Elektrik mühərrikli təyyarənin ilk uçuşu 5 dollara başa gəldi
Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.
İsveçin “Heart Aerospace” şirkəti tərəfindən yaradılmış eksperimental X1 elektrik mühərrikli təyyarə ilk uçuşunu həyata keçirib.
“Qafqazinfo” “Naked Science” nəşrinə istinadən xəbər verir ki, uçuş Nyu-York ştatının Plattsburq beynəlxalq hava limanından həyata keçirilib.
Pilotun idarə etdiyi təyyarə yerdən maksimum 335 metr yüksəkliyə qalxıb və təxminən 27 dəqiqə havada qalıb.
Məlumata görə, təyyarənin bütün uçuş müddətinə sərf etdiyi elektrik enerjisinin dəyəri cəmi 5 dollar təşkil edib.
“X1-in ilk uçuşu ilə “Heart Aerospace” şirkəti elektrik mühərrikli kommersiya avialaynerlərinin uçuşunun mümkün olduğunu nümayiş etdirdi”, - şirkətin təsisçisi və baş direktoru Anders Forslund deyib.
Qeyd edək ki, X1 təyyarəsinin uzunluğu 23 metr, maksimal uçuş kütləsi isə 11340 kiloqramdır. Təyyarənin qanadlarının birgə uzunluğu 32 metdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 15 Avqust 2026 13:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















