Elgiz Kərəmli: “Çempionatın sonuna doğru gərginlik artır”
Icma.az, Idman.biz saytına istinadən bildirir.
“Çempionatın sonuna doğru gərginlik daha da artır. MOİK çempionatın güclü kollektivlərindən biridir”.
Bu sözləri “Şəfa”nın baş məşqçisi Elgiz Kərəmli deyib.
Gənc mütəxəssis Liqanın 23-cü turunda MOİK-i məğlub etdiyi matç barədə fikirlərini bölüşüb.
“İlk hissədə oyun bərabər səviyyədə keçdi, hər iki komandanın qol imkanları oldu. İkinci yarıda isə futbolçularımız daha inamlı çıxış etdilər və daha fəal olduqları üçün rəqib üzərində üstünlük qura bildik. Çempionluğu artıq təmin etdiyimizi demək hələ tezdir, lakin bu qələbə ilə çempionluğa doğru böyük bir addım atmış olduq. Növbəti turda rəqibimiz “Şimal” bizə qarşı “dişini” göstərəcək. Onlar liqada mövqeyini qorumaq istəyir. Bunu nəzərə alsaq, oyunun heç də asan keçməyəcəyi gözləmək olar. Biz isə qalib gələrək rəqiblərin xal itirməsini gözləyəcəyik ki, çempionluğu daha erkən qeyd edə bilək. Heyətdə müqaviləsi başa çatan futbolçularımız var, amma çempionluq rəsmiləşəndən sonra isə bu məsələləri daha ətraflı müzakirə edəcəyik”, - deyə o, sport24.az-a açıqlamasında deyib.
Qeyd edək ki, “Şəfa” - MOİK qarşılaşması meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:181
Bu xəbər 23 Aprel 2026 18:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















