Icma.az
close
up
RU
Menu

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

Zəfər Gününə həsr olunan fləş mob Video

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

Röya bu gün açıq havada konsert verəcək Foto

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

Uşaqlıq xatirələri həyatımıza yön verir

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

Elhad Nəziri: Bu, futbolçuların mənə olan sevgisidir

Elhad Nəziri: Bu, futbolçuların mənə olan sevgisidir

Icma.az bildirir, Apasport saytına əsaslanaraq.

I Liqanın 2-ci turunda “Gəncəbasar” “Xankəndi”ni qəbul edib - 2:1.

Matçdan sonra meydan sahiblərinin baş məşqçisi Elhad Nəziri “Apasport”un suallarını cavablandırıb.

– Oyunla bağlı fikirləriniz necədir?
– Matçın çətin olacağını bilirdik. “Xankəndi”nin “Səbail”lə 1:1 hesablı heç-heçə etdiyi oyuna 90 dəqiqə canlı baxmışdım. Həm xarakter, həm də təcrübəli futbolçular baxımından kifayət qədər yaxşı heyətləri var. Rəqibin hansı üslubda oynadığını analiz etmişdik. Çalışdıq ki, onların daha yaxşı bacardıqları gedişlərin qarşısını alaq. Sadəcə futbolçularımı təbrik edirəm. Verdiyim tapşırıqların öhdəsindən gəldilər. Artıq növbəti oyuna hazırlaşacağıq.

– Komandanın hazırkı durumu necədir? Bu il üçün hədəfiniz nədir?
– Sözün açığı, komandamız əsasən gənclərdən formalaşıb. Bu, meydançada da görünür. Rəhbərliklə ilk söhbətimiz zamanı qarşımıza çempionluq hədəfi qoyulmuşdu. Sadəcə vaxt problemi və futbolçu qıtlığı səbəbindən planımızı dəyişərək gənclərdən ibarət yaxşı komanda formalaşdırmaq istiqamətində getdik.

Yenə də deyirəm, komandamız gənclərdən ibarət olsa da, bacardığımızın ən yaxşısını edəcəyik. Futbolçularıma hər zaman bildirirəm ki, istəsəniz, Azərbaycanda yaxşı futbolçu ola bilərsiniz. Əsas odur ki, həm düşüncə, həm də ürəklə meydançada üzərinizə düşən vəzifəni layiqincə yerinə yetirəsiniz. Verdiyimiz tapşırıqları düzgün icra etsələr, inşallah, gözəl nəticələr əldə edəcəyik.

– Meydançada qazonun saraldığı görünürdü. Diqqətinizə çarpdı?
– Bu meydança haqqında mənfi nəsə demək istəmirəm. I Liqada elə meydançalar var ki, onların fonunda bu, Azərbaycanın ən gözəl meydançalarından biridir. Buna görə də meydança ilə bağlı hansısa irad bildirməyin düzgün olmadığını düşünürəm.

- Dileyn Açimi ardıcıl iki matçda dubl etdi. Onunla fərdi danışığınız olub?
– Ümumiyyətlə, tək Açimi ilə yox, bütün futbolçularımla təhlillər zamanı söhbət edirəm. Onların hansı potensiala sahib olduqlarını, daha yuxarı səviyyəyə gedə biləcəklərini özlərinin başa düşəcəyi dildə izah edirəm. Meydandan kənarda da bütün futbolçularımla dost, qardaş, bir ailənin üzvləri kimi davranmağa çalışıram.

Bəlkə də futbolçuların mənə olan sevgisidir ki, hər zaman əllərindən gələnin ən yaxşısını edirlər. Çünki onlar buna layiqdirlər. Nə qədər əziyyət çəkiblərsə, rəhbərlik sağ olsun, bunun bəhrəsini də artıqlaması ilə görürlər.

– Yeni transferiniz Kristupas Padegimas “Selye”dən gəlib. Meydana sonradan daxil olsa da, tam potensialını görmək mümkün olmadı. Fiziki durumu necədir?
– Əslində, futbolçunun fiziki durumu normal idi. Sadəcə xəstələndiyi üçün fiziki durumunda geriləmə oldu. Amma qarşıda vaxtımız var. Növbəti oyunumuz “Mingəçevir”lədir. İnşallah, ondan sonra milli komandaların oyunları ilə əlaqədar fasilə olacaq. Həmin müddətdə istədiyimiz futbolçuları arzuladığımız formaya salmağa çalışacağıq.

– Bu gün belə gözəl stadionda oynayırsınız, amma sonrakı matçlarda şəraiti xeyli fərqli olan süni örtüklü meydançalarda çıxış etməli olursunuz. Bu dəyişiklik komandaya nə dərəcədə təsir edir?
– Əlbəttə ki, mənfi təsir edir. Çox istəyərdim ki, I Liqadakı bütün meydançalar təbii örtüklü olsun. Bu, həm futbolçuların zədələrdən qorunması, həm də onların inkişafı baxımından çox yaxşı olardı. Amma təəssüf ki, infrastruktur baxımından əziyyət çəkirik. Bizim üçün də çox çətindir. Futbolçular təbii örtükdən süni örtüyə keçəndə ağrıları, zədələri olur.

Rəhbərlik sağ olsun ki, bizə belə gözəl şərait yaradıb. Bu, futbolçularımız üçün böyük stimuldur. Bəlkə də bir ay əvvəl futbolçularım düşünürdülər ki, görəsən, Gəncə şəhər stadionunda bizim də oyun keçirməyimiz qismət olacaq? Şükürlər olsun ki, rəhbərlik bizim üçün əlindən gələnin ən yaxşısını edib. Biz də göstərilən bu münasibətin qarşılığını qələbələrlə və qazandığımız xallarla vermək istəyirik.

Binədə qollu bərabərlik “Sumqayıt”dan yeni transfer “Neftçi-2”dən inamlı qələbə Fərid Namazov: “Neftçi” dominant oynayırdı” Yuri Vernidub: “Bu, yaxşı hal deyil”
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://apasport.az
archiveBu xəbər 12 Sentyabr 2026 18:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see293

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see286

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see280

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see274

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see247

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see230

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see225

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see224

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see221

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see216

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see209

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see207

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see206

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see200

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see198

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see190

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see188

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see186

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see183

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri