Əli Əsədov OPECnin Beynəlxalq İnkişaf Fondunun prezidenti ilə görüşüb
Icma.az, Operativmedia portalına istinadən məlumat verir.
Azərbaycanın Baş naziri Əli Əsədov Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Beynəlxalq İnkişaf Fondunun prezidenti Abdülhəmid Əlxəlifə ilə görüşüb.
"Operativ Media" Nazirlər Kabinetinə istinadən xəbər verir ki, görüşdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakıda yüksək səviyyədə təşkil olunduğu vurğulandı.
Neft ixrac edən ölkə olmasına baxmayaraq Azərbaycanın hələ COP29 sədrliyindən çox əvvəl yaşıl keçidi prioritet sahə elan etdiyi, iqlim dəyişikliyinə qarşı mübarizəyə mühüm töhfələr verdiyi diqqətə çatdırıldı.
Söhbət zamanı ənənəvi enerji sahəsində ətraf mühitə zərərin azaldılması ilə bağlı məsələlər müzakirə olundu.
Baxış sayı:108
Bu xəbər 14 Noyabr 2024 14:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















