Icma.az
close
up
RU
Soyuq havalarda xəstəliklərin qarşısını almağın sadə, lakin effektiv yolları Pulmonoloq DANIŞDI

Soyuq havalarda xəstəliklərin qarşısını almağın sadə, lakin effektiv yolları Pulmonoloq DANIŞDI

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Soyuq havaların gəlməsi ilə birlikdə xəstəliklərin, xüsusən pnevmoniya, bronxit və digər virus infeksiyalarının sayı artır. Bu artımın əsas səbəbi insanların bir-birinə yoluxmasıdır. Bu baxımdan, xəstəliklərin yayılmasının qarşısını almaq üçün açıq mühitlərdə daha çox vaxt keçirmək, ev və ofis kimi bağlanmış məkanları mütəmadi olaraq havalandırmaq və xəstə insanlardan mümkün qədər uzaq durmaq vacibdir. Belə sadə, lakin effektiv tədbirlər yoluxmanın qarşısını almaqla xəstəliklərin miqdarını və cəmiyyətə təsirini əhəmiyyətli dərəcədə azalda bilər".

Bu fikirləri Redaktor.az-a açıqlamasında pulmonoloq Əsəd Beydullayev soyuq havalar zamanı yaranan xəstəliklərdən danışarkən bildirdi.

Onun sözlərinə görə, koronavirus pandemiyası dövründə insanların tibbi mədəniyyətinin xeyli artdığı müşahidə edildi:

"O dövrdə hər kəs dezinfeksiyaedici vasitələrdən istifadə edir, xəstələnmiş şəxslərlə məsafə saxlayır və maska taxırdı. Təəssüf ki, pandemiyanın sona çatmasından sonra bu vərdişlər unudulub və nəticədə qış fəslində respirator xəstəliklərin sayı yenidən artır. Xüsusilə temperaturun aşağı düşməsi və rütubətin artması pnevmoniya və bronxit kimi xəstəliklərin çoxalmasına şərait yaradır. Lakin əksər hallarda bu simptomlar adi viral infeksiyalarla bağlıdır və antibiotik istifadəsi tələb olunmur".

Həkim qeyd etdi ki, antibiotiklər yalnız həkim tərəfindən təyin olunmalı və yalnız bakterial infeksiyanın əlamətləri olduqda istifadə edilməlidir:

"Üç gündən artıq davam edən yüksək qızdırma, laborator analizlərdə infeksiya göstəricilərinin artması və ya digər ciddi simptomlar müşahidə olunarsa, həmin hallarda antibiotiklər yalnız müvafiq tibbi göstəriş əsasında tətbiq edilməlidir. Əks halda, qısa müddətli qızdırmalar, öskürək və asqırıq ilə müşahidə olunan adi viral infeksiyalarda əsas müalicə üsulları sadə, lakin effektivdir: bol maye qəbul etmək, vitaminlərlə zəngin qidalanmaq, yüngül fiziki fəaliyyətlə aktiv həyat tərzini qorumaq və kifayət qədər istirahət etmək. Bu tədbirlər immunitet sistemini gücləndirir və xəstəliyin yüngül keçməsinə imkan yaradır.

Həmçinin profilaktik tədbirlər də vacibdir. Məsələn, kütləvi tədbirlərdən əvvəl qoruyucu maska taxmaq, əlləri mütəmadi yumaq, şəxsi gigiyena qaydalarına riayət etmək və xəstə insanlarla birbaşa təmasdan çəkinmək virusların yayılmasını minimuma endirir. Bu, xüsusilə risk qrupuna daxil olan yaşlılar, xroniki xəstəliyi olanlar və uşaqlar üçün həyati əhəmiyyət daşıyır. Nəticə olaraq, soyuq keçən günlərdə respirator xəstəliklərin artmasının qarşısını almaq üçün sadə, lakin elmi əsaslara söykənən tədbirlərə riayət etmək vacibdir. Bu tədbirlər həm fərdi sağlamlığın qorunmasına, həm də cəmiyyət səviyyəsində xəstəliklərin yayılmasının azaldılmasına xidmət edir", - deyə müsahibimiz yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:74
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 22 Sentyabr 2025 18:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see187

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see165

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see159

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see159

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see152

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see148

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see144

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see143

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see141

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see136

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see136

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see135

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see135

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see135

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see134

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see134

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see134

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see134

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri