Elektron xəstəlik vərəqini kimlər ala bilər?
Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Xəstəlik, xəsarət, hamiləlik və doğum səbəbilə əmək qabiliyyətinin müvəqqəti itirilməsi hallarında pasientlər elektron xəstəlik vərəqindən istifadə edilə bilər.
Milli.Az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Rəqəmsal Səhiyyə Mərkəzinin mütəxəssisi Sevinc Məhərrəmova deyib.
O qeyd edib ki, xəstələr vərəqi kağız formada əldə etmək istəsələr, tətbiq üzərindən elektron formanı kağız halında çap etmək mümkündür:
"Xəstəlik vərəqinin elektronlaşdırılması xəstəlik vərəqi alma prosesini sürətləndirəcək. Qeyri-iş günlərində də xəstəlik vərəqəsi almaq mümkün olacaq".
S. Məhərrəmova bildirilib ki, işəgötürənlər elektron xəstəlik vərəqlərini Əmək və Məşğulluq Altsistemi (ƏMAS - işəgötürənlər və işçilər arasında əmək münasibətlərinin rəqəmsal müstəviyə keçidini təmin edən müasir platforma) üzərindən görəcəklər.
Qeyd edək ki, mayın 1-dən elektron xəstəlik vərəqələrinin verilməsi qüvvəyə minəcək./APA
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 23 Aprel 2025 18:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















