Icma.az
close
up
RU
Elələrinə heç 100 manat da vermərəm Əməkdar artistdən sərt ittihamlar

Elələrinə heç 100 manat da vermərəm Əməkdar artistdən sərt ittihamlar

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xanəndə Qəzənfər Abbasovun APA TV-də səsləndirdiyi fikirlər geniş müzakirələrə səbəb olub. O, bəzi müğənnilərin toylardan yüksək məbləğdə qazanc götürməsini tənqid edib və bunun həm qeyri-etik, həm də insanların maddi imkanlarına uyğun olmadığını vurğulayıb.

Sitat: “Toya gedirsən, get. Amma 2-3 min al, yaxşı 5 min manat al. 20 min pul almazlar axı. Millət bu pulu hardan versin? Hər kəs edə bilmir. Sən yalançı xanəndə olaraq, 20 mini necə alırsan, necə namusuna sığışdırırsan? Bizim böyüyümüz, el ağsaqqalımız Alim Qasımovdur, o bəyəm həmin qiymətə gedir?”

Müğənnilərin toylardan aldıqları haqqın müəyyən standartları olmalıdırmı?

Globalinfo.az-a danışan əməkdar artist Firuz Səxavət deyib ki, hər kəsin qonorar seçimi nəzərə alınmalıdır:

“Məbləği verib-verməmək toy sahibindən asılıdır. Qəzənfər müəllimin fikirləri ilə razıyam, lakin cəmiyyət sənətdən anlayışı olmayanlara pul verir. Burada ifaçının günahı yoxdur, günah pulu ödəyəndədir.

Müğənnilər kimdənsə pulu məcbur almır. Müstəqil dövlətdə heç kimə qiymətlə bağlı irad bildirə bilməzsən”.

Xanəndə sənəti olmayan müğənnilərə yüksək qonorar verilməsinin yanlış olduğunu vurğulayıb:

“Elə müğənnilərə heç 100 manat da vermərəm. Əgər pulu verirsənsə, deməli, sənin zövqünü oxşayan odur. Musiqini başa düşən adam heç vaxt elə müğənnilərə pul verməz.

Görün, cəmiyyət hansı vəziyyətə gəlib ki, ən lazımsız musiqilərə görə ödəniş edirlər. Günah o müğənnilərdə deyil. Xalq öz məclisinə sənətkarı deyil, “sənətkarları” dəvət edib yüksək qonorar verirsə, onlar da normal olaraq elə davranacaq”.

F.Səxavət musiqimizi əvvəlki səviyyəyə qaytarmaq üçün zaman və güclü təbliğatın vacibliyini qeyd edib:

“Məsələn, o bayağı mahnılar 3-5 gün radioda, efirlərdə səslənməsə, heç kimin yadına düşməyəcək. Təəssüf ki, hazırda efirlərdə elə müğənnilərdir və insanlar bunu qəbul edir. Milli musiqi bizim atributumuzdur, millətimizin köküdür, xalqımızın gələcəyidir. Bunu qorumaq vacibdir”.

Zaira Akifqızı
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 02 Aprel 2026 20:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see352

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see283

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see270

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see255

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see240

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see228

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see221

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see219

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see217

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see210

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see209

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see205

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see196

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see193

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see185

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see183

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see179

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see175

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see174

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri