Elektrikli avtomobillərdə yeni dövr: Bu model enerjisini özü istehsal edir
Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Günəş enerjisindən istifadə edən elektrikli avtomobillərin inkişafı istiqamətində yeni layihə diqqət çəkib. “BMW” ilə əməkdaşlıq çərçivəsində hazırlanan eksperimental avtomobil gündəlik şəhərdaxili istifadədə sərf etdiyindən daha çox elektrik enerjisi istehsal edə bilir.
Avtosfer.az xəbər verir ki, “Clemson” Universitetinin tələbələri və “BMW” şirkətinin birgə hazırladığı “Luminetta” adlı prototip avtomobil üzərində günəş panelləri yerləşdirilib. Avtomobil qısa məsafəli gündəlik şəhərdaxili səfərlərdə şəbəkədən elektrik enerjisi almadan hərəkət etmək imkanı təqdim edir.
550 kiloqram ağırlığında olan prototipin kuzovunda 1700-dən çox xüsusi günəş elementi yerləşdirilib. Müxtəlif şəhərlərdə günəş şüalarının düşmə bucaqları nəzərə alınaraq aparılan simulyasiyalarda avtomobilin gündəlik 20 kilometrlik şəhər marşrutunda sərf etdiyi enerjinin təxminən 2,5 misli qədər enerji istehsal etdiyi müəyyənləşdirilib.
Toplanan günəş enerjisi avtomobilə hər gün orta hesabla əlavə 50 kilometr hərəkət məsafəsi qazandırır. Bu isə qısa məsafələrdə avtomobilin enerji ehtiyacının böyük hissəsini özünün təmin etməsinə imkan yaradır.
“Luminetta”nın aerodinamik dizaynında qutu balığının formasından ilhamlanılıb. Karbon lifindən, alüminiumdan və 3D printer vasitəsilə hazırlanmış komponentlərdən ibarət hibrid şassi avtomobilin çəkisinin azaldılmasına xidmət edir.
Prototipdə regenerativ əyləcləmə sistemi və ağıllı fırlanma anı paylanması texnologiyasından da istifadə olunur. Bu sistemlər hərəkət zamanı enerji itkilərinin minimuma endirilməsinə kömək edir.
Avtomobilin kuzovuna inteqrasiya edilmiş günəş elementləri binaların və ya ağacların yaratdığı kölgəli ərazilərdə belə elektrik enerjisi istehsalını davam etdirə bilir.
Layihə günəş enerjisi ilə işləyən elektrikli avtomobillərin şəhərdaxili qısa məsafəli səfərlərdə enerji baxımından daha müstəqil ola biləcəyini göstərən eksperimental nümunələrdən biri hesab olunur.
Eltac Zülfüqaroğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 12 Avqust 2026 11:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















