Icma.az
close
up
RU
Əməkdar artistdən yeni ittihamlar

Əməkdar artistdən yeni ittihamlar

Missiya.az saytından alınan məlumata görə, Icma.az bildirir.


Azərbaycan teatrı bir məktəb kimi xalqımızın ictimai-siyasi həyatında, mədəniyyətimizin inkişafında böyük rol oynayır. Teatr və kino sahəsində öz dəsti-xətti olan aktyorlarımız isə bir dəyərdir. Fərqli-fərqli obrazlarla tamaşaçıların qarşısına çıxaraq, onların ruhuna toxunaraq sevgilərini qazanırlar. Bu karvanda bir çoxları ömrünü başa vurur, həmin sıra yeni nəsillərlə artır. Uzun illərini bu sənətə həsr edən aktyorlarımız var ki, indi də vəzifəsini layiqincə icra edirlər. Azərbaycan dövləti də peşəkarlara, sənətkarlara hər zaman qiymət verir. 

Fəaliyyətə başladığı ilk zamanlardan Akademik Milli Dram teatrında ("AzDrama") savadlı, peşəkar aktyor heyəti çoxlu tamaşalarla insanların qarşısına çıxır. Təəssüflər olsun ki, hazırda həmin teatrda heç də ürəkaçan olmayan problemlər yaşanır.

Günlərdir, Əməkdar artist Mehriban Xanlarova ilə Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadə arasında xoşagəlməz hallar baş verir və münaqişə daha da böyüyür. Qalmaqal isə yaxın aylarda səhnəyə qoyulacaq “Baş” tamaşası ilə əlaqədardır. Belə ki, Elçinin romanı əsasında səhnələşdirilən eyniadlı tamaşaya Yuğ Dövlət Dram Teatrının aktrisası Günəş Teqin dəvət olunub. O, AzDrama-da Ağabəyim Ağa obrazı ilə səhnəyə çıxacaq. Mehriban Xanlarova tamaşalara başqa teatrlardan aktyor-aktrisa gətirilməsinə etiraz edib, teatrda çalışan kifayət qədər istedadlı, gənc aktyor və aktrisaların olduğunu deyib. Məsələyə dair müxtəlif media qurumlarına açıqlamalar verməyə davam edir.

Missiya.Az olaraq məsələni araşdırmaq üçün "AzDrama"nın mətbuat katibi Cavid Zeynallı ilə əlaqə saxladıq. O, sözügedən problemlə bağlı əlavə açıqlama verməyəcəyini qeyd edib və bir neçə gün öncə öz rəsmi “facebook” səhifəsində yaydıqları məlumatın son açıqlamaları olduğunu vurğulayıb.

Teatrın yaydığı həmin məlumatı təqdim edirik:

“Martın 5-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq yazıçısı Elçinin "Baş" romanı əsasında hazırlanan tamaşanın məşqlərinə başlanılıb. Tamaşanın quruluşçu rejissoru - Akademik Milli Dram Teatrının Bədii rəhbəri Mehriban Ələkbərzadə Ağabəyim ağa rolu üçün gənc və istedadlı aktrisa Günəş Tekini dəvət edib. Tamaşanın hazırlanması ilə bağlı əmr kollektivə elan olunandan sonra əməkdar artist Mehriban Xanlarova müsahibəsində bu faktla bağlı etirazını bildirib. Daha sonra teatrın digər aktyorları - Xalq artisti Əli Nur və əməkdar artist Münəvvər Əliyeva sosial şəbəkə hesablarında və saytlarda öz etirazlarını bidiriblər. Bu gün Akademik Milli Dram Teatrı bir neçə istiqamətdə öz strategiyasını və yaradıcı hədəfini müəyyənləşdirib. Bura teatr irsinin qorunması, beynəlxalq əlaqələrin genişlənməsi, müasir tamaşaçı tələbinə cavab verən repertuar planının tərtibi, gənc, perspektivli və istedadlı aktyorların truppaya cəlb olunması və s. daxildir. Son iki ildə teatr ciddi uğurlara imza atıb… Günəş Tekin dəvətli aktrisa hesab olunmur. O, artıq Akademik Milli Dram Teatrının əməkdaşıdır. Son iki il ərzində Akademik Milli Dram Teatrı öz truppasını genişləndirmək və yeniləndirmək üçün gənc aktyorları cəlb edib. Tarixə nəzər salsaq, müxtəlif teatrlardan dəvət olunan gənc, orta və yaşlı aktyorlar Akademik Milli Dram Teatrında tamaşalara dəvət olunub və bu gün teatrın ən tanınmış üzvlərinə çevriliblər”.

Qurumun məlumatında o da əlavə edilib ki, aktyorlarının etirazlarına onların söz haqqı kimi hörmətlə yanaşılır. Lakin bu etirazları yaşlı nəslin gənc nəslə haqsız və yanlış qısqanclığı adlandırıb.

Biz, həmçinin, yayılan qalmqala Mədəniyyət Nazirliyinin də münasibətini öyrənmək istədik.

Amma bildirildi ki, nazirlik mədəniyyət sahəsində dövlət strategiyasını həyata keçirən orqan olduğu üçün sözügedən mövzuya dair teatrın aydınlıq gətirməsi kifayət edir.

Əməkdar artist Mehriban Xanlarova isə saytımıza müsahibəsində hazırda təkbaşına mübarizə apardığını, lakin səhnə arxasında bütün kollektivin ona dəstək verdiyini vurğulayıb.

“Onların bu dəstəyi mənim üçün dəyərlidir, amma təəssüf ki, məsələ ictimaiyyət qarşısında açıq mövqe bildirməyə gələndə, hamı birdən yoxa çıxır. Onları da qınamıram, çünki qarşıdan may ayında prezident mükafatlarının təqdimatı gəlir. Çoxları qorxur ki, əgər açıq şəkildə mənim yanımda olsalar, adları siyahıdan çıxarıla bilər. Bu qorxu onları susmağa vadar edir. Halbuki, həqiqətin yanında olmaq, ədaləti müdafiə etmək hər şeydən vacibdir. Ancaq təəssüf ki, bəzi insanlar şəxsi maraqlarını prinsiplərindən üstün tuturlar. Mehriban Ələkbərzadənin teatrdakı fəaliyyəti və idarəçiliyi ilə bağlı edilən haqsızlığa göz yummaq və susmaq, sənətə və teatrın müqəddəsliyinə xəyanət olar!”, - sənətçi əlavə edib.

Zərintac Mayisqızı
Missiya.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://missiya.az
archiveBu xəbər 10 Mart 2025 15:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see518

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see469

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see366

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see312

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see275

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see252

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see248

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see230

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see229

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see225

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see218

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see216

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see204

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see199

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see190

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see189

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see184

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see183

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see177

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri