Elektron diplomlara apostil necə vurulur? Nazirlikdən açıqlama
Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.
Xaricdə təhsil almaq istəyən abituriyentlərin attestarlarına apostil vurulması məsələsinə aydınlıq gətirilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayevin yeni dərs ilinə dair keçirdiyi mətbuat konfransında "Unikal"ın əməkdaşının sualını Təhsil Sisteminin İnformasiyalaşdırması İdarəsinin Baş İnformasiya Direktoru Vüsal Xanlarov cavablandırıb:
"Bildiyiniz kimi, bu il verilmiş müvafiq Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq, elektron formada hem attestatlar, hem diplomlar verilir. Yay ayları ərzində xaricdə təhsillə bağlı müraciət edənlərin ilk il olduğuna görə və apostillərin ölkədə hələ ki, elektron qaydada verilmədiyini nəzərə alaraq, müvəqqəti olaraq bu sənədlər elektron notarius keçməklə elektron qaydada təsdiqlənir və daha sonra müvafiq təhsil müəssisəsinə təqdim edilir. Növbəti ildən biz müvafiq nazirliklərlə birlikdə apostillərin də elektron qaydada verilməsi üzərində işlər aparacağıq.
Ama bu o deməkdir ki, eyni zamanda bu il verilən elektron təhsil sənədləri də tam rəsmi qüvvəyə malikdir və Azərbaycan Respublikasının dövlət nümunəli sənədidir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 14 Sentyabr 2026 17:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















