Icma.az
close
up
RU
Asəf Əliyev: “Elektron müraciət şəffaflığı artırır, amma vicdanlı ekspert yoxlaması vacibdir”

Asəf Əliyev: “Elektron müraciət şəffaflığı artırır, amma vicdanlı ekspert yoxlaması vacibdir”

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İctimai və dövlət maraqlarının müdafiəsi


Sistemdə hələ də boşluqlar qalır


“Dövlət sosial siyasətində boşluq olarsa, əlillərin hüquqları risk altında qalır” 


Dövlət siyasətində vətəndaş məmnunluğunu əsas prioritet hesab edən Azərbaycan hökuməti bu istiqamətdə vacib qərarlar qəbul edir. Elektron hökumətə keçidin getdikcə daha çox sahələri əhatə etməsi bunun təsdiqidir. Bu günlərdə “Əlilliyin qiymətləndirilməsi Qaydası”na edilən dəyişiklik də vətəndaş məmnunluğunun təmin edilməsinə yönəlib. Bu dəyişikliklə şəxsin əlilliyinin müəyyən edilməsi və əlilliyin müəyyən olunmasından imtina edilməsi barədə qərarlarda göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim ediləcək. Bu dəyişikliklər elektron hökumətin məhz sosial sahədə də möhkəmlənməsinin bir təzahürüdür. Bu addım həm də ictimai maraqların qorunması istiqamətində verilmiş mühüm qərarlardan biridir. Qeyd edək ki, müasiri olduğumuz dövrdə yeni texnologiyalar elektron hökumət sisteminə inamı gücləndirməklə yanaşı, sosial bərabərlik üçün də geniş imkanlar açır. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının üzvü, Milli Məclisin deputatı Səbinə Salmanova Bakıda QDİƏT PA-nın Sosial və Humanitar Siyasət Komitəsinin 65-ci iclasında “QDİƏT regionunda davamlı sosial-iqtisadi inkişaf üçün süni intellekt - sosial aspektlər” adlı məruzəsində məhz bu məsələyə toxunub. S.Salmanova qeyd edib ki, süni intellekt yalnız inkişaf üçün deyil, sosial bərabərlik və rifah üçün də vacibdir. Ucqar bölgələrdə yaşayan insanlar üçün təhsil və səhiyyə xidmətlərinə çıxış imkanı genişlənə bilər. Yəni süni intellekt düzgün tətbiq olunsa, cəmiyyətdə kənarda qalan insanları da önə çıxara bilər. S.Salmanova vurğulayıb ki, lakin təhlükə də var, çünki bütün bu imkanlardan hamı bərabər şəkildə faydalana bilmir. Ona görə də atılan addımlar yalnız texnologiyayönümlü deyil, ədalətli, əhatəli və etik olmalıdır: “Süni intellekt bir çox prosesi daha sürətli və rahat edib. Amma bu dəyişikliklər sosial nəticələrə də səbəb olur. İnsanlar texnologiya ilə daha çox vaxt keçirdikcə birbaşa ünsiyyət azalır, sosial əlaqələr dəyişir. Digər tərəfdən, texnologiyadan istifadə edənlərlə edə bilməyənlər arasında rəqəmsal uçurum yaranır. Xüsusilə ucqar kəndlərdə yaşayan bəzi insanlar var ki, bu sistemlərə uyğunlaşmaqda çətinlik çəkirlər. Nəticədə təhsil, səhiyyə, sosial yardım kimi vacib xidmətlərdən yararlana bilmirlər. Halbuki süni intellekt düzgün tətbiq olunsa, bu insanlar onlayn dərslər, avtomatlaşdırılmış tibbi xidmətlər və digər yollarla yeni fürsətlər yarada bilər”. Millət vəkili vurğulayıb ki, bu imkanların gerçəkləşməsi üçün dövlətlərin və şirkətlərin sosial məsuliyyət daşıması vacibdir. Süni intellekt yalnız iqtisadi qazanc üçün deyil, cəmiyyətin inkişafı üçün istifadə olunmalıdır: “Süni intellektin sosial həyatımıza təsiri dövlət xidmətlərində daha çox hiss olunur. Artıq bir çox ölkədə xidmətlər avtomatlaşdırılır – vətəndaşların ehtiyacları əvvəlcədən proqnozlaşdırılır və daha sürətli cavab verilir. Bu, daha çevik və şəffaf xidmətlər deməkdir: Səhiyyədə süni intellekt analizlər vasitəsilə həkimlərə kömək edir. Təhsildə fərdi tədris proqramları hazırlanır. Sosial yardıma ehtiyacı olan insanlar daha dəqiq müəyyən edilir. Amma qərarların süni intellekt tərəfindən verilməsi həm fürsət, həm risk yaradır. Əgər sistemin məlumatları qərəzlidirsə, qərarlar da qərəzli olacaq. Buna görə etik dəyərlər, şəffaflıq və ictimai iştirak əsas rol oynamalıdır”. Deputat bildirib ki, süni intellekt Azərbaycanda da dövlət səviyyəsində prioritet istiqamət olub: “Ən mühüm addımlardan biri “Azərbaycan Respublikasının Süni İntellekt Strategiyası”dır. Bu sənəd süni intellektin ölkə üçün nə qədər strateji əhəmiyyət daşıdığını göstərir. Texnologiyanın inkişafı təkcə infrastrukturla məhdudlaşmır. Hüquqi çərçivə, təhlükəsizlik, şəxsi məlumatların qorunması və etik standartlar da bu prosesin ayrılmaz hissəsidir. Hələ ölkəmizdə süni intellektlə bağlı ayrıca qanun formalaşmasa da, bu mövzu artıq cəmiyyətin diqqət mərkəzindədir. Əsas məqsəd odur ki, süni intellekt insan hüquqlarını və sosial ədaləti qoruyan bir mexanizm kimi inkişaf etdirilsin. Məlumatların işlənməsi zamanı vətəndaşların razılığı və məlumatın necə istifadə olunacağı şəffaf bildirilməlidir. Bundan əlavə, süni intellekt sistemləri regionlar və sosial həssas qruplar üçün də əlçatan olmalıdır. Nəticə etibarilə, Azərbaycanda süni intellektin inkişafı üçün siyasi iradə mövcuddur, infrastruktur qurulub. İndi əsas məsələ bu texnologiyanın hüquqi və sosial baxımdan düzgün istiqamətə yönəldilməsidir. Parlamentari əlavə edib ki, bu məsələlərdə parlamentin üzərinə çox böyük məsuliyyət düşür. “Çünki bu texnologiyanın cəmiyyətə təsiri, vətəndaşların hüquqları və həssas qrupların imkanlardan faydalanması qanunvericilikdən asılıdır. Birinci, biz bu sahədə etik və hüquqi çərçivə yaratmalıyıq. Səhiyyə, təhsil, sosial yardım və dövlət xidmətlərində şəffaflıq, ayrı-seçkilik etməmə və insan nəzarəti prinsipləri qanunla təsbit olunmalıdır. İkinci məsələ, alqoritmlərin səhv etmə risklərinin idarə edilməsidir. Məsələn, sosial yardım alan vətəndaşları müəyyənləşdirən süni intellekt sistemləri qərəzli ola bilər. Ona görə qanunla tələb olunmalıdır ki, bu sistemlər etik auditdən keçsin. Üçüncü, qəbul edilən normativ aktlar beynəlxalq standartlarla uyğunlaşmalıdır. Müstəqil süni intellekt müşahidə mərkəzi yaradılmalıdır. Dördüncü, əmək bazarına təsir məsələsidir. Süni intellekt bəzi peşələri aradan qaldıracaq, amma yenilərini yaradacaq. Parlament gələcəyə yönəlmiş əmək sahəsini tənzimləyən normativ aktları qəbul etməli, sosial müdafiə şəbəkələrinin yenilənməsi və rəqəmsal savadlılıq proqramlarına ayrılan büdcəyə xüsusi diqqət yetirməlidir. Beşinci məsələ, gənclər və təhsildir. Gənclər süni intellektin ən aktiv istifadəçiləridir. Bunu nəzərə alaraq, təhsil proqramlarında rəqəmsal savadlılıq və etik süni intellekt bilikləri əsas fənlərə daxil edilməlidir.

Nəhayət, parlamentin ən önəmli rolu şəffaflıq və ictimai nəzarəti qorumaqdır. Komitə dinləmələri, ictimai müzakirələr və açıq məlumat ekosistemləri vasitəsilə süni intellektlə bağlı qərarlar xalqın gözü qarşısında olmalıdır. Bu həm etimadı gücləndirəcək, həm də demokratik hesabatlılığı təmin edəcək”, - deyə o qeyd edib.


Qarabağ Qaziləri İctimai Birliyinin sədri Asəf Əliyev Sherg.az-a açıqlamasında bildirdi ki, hər nə qədər elektron hökumət subyektivliyi, məmur və ya tibbi ekspert müdaxiləsini aradan qaldırırsa da, xanım millət vəkilinin dediyi kimi, bəzi hallarda səhvlər, risklər də ola bilər: 

seeBaxış sayı:125
embedMənbə:https://sherg.az
archiveBu xəbər 08 Oktyabr 2025 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see220

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see181

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see172

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see170

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see169

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see166

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see162

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see156

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see156

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see153

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see149

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see145

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see141

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see140

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see140

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see131

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri