71 yaşlı kişi əxlaqsızlıq yuvası saxlayırmış Polis saxladı
Icma.az bildirir, Avtosfer portalına istinadən.
Qadınları fahişəliyə cəlb edən və evini əxlaqsızlıq yuvasına çevirən ahıl kişi cinayət məsuliyyətinə cəlb edilib.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, polis əməkdaşlarının Biləsuvarda keçirdiyi əməliyyatla şəhər sakini 1955-ci il təvəllüdlü R.Kərimov (şərti) saxlanılıb.
Əməliyyat vaxtı onun evində kənar şəxslər də aşkar edilib.
Faktla bağlı R.Kərimov barəsində Cinayət Məcəlləsinin 243 və 244-cü (fahişəliyə cəlb etmə və əxlaqsızlıq yuvası saxlama) maddələri ilə iş başlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, R.Kərimovun ailə üzvləri Bakıda yaşayır. O, Biləsuvarda tək yaşadığı evdə qonşuluqda yaşayan qadını fahişəliyə cəlb edərək başqa şəxslərlə görüşdürüb. Bunun müqabilində 10 manat pul alıb.
R.Kərimov ifadəsində bildirib ki, qonşuluqda yaşayan həmin qadının anasının ona xeyli borcu var və bu məsələ ilə bağlı söhbət etmək məqsədilə onu evinə dəvət edib.
Biləsuvar Rayon Məhkəməsinin hökmü ilə ahıl kişi qeyd edilən maddələr üzrə təqsirli bilinib.
Ona 3500 manat pul cəriməsi və qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğində pul tutulmaqla 2 il müddətinə islah işləri cəzası verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 18 Noyabr 2026 03:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















