İsrail Ordusu 700 yüksək rütbəli zabitə verilən Çin avtomobillərini geri çağırır
Icma.az, Bizim media saytına istinadən bildirir.
İsrail Müdafiə Qüvvələri son illərdə yüksək rütbəli zabitlərə verilmiş Çin istehsalı avtomobilləri geri çağırmağa başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə The Times of Israel məlumat yayıb.
Buna səbəb müdafiə rəsmilərinin təhlükəsizliklə bağlı xəbərdarlıqları olub.
Bu ilin əvvəlində İsrail Ordusu bütün Çin istehsalı avtomobillərin hərbi bazalara girişini qadağan etmişdi. Qərarın səbəbi onların sensor və kameralarının məxfi məlumat toplaya biləcəyi ehtimalı idi.
Calcalist maliyyə nəşri və Israel Hayom qəzeti yazır ki, İsrail Ordusu təxminən 700 Çin avtomobilini, əsasən 2022-ci ildən bəri böyük ailəsi olan podpolkovnik və polkovniklərə təklif edilən “Chery Tiggo 8 Pro” modelini geri çağırır.
İsrail Ordusu yayılan məlumatlarla bağlı şərh verməkdən imtina edib.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 03 Noyabr 2025 04:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















