Eldar Salahov: Yaxın Şərqdəki vəziyyət Bakı Limanına da təsir edir
525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Yaxın Şərqdəki geoiqtisadi vəziyyət və toqquşmalar Bakı Limanının fəaliyyətinə təsirsiz ötüşmür.
525.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Limanının baş direktoru Eldar Salahov bildirib.
Onun sözlərinə görə, nəzərdə tutulmayan əlavə yük həcmləri meydana gələ bilir və hazırda həmin yüklərin, eləcə də ümumilikdə Orta Dəhliz üzrə artan yük həcminin qarşılanması məqsədilə Bakı Limanı tərəfindən tədbirlər həyata keçirilir.
Eldar Salahov vurğulayıb ki, yeni yük aşırma avadanlıqlarının, lokomobillərin, kran avadanlıqlarının, konteyner yükləyicilərinin və digər avadanlıqların alınması istiqamətində fəaliyyət davam edir.
"Lakin biz anlayırıq ki, burada təkcə texniki imkanların artırılması deyil, eyni zamanda əməliyyat səmərəliliyinin yüksəldilməsi, əlaqələndirmə və məlumat mübadiləsi istiqamətində də kifayət qədər işlər aparılır və Bakı Limanı bu yüklərin qarşılanmasına hazırdır", - Eldar Salahov vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 09 Sentyabr 2026 12:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















