Icma.az
close
up
RU
Əli Həsənov ailəsi haqda bu faktı niyə açmadı? İslamı qəbul edən erməni qayınana…

Əli Həsənov ailəsi haqda bu faktı niyə açmadı? İslamı qəbul edən erməni qayınana…

Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.

Son günlər mediada yayılan iddialar böyük rezonans doğurub. Xural TV-nin rəhbəri Əvəz Zeynallı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin keçmiş sədri Əli Həsənovun həyat yoldaşının erməni olduğunu və Ramiz Mehdiyevin arvadı Qalina Mehdiyeva ilə Badamdardakı villada görüşlər keçirdiyini iddia edib.

Əli Həsənov bu iddiaları qəti şəkildə təkzib edərək, özünü və ailəsini tamamilə erməni əlaqələrindən uzaq, yoldaşının əslən qarabağlı və Ağcabədidə doğulmuş biri kimi təqdim edib. Həsənov, Əvəz Zeynallının ittihamlarını “əsassız, ifrat dərəcədə şər və böhtan” adlandırıb və bildirib ki, ailəsi Ramiz Mehdiyevin ailəsi ilə heç bir əlaqədə olmayıb. Maraqlı tərəf isə odur ki, Əli Həsənov həyat yoldaşının azərbaycanlı olduğunu da deməyib. Sadəcə, Ağcabədidə dünyaya gəldiyini deyib.

Uzun illərdir ki, Əli Həsənovun həyat yoldaşının milliyyətcə erməni olduğu deyilir. Amma ilk dəfədir Ə.Həsənov bu mövzuda açıqlama verib.

Globalinfo.az-ın əldə etdiyi məlumata görə, Ə.Həsənovun həyat yoldaşının anası milliyyətcə ermənidir. Deyilir ki, qadın adını Sona yazdırıb. Onun illər öncə islamı qəbul etdiyi haqda informasiyalar var. O da iddia olunur ki, onların yaxın qohumları olan qadınlar həcc ziyarətində olublar.

Deputat Aqil Abbas Əli Həsənovun həyat yoldaşının erməni olması xəbərinin inandırıcı olmadığını qeyd edib:

“Özüm əslən Ağcəbədi rayonundanam. Bizim rayonda ümumiyyətlə ermənilər yaşamayıb. Bir nəfər rus olub, o da əyyaş idi, sonra öldü. Orada başqa millət yaşamadığı üçün deyirəm ki, qadının erməni olduğu doğru deyil. Ağdamda isə 20 erməni ailəsi yaşayırdı, onlardan biri müəllimimiz olub”.

Aqil Abbas

Globalinfo.az-a danışan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib ki, Əvəz Zeynallının dedikləri tam həqiqətdir.

O, Əli Həsənovun həyat yoldaşının erməni olduğunu deyib:

“Əli Həsənovun danmağına baxmayın. Əli Həsənov həmişə Ramiz Mehdiyevin yanında olub, bunlar faktdır. Bu faktı gizlətmək mümkün deyil. İndiyə qədər onların əllərində böyük kapitallar olub. Kapital hesabına hamını susdurublar və bu gün də susdurmağa cəhd edirlər. Ramiz Mehdiyevin komandası çox güclü hücuma keçib. Əllərində böyük bir kapital var. Əli Həsənov həmişə deyirdi ki, Ramiz Mehdiyevlə bacanaq olduğum üçün çox xoşbəxtəm. Ramiz Mehdiyevə bir zaman yaxın olan şəxslər bu gün bunu danırlar, vəziyyətdən çıxış yolu axtarırlar. Bunlar belə bir məxluqdur”.

H.Hacıyevin sözlərinə görə, Əli Həsənov böyük cinayətlər törədib:

Hafiz Hacıyev

“Törətdiyi cinayətlər nəticəsində Azərbaycan dövlət büdcəsi dağıdılıb, yeyilib. Vaxtında məcburi köçkünlərə ayrılan milyardlarla manat vəsait havaya sovrulub. Bu gün əlbəttə ki, hamı özünü müdafiə mövqeyində saxlayır. Mən bunları Əli Həsənov baş nazirin müavini olarkən də demişəm. Bizim aramızda buna görə mübahisələr olub. Hamısının Ermənistanda böyük malikanələri var. Hətta Göyçə gölünün sahilində Ramiz Mehdiyevin qızlarının böyük villaları var, yayda orada dincəlirlər. Hökumətin daxilində ermənilərlə qohumluğu olan insanlar çoxdur və onlar hamısı hakimiyyətə can atırlar. Bu gün də onları oradan qovmaq mümkün deyil”.

Partiya sədrinin fikrincə, artıq ciddi tədbirlər görülməlidir:

“Anası və arvadı erməni olan, Rusiya ilə sıx bağlı olan şəxslərin hamısı bu gün həbs edilməlidir. Bu Vətən bizimdir, biz burada yaşayırıq.

Milli Məclisdə ermənilərlə qohumluğu olan deputatlar var. Onların hamısı üzə çıxmalıdır. Burada nəsə gizlətməyin yeri yoxdur. Əks halda başımıza bəlalar gələcək. Biz bildiklərimizi media vasitəsilə hamıya çatdırmalıyıq”.

Redaksiya Hafiz Hacıyevin iddiaları ilə bağlı qarşı tərəfin mövqeyini çap etməyə hazır olduğunu bildirir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 18 Noyabr 2025 21:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see236

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see225

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see193

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see186

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see161

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see150

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see150

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see147

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see144

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see143

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see142

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see139

Türkiyədə Fələstinə dəstək üçün 520 min nəfər Qalata körpüsündə toplaşıb FOTOLENT

01 Yanvar 2026 18:21see136

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see136

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see136

Putinə qarşı bu addım vəziyyəti ağırlaşdırdı Türkiyəli politoloq

01 Yanvar 2026 11:43see134

Türkiyə Çin vətəndaşları üçün vizanı ləğv edib

01 Yanvar 2026 17:48see132

Pensiya yaşı ilə bağlı QƏRAR VERİLDİ Bu ildən...

01 Yanvar 2026 09:53see130

Putin cavan qalmaq üçün gözləməli olacaq KONKRET

01 Yanvar 2026 19:30see129

Səhralar yaşıllaşacaq: Çinli alimlərdən inqilabi metod

02 Yanvar 2026 02:41see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri