Icma.az
close
up
RU
Menu

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

Hamısı məhv edildi Kadırov

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

Eldar Mahmudovun köhnə əlaqələri yenidən işə düşüb?

Eldar Mahmudovun köhnə əlaqələri yenidən işə düşüb?

Hurriyyet portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Sentyabrın 11-dək gözlənilən qərar öncəsi vətəndaşlar ölkə rəhbərliyinə və Ali Məhkəmənin sədrinə müraciət edib. Bakıda illərdir yaşadıqları, dövlət reyestrindən çıxarış aldıqları və bütün rəsmiləşdirmələrini qanuni qaydada həyata keçirdikləri mənzillərdən məhrum olmaq təhlükəsi ilə üzləşən 3 ailənin taleyi yenidən gündəmdədir.

Mübahisə keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudovun “Dolçasaray” MMC ilə bağlı iddiaları ətrafında davam edir. İndi isə iş üzrə son hüquqi sözün Azərbaycan Ali Məhkəməsində deyilməsi gözlənilir.

Məlumata görə, kassasiya instansiyasında işə Ali Məhkəmənin Mülki Kollegiyasının hakimi Elşad Yaquboviç Şamayevin sədrliyi ilə baxılır.

Vətəndaşların bildirdiyinə görə, iş üzrə qərarın sentyabrın 11-dək elan olunacağı gözlənilir. Lakin qərar hələ elan edilməmişdən əvvəl mənzil sahibləri ciddi narahatlıq keçirirlər.

Onların sözlərinə görə, son günlər müxtəlif mənbələrdən aldıqları məlumatlar Ali Məhkəmədə qərarın onların əleyhinə verilə biləcəyi barədə şübhələrini artırıb.

Vətəndaşlar Musavat.com-a bildirirlər ki, onlara çatan qeyri-rəsmi məlumatların mənbələri barədə müxtəlif iddialar var. Onların sözlərinə görə, bu məlumatların Eldar Mahmudovun və Anar Mahmudovun ətrafı ilə əlaqəli şəxslərdən yayıldığı bildirilir. Qərar hələ elan edilməmişdən əvvəl vətəndaşların bu cür məlumatlar alması onların narahatlığını daha da artırıb.

“Qərar elan olunmamış nəticəni haradan bilirlər?”

Mənzil sahiblərinin əsas sualı da məhz budur. Söhbət adi əmlak mübahisəsindən deyil, dövlətin rəsmi reyestrinə inanaraq yüz minlərlə manat ödəyən, əmlak üzərində hüquqları dövlət tərəfindən qeydiyyata alınan və çıxarış alan ailələrin taleyindən gedir. Mənzillərin sahəsi, faktiki mövcudluğu və Anar Mahmudovun həmin əmlaklara dair iddiaları ilə bağlı ciddi hüquqi suallar ortaya çıxıb.

İş üzrə əvvəlki məhkəmə araşdırmalarında və ekspertiza rəylərində Anar Mahmudovun iddia etdiyi parametrlərə uyğun mənzillərin qeyd olunan ünvanda faktiki mövcud olmadığı müəyyən olunub. Mənzil sahibləri özlərini dövlət reyestrinə güvənən vicdanlı alıcılar hesab edirlər.

Birinci instansiya məhkəməsi də vətəndaşların vicdanlı alıcı statusunu nəzərə alaraq Anar Mahmudovun iddiasını rədd edib. Sonradan isə Bakı Apellyasiya Məhkəməsinin qərarı vəziyyəti dəyişib və məsələ Ali Məhkəməyə çıxıb. İndi üç ailənin taleyi son instansiyanın qərarından asılıdır.

Xaricdə olan Anar Mahmudov, Bakıda evsiz qalmaq təhlükəsi ilə üzləşən ailələr

Vətəndaşların narazılığını daha da artıran məqamlardan biri Anar Mahmudovun uzun müddətdir Azərbaycan xaricində yaşamasıdır. Mənzil sahibləri hesab edirlər ki, bir tərəfdə illərlə həmin evlərdə yaşayan, mənzillərə görə böyük məbləğlər ödəyən və dövlət çıxarışı alan Azərbaycan vətəndaşları, digər tərəfdə isə həmin əmlaklara iddia edən Anar Mahmudov dayanır.

Onların fikrincə, Ali Məhkəmənin verəcəyi qərar yalnız üç mənzilin taleyini həll etməyəcək.

Burada daha fundamental sual ortaya çıxır: Dövlətin verdiyi çıxarış və dövlət reyestrinə güvənən vətəndaşın hüququ nə dərəcədə qorunur? Əgər bir vətəndaş dövlətin rəsmi reyestrində hər hansı həbs, yüklülük və ya məhdudiyyət olmayan əmlakı alırsa, həmin əmlaka görə pul ödəyirsə, mülkiyyət hüququ dövlət qeydiyyatına alınırsa və ona çıxarış verilirsə, illər sonra həmin vətəndaşın özünü evsiz qalmaq təhlükəsi ilə üz-üzə görməsi hansı qanuna əsaslanır?

Məhz bu səbəbdən mənzil sahibləri məsələyə yalnız şəxsi əmlak mübahisəsi kimi baxılmamasını istəyirlər.

“2015-ci ildən sonra da köhnə əlaqələr işləyirmi?”

Vətəndaşların narahatlığının ən kəskin hissəsi isə Eldar Mahmudovun adı ilə bağlıdır.

Onlar bildirirlər ki, Eldar Mahmudovun 2015-ci ildə Milli Təhlükəsizlik Nazirliyinin rəhbəri vəzifəsindən uzaqlaşdırılmasından illər keçməsinə baxmayaraq, onun ailə üzvləri ilə bağlı olan bu əmlak mübahisəsində yenə də müxtəlif təsir və təzyiq imkanlarından istifadə olunması barədə şübhələrin yaranması təsadüfi deyil.

Vətəndaşların fikrincə, əgər həqiqətən də məhkəmə qərarı hələ elan edilməmişdən əvvəl nəticə barədə müxtəlif qeyri-rəsmi məlumatlar yayılırsa, bu, ciddi şəkildə araşdırılmalı məsələdir.

Onlar bildirirlər ki, Eldar Mahmudovun keçmişdə formalaşdırdığı əlaqələrdən istifadə edərək oğlunun adına iddia edilən əmlakların yenidən vətəndaşların əlindən alınmasına cəhd göstərilməsi barədə yaranan bütün şübhələr araşdırılmalıdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:159
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 02 Sentyabr 2026 19:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see387

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see370

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see308

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see301

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see301

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see296

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see288

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see272

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see241

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see231

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see229

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see228

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see223

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see221

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see219

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see204

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see194

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see192

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see173

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri