Elektron siqaretlərin zərərləri ilə bağlı maariflədirmə işləri aparılmalıdır
Icma.az bildirir, Newscenter.az portalına istinadən.
Bu günlərdə Milli Məclisinin Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin birgə iclası keçirilib. İclasda “Tütün və tütün məmulatı haqqında”, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirə edilib.
Qanun layihəsi elektron siqaretlərin və onların komponentlərinin dövriyyəsinin - idxalının, ixracının, istehsalının, saxlanılmasının, topdan və pərakəndə satışının və istifadəsinin qadağan edilməsi və bundan irəli gələn məsələlərin tənzimlənməsi məqsədilə hazırlanıb. Bəziləri belə bir qanun layihəsini süngü ilə qarşılasa da, lakin cəmiyyətin əksər kəsimi bununla razılaşır və elektron siqaretlərin satışı, istifadəsi, idxalının qdağan edilməsini məqbul sayır. Elə “Təhsilə Dəstək və Maarifləndirmə” ictimai birliyinin sədr müavini, fəlsəfə doktoru Ruhiyyə Mehdiyeva da bu qənaətdədir.
Newscenter.az-a verdiyi açıqlamada Ruhiyyə Mehdiyeva deyib ki, digər pis vərdişlər kimi elektron siqaretlər də gənc nəslin sağlamlığına çox mənfi təsir göstərir və genefondumuzu məhvə doğru aparır. Təəssüflər osun ki, elə ondan istifadə edənlərin mütləq əksəriyyəti də gənclərdir. Əgər elektron siqaretlərdən istifadə edən gənclərlə qısa bir dialoqda olsanız, onların nə dərəcədə əsəbi olduqları, psixoloji problemlər yaşadıqlarının şahidinə çevrilərsiniz. Aparılan elmi araşdırmalar göstərir ki, elektron siqaretlər gənc nəslin fiziki, psixoloji sağlamlığına ciddi təhlükə yaradır. Gənclərimizin elektron siqaretdən istifadəsi onlarda ağciyərlərdə iltihabi proseslərə, xroniki öskürək və nəfəs darlığına, ürək-damar sistemində pozuntulara, immun sisteminin zəifləməsinə səbəb olur. Nikotin ürək ritmini sürətləndirir, qan təzyiqini artırır və erkən yaşlarda ürək-damar xəstəlikləri riskini yüksəldir”.
İctimai birlik təmsilçisi onu da qeyd edib ki, bu kimi qadağaları administrativ üsullarla da etmək doğru deyil:
“İnsan psixologiyası elədir ki, ona nəyi qadağan etsən, ondan daha çox istifadə etməyə maraqlı görünəcək. Hesab edirəm ki, bunun ən doğru yolu maarifləndirmə tədbirləridir. Müvafiq qurumlar, mütəxəssislər təhsil müəssisələrində seminarlar, dəyirmi masalar şəklində müntəzəm olaraq elektron siqaretin zərəri barədə gənclərimizə bilgi verməlidirlər. Həmçinin televiziya kanallarında bununla bağlı videoroliklər nümayiş olunmalıdır ki, gənclərimiz nə dərəcədə böyük bəlaya doğru getdiklərini anlasınlar”.
Cavid
Bu mövzuda digər xəbərlər:Elektron siqaretlərin zərərləri barədə xəbərdarlıq edilib
10 Fevral 2025 13:52
Meyvə ətirli elektron siqaretlərin zərərləri: İmmun hüceyrələrini iflic edir
07 Noyabr 2024 21:16
Elektron siqaretlərin erektil disfunksiya ilə əlaqəsi…
26 Noyabr 2024 23:37
Elektron siqaretlərin ən təhlükəlisi AÇIQLANDI
12 Noyabr 2024 00:42
Mentol ətirli elektron siqaretlərin təhlükələri
16 Noyabr 2024 08:40
Baxış sayı:38
Bu xəbər 18 Dekabr 2025 14:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















