“Elfsborq” “Qarabağ” matçının biletləri satışa çıxarılır Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı
Azxeber.com saytına istinadən Icma.az xəbər verir.
"Qarabağ”ın İsveçdə "Elfsborq”a qarşı keçirəcəyi UEFA Avropa Liqası matçının qonaq azarkeşləri üçün biletlər sabahdan satışa çıxarılacaq.
AZXEBER.COM xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Azarkeşlər biletləri sabah saat 12:00-dan etibarən "iTicket.az” saytında əldə edə biləcəklər.
Fanatlar əldə etdikləri vauçerləri oyun günü saat 16:00-dan 18:00-a kimi "Scandic Plaza Boras” ("Allégatan” 3, 503 32 "Boras”, "Sweden”) hotelinin məlumat şöbəsinə yaxınlaşaraq biletə dəyişməlidirlər. Biletlərin qiyməti 30 manatdır.
Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin VI turunda, dekabrın 12-də təşkil olunacaq "Elfsborq” – "Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-də start götürəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 05 Dekabr 2024 23:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















