Icma.az
close
up
RU
Eldar Mahmudovu hər gün lənətləyir, Pərviz Həşimlidən üzrxahlıq diləyir Elçin Quliyevin zindan gündəliyi

Eldar Mahmudovu hər gün lənətləyir, Pərviz Həşimlidən üzrxahlıq diləyir Elçin Quliyevin zindan gündəliyi

Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün Pərviz Həşimlinin Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzi tərəfindən şərlənərək həbs edilməsindən 12 il keçir. O zaman yalnız o deyil, həm də Azərbaycan vətəndaşı Təvəkkül Qurbanov da tutulmuşdu. Əslində, ilk gündən bəlli idi ki, Qurbanov sadəcə qurban seçilib, onu ələ alaraq Həşimlinin üzünə saxlayıblar. Qurbanov deyirdi ki, guya iranlı Əli və Həsəndən 5 tapança alıb Pərviz Həşimliyə ötürmək istəyib və həmin vaxt MTN-çilər onları yaxalayıblar.

Musavat.com xəbər verir ki, iki ildən sonra üzə çıxdı ki, Təvəkkül Qurbanovun həyat yoldaşı MTN-nin Gəncə şöbəsinin əməkdaşı Elşən Məmmədova məxsus restoranda mühasib işləyirmiş. Elə həmin əlaqədən istifadə edərək Qurbanovu şantaj və təzyiqlərlə “ələ alıb”, Pərviz Həşimlinin əleyhinə ifadə verdiriblər.

BUNA DA BAX:

Pərviz Həşimli:

Bu qondarma işin başında duranlar MTN Antiterror Mərkəzinin rəisi, general Elçin Quliyev və onun müavini İlqar Əliyev idi. Onların əsas dayağı isə nazir Eldar Mahmudovun siyasi çətiri və məhkəmə-hüquq sistemindəki əlaqələr idi.

Həşimlinin həbsindən cəmi iki il sonra MTN-də böyük əməliyyat keçirildi. Eldar Mahmudov vəzifədən kənarlaşdırıldı, illərlə dövlətin adına ləkə gətirən mütəşəkkil cinayətkar dəstəsi ifşa olundu. Onlarla bərabər Həşimliyə qarşı cinayət törədən Elçin Quliyev və İlqar Əliyev də həbs edildi. Lakin İlqar Əliyev az sonra Bakı İstintaq Təcridxanasındakı kamerasında asılı vəziyyətdə ölü tapıldı. Onun döyülərək öldürüldüyü, daha sonra isə intihar görüntüsü yaradıldığı haqda xəbərlər bu gün də təkzib olunmayıb. Elçin Quliyev isə məhkəmə qarşısına çıxarıldı və 10 il 6 ay azadlıqdan məhrum edildi.

“Məni ən dözülməz şəraitə atacaqlarını deyirdilər”

Pərviz Həşimli azadlığa çıxdıqdan sonra müsahibələrində belə deyirdi:
“Elçin Quliyev və İlqar Əliyev mənə həm fiziki, həm də psixoloji işgəncə verirdilər. Masanın üstünə Cinayət Məcəlləsi ilə pul qoyub deyirdilər ki, ikisindən birini seç. Mən razılaşmadım. Deyirdilər ki, səni ən dözülməz şəraiti olan həbsxanaya göndərəcəyik. Qaradağın istisində, daş karxanalarının tozunda məhv olacaqsan. Mənə verilən 8 illik cəzadan daha ağır olan məhz MTN-də keçirdiyim 8 ay idi. Ailəmin də həyatını cəhənnəmə çevirdilər, atamı işdən qovdular, qardaşımın obyektini yerlə-yeksan etdilər, yoldaşım isə hamilə halda basqın nəticəsində uşağını itirdi…”

Elçin Quliyev 

Hazırda Elçin Quliyev 9 saylı Cəzaçəkmə Müəssisəsində cəzasının 10 ilini tamamlamaq üzrədir. General rütbəsi əlindən alınıb, indi sadəcə bir məhkumdur. Cəzasının bitməsinə isə 9 ay qalıb. İllərlə Eldar Mahmudovun gücünə arxalanan Quliyev bu gün onun adı gələndə lənətlər yağdırır. Ətrafdakılara etiraf edir ki, şərlədiyi insanlardan, xüsusilə də Pərviz Həşimlidən, Mətləb Mustafayevdən üzr diləyir. Uşaqlarının çəkdiyi əziyyətlərdən, Mahmudovun milyardlara sahib olmasına rəğmən heç bir dəstək göstərməməsindən danışaraq peşmançılıq içində günlərini keçirir.

Ötən il Quliyev məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülmək üçün məhkəməyə müraciət etsə də, onun cinayətlərinin ağırlığı nəzərə alınaraq bu istəyinə rədd cavabı verildi. Apellyasiya instansiyası da qərarı qüvvədə saxladı.

Qeyd edək ki, MTN-in Antiterror Mərkəzinin rəisi işləmiş Elçin Quliyev 2015-ci ilin dekabrında həbs edilib. O, külli miqdarda rüşvət alma, hədə-qorxu ilə tələb etmə, quldurluq, qanunsuz azadlıqdan məhrum etmə və digər ağır cinayətlərdə təqsirli bilinib, 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. (Musavat.com)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 18 Sentyabr 2025 10:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see153

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see149

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see139

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see137

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see131

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see127

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri