Əli İnsanov partiya üzvlərinin rəsmi sayını açıqlayıb
Icma.az xəbər verir, Azpost saytına əsaslanaraq.
Sabiq səhiyyə naziri Əli İnsanovun sədri olduğu Haqq-Ədalət Partiyası (HƏP) partiya üzvlərinin sayını açıqlayıb.
Azpost bildirir ki, bu barədə partiyanın mətbuat xidmətinin açıqlamasında deyilir.
2024-cü il dekabr ayının sonuna HƏP – də partiya üzvlərinin sayı 30065 – ə çatıb. Respublikanın şəhər və rayonlarında 8 Regional Mərkəz fəaliyyət göstərir. HƏP-in Bakı və digər iri şəhərlərdən başqa ümumilikdə 77 rayon təşkilatı var.
2024 – cü ildə HƏP sıralarını öz ərizələri və yaxud partiyanın nizamnaməsinin kobut şəkildə pozduğuna görə 14 nəfər partiya sıralarından xaric edilib.
Hesabat ili ərzində partiyaya daxil olmuş yeni üzvlərin sayı isə 2623 nəfər olub.
Baxış sayı:138
Bu xəbər 29 Dekabr 2024 14:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















