Qazax Ələt Bakı magistralında sürücülər üçün təhlükə: “Elə bil Formula yarışındayıq” VİDEO
Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Qazax-Ələt-Bakı magistralının Ələt istiqamətində aparılan təmir işləri zamanı sürücülər üçün təhlükəli vəziyyət yaranıb.
“Bakupost”a bununla bağlı görüntülər daxil olub.
Sürürücülərdən biri bildirib ki, ötən gün yolun hərəkət hissəsinə yerləşdirilən konuslar nizamsız şəkildə səpələnib və nəqliyyat vasitələrinin hərəkəti üçün ciddi çətinlik yaradıb:
“Yola düzülən manelər sürücülər üçün əməlli-başlı Formula yarışı yaratdı. Bəxtimiz gətirdi qurtulduq. Üstəlik boya da asfalta yayılırdı. Bunu edən qurum kimdir bilmirəm, amma vallah, belə iş olmur. Bu iş yox əməlli cinayətdir”.
Məsələ ilə bağlı “Bakupost”un sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, prosedura uyğun olaraq, boya çəkildikdən bir saat sonra konuslar yığılır.
Qurumdan qeyd olunub ki, görüntülərdə əks olunan hadisə həmin müddət ərzində baş verib.
“İriqabaritli nəqliyyat vasitəsi zolağını dəyişdirmiş, bununla da həm konusları dağıdıb, həm də boyanın yayılmasına səbəb olub. Konuslar qısa müddətdə yoldan götürülüb”, - deyə AYNA-dan bildirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 24 Avqust 2026 17:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















