Icma.az
close
up
RU
Elə icra başçısı yoxdur ki, ondan narazılar olmasın SORĞU

Elə icra başçısı yoxdur ki, ondan narazılar olmasın SORĞU

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) korrupsiya və vəzifə cinayətləri ilə mübarizə istiqamətində apardığı əməliyyatlar davam edir. Bu dəfə hədəfdə Balakən rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilmiş  İslam Rzayev olub. İslam Rzayevin həbsi ilə icra başçılarından dəmir barmaqlıqlar arxasına düşənlərin sayı 7-ə  yüksəlib. 

Modern.az deputatlar arasında sorğu keçirərək, təmsil etdikləri rayonun icra başçısından şikayətlərin olub-olmadığına aydınlıq gətirmələrini istəyib.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, Ağcabədinin deputatı Tahir Rzayev bildirib ki, təmsil etdiyi rayonun icra başçısı insanlara qarşı mehriban və səmimidir:

“İcra başçımız mədəni insandır, onun zəngin təcrübəsi var. Rayonun xeyir-şər məclislərində yaxından iştirak edir, şəhid ailələri, əlillər, imkansızlarla görüşlər keçirir. Münasibətlərimiz qarşılıqlıdır və bu əlbəttə ki, rayonun inkişafı, adamların rifahı üçündür. Müntəzəm olaraq görüşür, rayon əhəmiyyətli tədbirlərdə iştirak edir, şəhid ailələrinin yanında oluruq. Müəyyən tədbirlərin keçirilməsində fikir alış-verişində oluruq. İnsanlar əsasən ondan razıdırlar”.

Komitə sədri vurğulayıb ki, elə rayon başçısı yoxdur ki, ondan müəyyən şikayətlər olmasın:

“Bunun müxtəlif səbəbləri var. Bəzən insanlar icra başçısının səlahiyyətinə aid olmayan məsələlərə münasibət bildirir, onun həllini tələb edirlər. Bu, mümkün olan  hal deyil. Bəzən haqsız tələblər olur, bunu icra başçısı həll edə bilməz. Bəzi köklü problemlər olur ki, başçının imkanları xaricindədir. Məhz bu səbəbdən belə şikayətlər olasıdır. Əsas məsələ dövlətə, xalqa sədaqətli olmaq, vəzifə səlahiyyətlərini, verilən tapşırıqların icrasıdır. Elə bilirəm ki, Ağcabədi rayonunun icra başçısı Rafil Hüseynov bu məsələlərin öhdəsindən gəlir. Sözsüz ki, hər birimiz vətəndaş kimi mövqeyimizdən, vəzifəmizdən asılı olmayaraq, bu xalqın, dövlətin taleyi üçün çalışmalıyıq. Əsas vəzifəmiz bunlardır - sədaqət, inam, məsuliyyət və insanlara qayğı”.

Cəbrayılın deputatı Ceyhun Məmmədov qeyd edib ki, icra başçılarının üzərinə çox ciddi, böyük məsuliyyət düşür:

“Birinci onu qeyd etmək lazımdır ki, rayonların icra başçıları cənab Prezidentin yerlərdəki nümayəndələridir. Onların üzərinə çox ciddi, böyük vəzifələr düşür. Və hesab edirəm ki, icra başçılarının fəaliyyətinin qiymətləndirilməsində bir neçə amil diqqətə alınmalıdır. Deyə bilərəm ki, Cəbrayıl rayonun icra başçısı əhali və onun qayğıları ilə, mövcud problemlərin həlli ilə məşğul olur. Bu gün bizim aramızda konstruktiv əməkdaşlıq var. Çünki deputat  fəaliyyəti üçün birgə əməkdaşlığa çox böyük ehtiyac var”.

Millət vəkilinin sözlərinə görə, əhalinin müraciətlərini bir neçə kateqroiyaya ayırmaq olar:

“Həlli mümkün olan və olmayan müraciətlər. Vətəndaşların arzusu ondan ibarətdir ki, onların bütün müraciətləri həllini tapsın və yüksək qiymətləndirilsin. Həmişə buna nail olmaq mümkün deyil. Bu amil də nəzərə alınmalıdır. Həllinin tapılması mümkün olan məsələlər öz həllini tapıb. Elə məsələlər var ki, icra başçılarından asılı olmur, o zaman vətəndaşlar narazı qalırlar. Ona görə də baxmalıyıq ki, məsələnin mahiyyəti necədir və proses hansı istiqamətdə getməlidir”.

Milli Məclisin Qusarı təmsil edən deputatı Azər Badamov icra başçısı ilə koordinasiya olunmuş fəaliyyət göstərdiklərini deyib:

“Təmsil etdiyim Qusar rayonuna təyin olunmuş İcra Hakimiyyəti başçısının fəaliyyətindən çox məmnunam. Biz rayonun deputatı və icra başçısı olaraq koordinasiya olunmuş fəaliyyət göstəririk. Çünki məqsədimiz rayon sakinlərinə xidmət etməkdir. Deputat olaraq keçirdiyimiz qəbullar zamanı qaldırılan məsələləri bir yerdə müzakirə edirik və həll edilməsi üçün müvafiq addımlar atırıq. Rayonumuzun İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov dövlət idarəçiliyində təcrübəsi olan şəxsdir. Bu baxımdan deyə bilərəm ki, Qusar rayonunda dövlətlə vətandaş arasında etimad mühiti daha da möhkəmlənib. Ona görə də son vaxtlar icra sturkturularından  bizə olunan şikayətlər də sıfıra enib”.

İmişlinin deputatı Razi Nurullayev az hallarda yazılı şikayətlər daxil olduğunu söyləyib:

“Amma xeyli məsələlər var ki, onları İcra hakimiyyəti həll etmir. Vətəndaş isə bütün problemlərin həlli üçün birinci növbədə deputat və İcra hakimiyyətinə üz tutur. Məsələn, torpaq məsələləri, məhkəmə işləri, sosial yardım, pensiya və buna bənzər işlər çox olur. Amma bunlar üçün ayrıca qurumlar var. Vacib məsələ odur ki, vətəndaşın müraciətinə can yandırasan, problemin həlli üçün çalışasan, düzgün yol göstərəsən”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:152
embedMənbə:https://modern.az
archiveBu xəbər 01 Noyabr 2025 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri