Icma.az
close
up
RU
Elektrik təchizatı sahəsində aparılan islahatların əhəmiyyəti...

Elektrik təchizatı sahəsində aparılan islahatların əhəmiyyəti...

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Azərbaycanda elektrik təchizatı şəbəkələrinə qoşulma sahəsində həyata keçirilən islahatlar sektorun həm səmərəliliyini, həm də şəffaflığını artırmağa yönəlmişdir. Bu tədbirlər texniki, inzibati və maliyyə sahələrində bir sıra yenilikləri əhatə edir, nəticədə enerji xidmətlərinin keyfiyyəti və əlçatanlığı yüksəldilmişdir.

Axar.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Emin Qəribli deyib.

“Elektrik şəbəkələrinə qoşulma prosedurlarının sadələşdirilməsi islahatların ən mühüm hissəsidir. Xüsusilə sahibkarlar üçün yaradılan "Azərişıq" ASC-nin elektron informasiya platformaları, müraciətlərin daha çevik şəkildə idarə edilməsini təmin edir. Məsələn, yeni tikinti obyektlərinin şəbəkəyə qoşulması üçün tələb olunan yolların təsdiqlənməsi müddəti üç günlə məhdudlaşdırılmışdır, bu da bürokratik ləngimələri minimuma endirir.

Prosedurların rəqəmsallaşdırılması, həmçinin sənədləşmə prosesinin optimallaşdırılmasına və xidmətlərin şəffaflığının artırılmasına gətirib çıxarıb. Bu yanaşma yalnız sahibkarlar üçün deyil, həm də vətəndaşlar üçün elektrik təchizatı xidmətlərinə çıxışı asanlaşdırır.

İslahatlar çərçivəsində elektrik təchizatı şəbəkəsində xidmət keyfiyyətinin artırılmasına xüsusi diqqət yetirilmişdir. Bu məqsədlə texniki standartların tətbiqi və audit prosedurlarının gücləndirilməsi həyata keçirilmişdir. Elektrik təchizatı ilə bağlı yaranan hər hansı problemlərin daha tez həll olunması üçün şikayətlərin baxılma müddəti konkret qaydalarla müəyyən edilmişdir. İstehlakçılara dəyən zərər hallarında enerji təchizatçılarının maddi məsuliyyət daşıması isə istehlakçı hüquqlarının qorunmasına xidmət edir.

"Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" qanun çərçivəsində həyata keçirilən tədbirlər səmərəlilik göstəricilərini artırmışdır. Ağıllı sayğacların tətbiqi, enerji itkilərinin azaldılmasına və istehlakın daha dəqiq ölçülməsinə imkan verir. Eyni zamanda, məcburi enerji auditlərinin tətbiqi müəssisələrin enerji qənaəti üzrə məsuliyyətlərini artırır. Bu yanaşma həm istehlakçı xərclərini azaldır, həm də ətraf mühitin qorunmasına töhfə verir.

Elektrik enerjisi istehsalı və istifadəsi sahəsində ekoloji standartların tətbiqi, həmçinin islahatların mühüm istiqamətlərindəndir. Karbon emissiyalarının azaldılması üçün bərpa olunan enerji mənbələrinin inkişaf etdirilməsi təşviq olunur. Bu, Azərbaycanın qlobal ekoloji tələblərə uyğunlaşmasını və dayanıqlı enerji sisteminin qurulmasını təmin edir.

Həyata keçirilən islahatlar enerji sektorunda beynəlxalq investorlar üçün daha cəlbedici bir mühit yaradıb. Proseslərin sadələşdirilməsi və xidmətlərin şəffaflığı xarici sərmayədarların Azərbaycana olan marağını artırır. Bu, həm yeni texnologiyaların tətbiqini, həm də enerji sektorunda innovasiyaların inkişafını sürətləndirir.

Azərbaycanda elektrik təchizatı şəbəkələrinə qoşulma sahəsində aparılan islahatlar, enerji sektorunda səmərəlilik və rəqabətqabiliyyətlilik üçün dayanıqlı əsaslar yaratmışdır. Prosedurların sadələşdirilməsi, rəqəmsallaşma, enerji səmərəliliyi və ekoloji standartların tətbiqi kimi tədbirlər nəticəsində sektorun ümumi əhəmiyyəti yüksəlmişdir. Bu islahatlar yalnız ölkə daxilində deyil, həm də beynəlxalq səviyyədə Azərbaycanın enerji sektorunun mövqelərini gücləndirmişdir”, - ekspert bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://axar.az
archiveBu xəbər 26 Noyabr 2024 10:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see695

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see422

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see252

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see227

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see209

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see201

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see199

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see198

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see196

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see191

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see189

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see183

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see183

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see182

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see182

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see181

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see175

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see174

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see159

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri