Icma.az
close
up
RU
Elektron siqaretlərlə bağlı qadağaların fevralın 1 dən deyil, aprelin 1 dən qüvvəyə minməsi təklif olunur

Elektron siqaretlərlə bağlı qadağaların fevralın 1 dən deyil, aprelin 1 dən qüvvəyə minməsi təklif olunur

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Elektron siqaretlərin qadağan edilməsinin səbəbi açıqlanıb.

APA-nın xəbərinə görə, Milli Məclisin bu gün keçirilən iclasında Vergi Məcəlləsində, “Tütün və tütün məmulatı haqqında”, “Reklam haqqında” və “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının qanunlarına dəyişiklik edilməsi barədə” qanun layihəsinin müzakirəsi zamanı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov bildirib ki, Azərbaycan hökuməti də Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrini nəzərə alaraq tütün və tütün məmulatları üzrə aksiz vergilərinin tədricən artırılması siyasətini həyata keçirir, tövsiyəyə görə siqaretin bütün seqmentlərinin pərakəndə qiymətlərinin ən azı 75 faizi vergilərdən ibarət olmalıdır.

Azər Əmiraslanov deyib ki, ölkəmizdə bu rəqəm hələ indi 60 faizə çatmaq üzrədir: “İndiki layihə isə elektron siqaretlərə münasibətdə aksiz artımını deyil, daha radikal yanaşmanı, yəni onların tamamilə qadağan edilməsini nəzərdə tutur. Belə bir qadağanın tətbiq edilməsi həmin məhsullar üzrə rüsum və vergi daxilolmalarının itirilməsinə gətirib çıxarsa da, dövlət siyasətinin prioritet istiqamətlərindən biri vətəndaşın təhlükəsizliyini və sağlamlığını mühafizə etməkdən ibarətdir. Dövlət bu kimi məsələlərdə heç bir vaxt fiskal maraqlar güdmür, əksinə, vətəndaşa yönəlik prinsip və dəyərləri əsas götürür. Heç şübhəsiz, elektron siqaretlərin qadağan edilməsi ilə dövlət bu məhsullara tətbiq edilən idxal rüsumları, aksizlər, əlavə dəyər vergisi üzrə büdcə itkilərinə məruz qalacaq. Bununla belə, elektron siqaret idxalına görə xaricə valyuta axınının qarşısı da müəyyən qədər alınmış olacaq. Çünki indiyə kimi elektron siqaretlərə olan tələbat yerli istehsalın deyil, idxalın hesabına ödənilirdi. Sahibkarların müraciətlərini, eyni zamanda elektron siqaretlərlə bağlı sərt qadağa rejimini tətbiq etmiş ölkələrin təcrübəsini də nəzərə almaqla qanunun qüvvəyə minmə müddətinin fevralın 1-dən deyil, uzadılaraq aprelin 1-dən müəyyən olunmasını təklif edirik. Bu müddət ərzində maddi itkilərlə və çətinliklərlə üz-üzə qalmaması üçün sahibkarlara aidiyyəti qurumlar tərəfindən hər cür dəstək verilməsini vacib hesab edirik”.

Parlamentin komitə sədri qeyd edib ki, elektron siqaretlərin qadağan edilməsindən, yəni qanunun qüvvəyə minməsindən sonra biznesin bu seqmenti üzrə “qara bazar”ın yaranmasına, qaçaqmalçılıq cəhdlərinə yol verilməməsi üçün gömrük-vergi, antiinhisar, hüquq-mühafizə orqanları ciddi önləyici tədbirlər görməlidirlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://apa.az
archiveBu xəbər 19 Dekabr 2025 14:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see631

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see266

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see242

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see219

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see215

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see213

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see202

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see193

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see189

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see178

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see175

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see175

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see172

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see160

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see158

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see153

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see152

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see148

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see144

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri