Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

ELEKTRON ZƏHƏR... Azərbaycana bu məhsulları kimlər gətirir?

ELEKTRON ZƏHƏR... Azərbaycana bu məhsulları kimlər gətirir?

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Milli Məclisin bu gün keçirilən iclasında Vergi Məcəlləsində, “Tütün və tütün məmulatı haqqında”, “Reklam haqqında” və “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının qanunlarına dəyişiklik edilməsi barədə” qanun layihəsi qəbul olunub.

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov bildirib ki, sahibkarların müraciətlərini, eyni zamanda elektron siqaretlərlə bağlı sərt qadağa rejimini tətbiq etmiş ölkələrin təcrübəsini də nəzərə almaqla qanunun qüvvəyə minmə müddətinin fevralın 1-dən deyil, uzadılaraq aprelin 1-dən müəyyən olunmasını təklif edilib.

“Bu müddət ərzində maddi itkilərlə və çətinliklərlə üz-üzə qalmaması üçün sahibkarlara aidiyyəti qurumlar tərəfindən hər cür dəstək verilməsini vacib hesab edirik”, - o qeyd edib.

Komitə sədri qeyd edib ki, elektron siqaretlərin qadağan edilməsindən, yəni qanunun qüvvəyə minməsindən sonra biznesin bu seqmenti üzrə “qara bazar”ın yaranmasına, qaçaqmalçılıq cəhdlərinə yol verilməməsi üçün gömrük-vergi, antiinhisar, hüquq-mühafizə orqanları ciddi önləyici tədbirlər görməlidirlər.

Elektron siqaretlər hansı ölkələrdən gətirilir?

Qeyd edək ki, Azərbaycanda elektron siqaretlərin idxalı və satış bazarı əsasən kiçik pərakəndə satıcılar və fərdi idxalçılar tərəfindən formalaşdırılır, rəsmi distribyutorlar isə yalnız müəyyən qızdırılan tütün cihazları üzrə fəaliyyət göstərir.

Rəsmi məlumatlara görə, ölkədə elektron siqaretlər və əlaqəli məhsulların idxalı əsasən Çin, Malayziya, ABŞ və Böyük Britaniyadan həyata keçirilir. Kiçik pərakəndə satıcılar məhsulları birbaşa xaricdən alıb sosial media və onlayn platformalar vasitəsilə satışa çıxarırlar.

Azərbaycanda qızdırılan tütün cihazlarının rəsmi idxalçıları arasında “Prime Light” MMC (IQOS) və “Sarvan” MMC (Ploom) diqqət çəkir. Lakin bu cihazlar klassik elektron siqaretlərdən fərqlidir.

Nikotin tərkibli elektron siqaretlərin idxalı, istehsalı, saxlanması və satışının qadağan edilməsi bazardakı rəsmi və qeyri-rəsmi idxalçıların fəaliyyətinə ciddi təsir göstərəcək və elektron siqaretlərin dövriyyəsini tamamilə dayandıracaq.

Bu dəyişikliklər, həmçinin idxalçı şirkətlərin və pərakəndə satıcıların strateji planlarını yenidən nəzərdən keçirməsinə səbəb olacaq. Analitiklər hesab edirlər ki, elektron siqaret bazarında rəsmiləşdirilmiş idxalçıların payı artmasa da, qadağa nəticəsində bazarda qeyri-rəsmi satışlar və kontrabanda riskləri artır.

Elektron siqaretlərin qiymətləri isə cihazın növündən asılı olaraq dəyişir:

Birdəfəlik və sadə elektron siqaretlər – 20–50 AZN;

Orta səviyyəli pod və texnoloji cihazlar – 50–100+ AZN;

LCD ekranlı və qızdırılan tütün cihazları – 119 AZN və üzəri qiymətə təklif olunur.

Rəşad Mahmudov: “Bu artıq fərdi seçim məsələsi, nə də iqtisadi azadlıq məsələsi deyil”

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, tanınmış kardioloq Rəaşd Mahmudov qanun layihəsinin müzakirəsi zamanı bildirib ki, elektron siqaretlərin guya klassik siqaretlərə nisbətən daha az zərərli olması barədə fikirlər var. Onun sözlərinə görə, ilk baxışda bu fikir məntiqli və hətta effektiv təsir bağışlaya bilər. Lakin məsələni daha dərin və geniş kontekstdə təhlil etdikdə bu yanaşmanın ciddi problemlər yaratdığını görürük.

Millət vəkili qeyd edib ki, son onilliklərdə dünyada aparılan ardıcıl və sistemli maarifləndirmə, qanunvericilik və ictimai səhiyyə tədbirləri nəticəsində, xüsusilə gənclər arasında zərərli vərdişlərə – siqaret və alkoqol istifadəsinə maraq əhəmiyyətli dərəcədə azalıb. Bu azalma daha aydın şəkildə orta və yüksək sosial təbəqələrdə müşahidə olunur. 

“Bu fakt onu göstərir ki, illərlə aparılan mübarizə artıq yeni nəsildə real nəticə verməyə başlayıb”, - o əlavə edib.

Sədr müavini vurğulayıb ki, məhz bu mərhələdə bazar maraqları yeni bir anlayış formalaşdırdı: “daha az zərərli”, “təhlükəsiz”, “keçid vasitəsi” kimi təqdim olunan elektron siqaret konsepsiyası ortaya atıldı. Bu konsepsiya gənc nəsil üçün sanki problemsiz, asılılıq yaratmayan və sosial cəhətdən qəbul edilə bilən bir alternativ kimi təqdim olunur. Halbuki reallıqda bu yanaşma azalmağa başlayan asılılıq bazarının yenidən genişləndirilməsinə xidmət edir.

“Burada məqsədin birbaşa “zərər vermək” olduğunu iddia etmək ilk başda çətin kimi görüləbilər. Lakin biznes maraqları ilə asılılıq yaradan maddələrin uzunmüddətli və davamlı istifadəsi birləşdikdə, bu, cəmiyyət üçün ağır tibbi, sosial və iqtisadi nəticələr doğurur. Xüsusilə nikotin asılılığının erkən yaşlarda yeniyetmələr arasında formalaşması gələcəkdə daha ağır davranış modellərinə və sağlamlıq problemlərinə yol açacaq”, - deputat bildirib.

R.Mahmudov əlavə edir ki, enerji içəcəklərinə baxsaq, problem təkcə kafeinin ürək ritminə təsiri ilə bağlı deyi: “Bu içkilər də davamlı istifadəyə yönəlik formalaşdırılır və nəticədə əsas risk damamlı istehlaka bağlı yüksək şəkər yükü üzərindən ortaya çıxır. Bu isə metabolik sindromun yaranmasına, ardınca ürək-damar xəstəlikləri, insult, alimentar diabet və bəzi onkoloji xəstəliklərə aparan ciddi bir etyolojik zəncir yaradır”.

Millət vəkili qeyd edir ki, elektron siqaretlərdə də oxşar vəziyyət var. “Tüstüsüz”, “az zərərli”, "meyvəli", "klasik siqaretdən qurtulmaq üçün ara vasitəçi" kimi çox mülayim formada təqdim olunmaları, bu vasitələrin tərkibindəki maddələrin ciddi asılılıqla yanaşı, həm də qızdırılma zamanı kimyəvi olaraq bəzən aşkarlanması çətin olan toksik birləşmələr əmələ gətirdiyi bilinməkdədir. Onun sözlərinə görə, kütləvi istehsal şəraitində nəzarətin zəifləməsi isə daha ciddi gizli asılılıq yaradan psikoaktiv maddələrin dövriyyəyə daxil olma riskini artırır ki, bununla bağlı da həyəcan təbili çalınmaqdadır.

Rəşad Mahmudov hesab edir ki, bu səbəbdən məsələyə sadə və prinsipial yanaşmaq lazımdır: asılılıq yaradan istənilən məhsul dövlət üçün potensial təhlükədir. Komitə sədrinin müavini qeyd edir ki, müasir dövrdə dövlətlərin əsas vəzifəsi yalnız bazarı tənzimləmək deyil, həm də cəmiyyətin, xüsusilə gənc nəslin sağlamlığını qorumaqdır. Bu isə qaçılmaz olaraq daha sərt və qabaqlayıcı addımlar atmağı tələb edir: “Tarixi təcrübə göstərir ki, sənayeləşmənin ilk dövrlərində siqaretin geniş yayılmasının qarşısını almaq mümkün olmadı. O dövrdə nə bu qədər elmi bilik, nə qlobal kommunikasiya, nə də ictimai məsuliyyət mexanizmləri mövcud idi. Amma bu gün biz tamam fərqli bir mərhələdəyik. Bu gün biz riskləri əvvəlcədən görürük və onları vaxtında idarə etmək imkanına sahibik.

Əlbəttə, qlobal tütün sənayesi qarşısında heç bir ölkə təkbaşına bütün problemləri birdəfəlik həll edə bilməz. Lakin bu o demək deyil ki, dövlətlər passiv qalmalıdır. Əksinə, erkən mərhələdə, xüsusilə gəncləri, konkret desək məktəb yaşlı uşaqları hədəf alan, qoxusuz və aldadıcı təsir yaradan ömürlük asılılıq yaradan elektron siqaretlərə qarşı prinsipial mövqe nümayiş etdirilməlidir. Bu gün əlimizdə olan biliklər və datalar bizi yeni yaranan risklərə qarşı daha çevik, daha qətiyyətli və daha məsuliyyətli qərarlar verməyə məcbur edir.

Bu artıq fərdi seçim məsələsi, nə də iqtisadi azadlıq məsələsi deyil. Bu, gələcək nəsillərin sağlamlığı ilə bağlı dövlət məsuliyyətidir”.

Rasim

“AzPolitika.info” 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:313
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 19 Dekabr 2025 16:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see645

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see452

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see319

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see316

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see314

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see301

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see288

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see266

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see256

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see239

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see234

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see223

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see222

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see220

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see218

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see201

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see195

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see192

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see187

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri