iki ay ərzində əlavə müzakirəyə təqdim edilməsi qərara alınıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 17 Fevral 2026 10:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see346

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see333

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see319

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see312

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see289

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see276

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see271

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see254

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see240

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see235

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see234

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see228

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see220

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see217

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see215

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see213

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see213

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see209

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see206

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri