Icma.az
close
up
RU
Elektron kitabxanaların informasiya təhlükəsizliyinin təmin olunması aktual məsələlərdəndir

Elektron kitabxanaların informasiya təhlükəsizliyinin təmin olunması aktual məsələlərdəndir

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 11 iyun, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun növbəti elmi seminarında intellektual elektron kitabxanalarda informasiya təhlükəsizliyinin təmin olunması məsələlərinə dair müzakirələr aparılıb.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.

Elmi informasiya və elmmetriya şöbəsinin əməkdaşı Dilbər Əlizadə mövzuya dair çıxış edərək bildirib ki, informasiya təhlükəsizliyinin elektron kitabxanalarda təmin olunması müxtəlif təhdidlərə və risklərə qarşı mübarizə üsullarının həyata keçirilməsini tələb edir, bu risklər və təhdidlər də daxili və xarici faktorlarla əlaqəlidir. Qeyd edib ki, tədqiqatın aparılmasında əsas məqsəd intellektual elektron kitabxanalarda informasiya təhlükəsizliyinin təmin edilməsi məsələlərini araşdıraraq qarşıya çıxan problemləri həll etmək, təhlükələrin qarşısını almaq üçün strategiyalar təqdim etmək və intellektual elektron kitabxananın informasiya təhlükəsizliyini təmin etmək üçün təkliflər işləməkdən ibarətdir.

İntellektual elektron kitabxanalarda təhlükəsizlik risklərindən bəhs edən məruzəçi söyləyib ki, buraya məlumatların məxfiliyinin, əqli mülkiyyət hüquqlarının pozulması, texniki hücumlar və kibertəhdidlər, insan amili və daxili təhdidlər, rəqəmsal savadlılığın aşağı olması, eləcə də texniki nasazlıqlar aiddir. O, həmçinin Azərbaycanda elektron kitabxanalarda informasiya təhlükəsizliyi məsələlərindən danışıb. Ölkəmizdə elektron kitabxanaların sayı artsa da, informasiya təhlükəsizliyi ilə bağlı məsələlərin tam şəkildə öz həllini tapmadığını deyən tədqiqatçı onu da əlavə edib ki, bir çox dövlət kitabxanalarının veb saytları müasir şifrələmə metodlarından istifadə etmir: “Orta məktəb və ali təhsil müəssisələrinin elektron platformalarında “admin” parolu ilə sistemə girişin mümkün olması halları aşkarlanıb ki, bu da istifadəçi məlumatlarının məxfiliyinə ciddi təhlükə yaradır”.

Sonra D.Əlizadə informasiya təhlükəsizliyi sahəsində texnoloji yanaşmalar haqqında məlumat verib. Qeyd edib ki, informasiya sistemlərinə icazəsiz daxilolmaların qarşısının alınmasında istifadəçilərin identifikasiya məsələsi əsas yer tutur: “İki və çox faktorlu autentifikasiya zamanı istifadəçilər sistemə daxil olarkən həm parol, həm də mobil cihazdan təsdiq tələb olunur. Biometrik metodlar vasitəsilə sistemin təhlükəsizlik səviyyəsini artırmaqla yanaşı, istifadəçi təcrübəsi də optimallaşdırılır”.

Məruzəçi elmi seminarda süni intellekt və maşın öyrənmə sistemləri, ehtiyat nüsxələmə və məlumat bərpa sistemləri, bulud texnologiyalarında təhlükəsizlik məsələlərindən də bəhs edib.

D.Əlizadə intellektual elektron kitabxanalarda təhlükəsizlik problemlərinin həlli üçün starteji yanaşmaların işlənilməsi və qabaqcıl təcrübələrin tətbiqinin vacib olduğunu qeyd edib. Elektron kitabxana istifadəçiləri və əməkdaşları üçün davamlı maarifləndirmə işlərinin aparılmasının zəruriliyini önə çəkib.

Sonda tədqiqatların nəticələrindən danışan məruzəçi bildirib ki, informasiya sızması, kibertəhdidlər, hüquqi boşluqlar və istifadəçi səhlənkarlığı elektron kitabxanaların təhlükəsizliyinə birbaşa təsir göstərir: “Xüsusilə, süni intellekt və digər müasir texnologiyaların tətbiqi təhlükəsizlik kontekstində yeni çağırışlar yaratmaqdadır. Bu sahədə olan problemlərin aradan qaldırılması üçün texnoloji həllərlə yanaşı, beynəlxalq standartlara uyğunlaşma və milli strategiyanın hazırlanması vacibdir”.

Daha sonra AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik Rasim Əliquliyev çıxış edərək elektron kitabxana mühitində informasiya təhlükəsizliyi məsələlərinin aktuallığından bəhs edib, bu istiqamətdə aparılan tədqiqatların davam etdirilməsinə dair təklif və tövsiyələrini səsləndirib. Kitabxana təyinatlı informasiya sisteminin əsas xüsusiyyətləri, çağırışları, tələbləri ilə bağlı araşdırmaların aparılması, onun arxitekturasının işlənilməsinin son dərəcə vacib olduğunu diqqətə çatdırıb.

Alim “Elektron kitabxana xüsusi təyinatlı informasiya sistemi kimi” və “Rəqəmsal kitabxana 4.0 problemləri” mövzusunda təqdiqatların aparılması və məqalələrin hazırlanmasının məqsədəuyğun olduğunu vurğulayıb.

Akademik R.Əliquliyev, həmçinin ölkənin kitabxana resurslarının data suverenliyi, kibersuverenliyi və rəqəmsal suverenliyinin təmin olunması istiqamətində tədqiqatların aparılmasının zəruri olduğunu bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 İyun 2025 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see642

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see275

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see248

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see236

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see221

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see201

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see200

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see180

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see166

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see160

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see152

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see148

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see144

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see142

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see141

İsrailin Qəzzanı tamamilə ələ keçirmək planı qüvvədədir ŞƏRH

01 Fevral 2026 09:35see141

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see137

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri