Icma.az
close
up
RU
Elekton diplomların üstünlükləri nə olacaq? AÇIQLAMA

Elekton diplomların üstünlükləri nə olacaq? AÇIQLAMA

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xəbər verdiyimiz kimi, Azərbaycanda təhsil haqqında sənədlər artıq həm elektron olaraq formalaşdırılacaq, həm də müvafiq qurumlarla elektron qaydada paylaşılacaq.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən təhsil eksperti Rizvan Fikrətoğlu bildirdi ki, Azərbaycanda diplom və attestatların rəqəmsal formatda verilməsi ilə bağlı qəbul edilən qərar təhsil sistemində mühüm yenilik kimi qiymətləndirilir. Onun sözlərinə görə, bu addım həm vətəndaşlar, həm də dövlət üçün bir sıra üstünlüklər yaradır:

"Rəqəmsal təhsil sənədləri vahid dövlət informasiya sistemində saxlanıldığı üçün diplom və attestatların saxtalaşdırılması demək olar ki, mümkünsüz olur. İşəgötürənlər və aidiyyəti qurumlar sənədlərin orijinallığını dərhal yoxlaya bilirlər. Bu isə saxta diplom bazarının aradan qalxmasına, təhsildə şəffaflığın və etibarlılığın artmasına xidmət edir. Rəqəmsal format sənədlərin itirilməsi riskini aradan qaldırır, fiziki surətlərin çıxarılması və notarial təsdiqə olan ehtiyacı azaldır. Vətəndaşlar istənilən vaxt telefon, planşet və ya kompüter vasitəsilə sənədlərinə çıxış əldə edə bilirlər. Xüsusilə xaricdə təhsil alan və çalışan şəxslər üçün bu, ciddi rahatlıq yaradır. Yeni sistem arxiv, kağız, çap və logistika xərclərini azaldır, dövlət qurumları arasında məlumat mübadiləsini sürətləndirir. Nəticədə idarəetmədə operativlik yüksəlir və rəqəmsal dövlət modelinin güclənməsinə töhfə verilir. Kağız sənədlərin ləğvi minlərlə ağacın kəsilməsinin qarşısını alır, tullantıların həcmini azaldır və ekoloji cəhətdən daha dayanıqlı sistemin formalaşmasına imkan yaradır. Bu addım Azərbaycanın “yaşıl inkişaf” strategiyasına uyğun hesab olunur. Rəqəmsal diplom və attestatlar xarici universitetlər və şirkətlər tərəfindən asanlıqla yoxlanıla bilir, QR-kod texnologiyası ilə inteqrasiya imkanları isə beynəlxalq standartlara uyğunluğu artırır. Bu, Azərbaycanın təhsil sisteminin beynəlxalq imicinə də müsbət təsir göstərir".

Nuriyyə NATİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:126
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 13 Yanvar 2026 19:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see502

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see454

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see356

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see293

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see288

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see277

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see260

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see252

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see237

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see232

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see225

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see221

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see218

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see216

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see212

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see208

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see207

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see195

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see184

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri