“Əldə etdiyim məlumata görə, hərbçilərin maaşları artırılır”
Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Ordusunda maaş və pensiyalar qabaqcıl beynəlxalq sistemə uyğunlaşdırılır. Əldə etdiyim məlumata görə, bu sahədə yeni islahat paketi qapıdadır”.
Yeniavaz.com xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev öz sosial media hesabında yazıb.
O bildirib ki, orduda əməkhaqqı sistemi beynəlxalq standartlara əsaslanacaq və vahid struktura malik olacaq:
“Maaşlar xidmətkeçmənin yeri, xüsusiyyətləri, şərtləri və ağırlığı nəzərə alınmaqla hesablanacaq. Müdafiə Nazirliyinin hərbçilərinin maaşları orta hesabla 25%-ə yaxın və daha çox artır. Baza maaşı olan vəzifə maaşı rütbə maaşı ilə əvəzlənir, maaşlarda rütbə maaşının həcmi isə 70%-ə qaldırılır”.
Ekspert bildirib ki, Müdafiə Nazirliyinin hərbçilərinin pensiya təminatı mexanizmi də təkmilləşəcək və tam rəqəmsallaşdırılacaq.
Baxış sayı:145
Bu xəbər 24 Sentyabr 2026 10:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















