Əli Əsədov Monteneqro XİN rəhbəri ilə GÖRÜŞDÜ
Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov dekabrın 20-də Monteneqro Baş nazirinin müavini, xarici işlər naziri Ervin İbrahimoviç ilə görüşüb.
Nazirlər Kabinetindən Redaktor.az-a verilən xəbərə görə, görüşdə Azərbaycan-Monteneqro münasibətlərinin bir çox sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub.
Beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə tərəfindən göstərilən qarşılıqlı dəstək vurğulanıb.
Söhbət zamanı Azərbaycan ilə Monteneqro arasında ticarət-iqtisadi, investisiyaların təşviqi, energetika, humanitar, turizm və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
Baxış sayı:114
Bu xəbər 20 Dekabr 2025 18:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















