Icma.az
close
up
RU
Əli Əsədov iki qərar imzaladı KONKRET

Əli Əsədov iki qərar imzaladı KONKRET

Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Nazirlər Kabineti “Ümumi istifadədə olan dəmiryol nəqliyyatının infrastrukturunun saxlanması və ondan istifadə Qaydaları”nı təsdiq edib.

KONKRET.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, infrastrukturun saxlanmasını və ondan istifadənin idarə olunmasını Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, eləcə də Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) təklifləri nəzərə alınmaqla infrastruktur sahibi həyata keçirir.

Dəmiryol nəqliyyatında fəaliyyətin və hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə infrastrukturun texniki cəhətdən saz vəziyyətdə olması təmin edilməli, o cümlədən texniki baxışlar keçirilməli, təmir rejimlərinə, istismar qaydalarına riayət olunmalı, həmçinin ölçmə və nəzarət vasitələri daim işlək vəziyyətdə olmalıdır. İnfrastrukturun saxlanmasında qabaqcıl təcrübədən istifadə edilməklə ağıllı nəqliyyat sistemləri, rəqəmsal dispetçer idarəetməsi və avtomatlaşdırılmış monitorinq vasitələri tətbiq edilə bilər. İnfrastrukturun saxlanması infrastruktur sahibinin təsərrüfat fəaliyyətindən əldə olunan vəsaitlər, o cümlədən infrastrukturun istifadəyə verilməsindən əldə edilən gəlirlər və qanunla qadağan edilməyən digər mənbələr hesabına həyata keçirilir. Ümumi istifadədə olan dəmiryol infrastrukturu ilə əlaqəli olan qeyri-ümumi istifadəli dəmiryol nəqliyyatının infrastrukturu həmin infrastrukturun sahibi tərəfindən saz vəziyyətdə saxlanılmalıdır.

İnfrastrukturdan bərabər, maneəsiz və ayrı-seçkilik qoyulmadan istifadə imkanı təmin edilməlidir. Qeyri-ümumi istifadəli dəmiryol xətlərindən ümumi istifadədə olan dəmiryol xətlərinə çıxış “Azərbaycan Dəmir Yolları” QSC ilə razılaşdırılır. İnfrastrukturdan istifadəyə görə xidmətlər qanunvericiliklə müəyyən edilmiş qaydada infrastruktur sahibi ilə müvafiq olaraq daşıyıcı, yükgöndərən, yükalan və ekspeditor, qeyri-ümumi istifadəli dəmiryol sahibləri və digər fiziki və hüquqi şəxslər (bundan sonra – infrastrukturdan istifadə edən subyektlər) arasında bağlanılan müqavilə əsasında göstərilir.

İnfrastrukturdan istifadə edən subyektlər infrastrukturdan istifadə qaydalarına və hərəkətin təhlükəsizliyi tələblərinə əməl etməli, ətraf mühitə zərər vuran fəaliyyətə yol verməməli, infrastrukturdan istifadəyə görə ödənişləri vaxtında həyata keçirməli, infrastrukturdan istifadə ilə bağlı zəruri məlumatları infrastruktur sahibinə düzgün və vaxtında verməlidir. İnfrastrukturdan istifadə nəticəsində əldə olunan gəlirlər infrastruktur sahibinin sərəncamında saxlanılır və həmin vəsait müvafiq fəaliyyətin göstərilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada istifadə olunur.

X X X

İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfində dəyişiklik edilib.

KONKRET.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla təqvim ili ərzində icbari tibbi sığorta fondunun vəsaiti hesabına sığorta təminatı verilən sümük iliyi və ya hematopoetik kök hüceyrələrin transplantasiyasının say həddi 20-dən 50-ə çatdırılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:118
embedMənbə:https://konkret.az
archiveBu xəbər 09 İyun 2026 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see504

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see315

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see287

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see276

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see275

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see275

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see272

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see268

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see268

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see246

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see241

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see239

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see237

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see232

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see220

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see216

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see214

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see210

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see208

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri