Icma.az
close
up
RU
Əli Kərimli ilə bağlı Zakir Qaralova müraciət olunubmuş 8 illik məktubun SİRRİ

Əli Kərimli ilə bağlı Zakir Qaralova müraciət olunubmuş 8 illik məktubun SİRRİ

Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

Səkkiz il əvvəl Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli ilə bağlı Baş prokuror Zakir Qaralova (2000-2020-ci illərdə bu vəzifədə çalışıb) göndərilən müraciət üzə çıxıb.

“Yeni Sabah” xəbər verir ki, məktubu Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev yazıb.

16 oktyabr 2017-ci il tarixli müraciətdə deyilir:

“Milli Şuranın sədri Həsənov Cəmil və AXCP-nin sədri Kərimov Əli ölkəmizdə yaradılmış demokratik şəraitdən sui-istifadə etməklə 23 sentyabr və 7 oktyabr 2017-ci il tarixlərdə keçirilmiş mitinqlərdə və müxtəlif kütləvi informasiya vasitələrində çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şərəf və ləyaqətini ləkələməyə və alçaltmağa yönəlmiş ifadələr işlətmişlər.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 323-cü maddəsinə əsasən Azərbaycanın dövlətinin başçısının – Azərbaycan Respublikası Prezidentinin şərəf və ləyaqətini ləkələmə və ya alçaltma cinayət hesab olunur.

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 215.3.1-ci maddəsinə əsasən bu qəbildən olan cinayət işləri üzrə ibtidai istintaq prokurorluq tərəfindən aparılır.

Ona görə də Həsənov Cəmil və Kərimov Əlinin bu hərəkətləri ilə əlaqədar ilkin yoxlama aparılaraq müvafiq qərar qəbul edilməsi və nəticəsi barəmdə mənə yazılı məlumat verilməsi üçün göstəriş verməyinizi Sizdən xahiş edirəm”.

H.Hacıyevin müraciətinə oktyabrın 24-də Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Eldar Əhmədov yazılı cavab verib.

Cavabda deyilir:

“Milli Şura” adlı qurumun sədri Cəmil Həsənov və Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimov barəsində Azərbaycan Respublikasının Baş prokuroruna ünvanladığınız 16 oktyabr 2017-ci il tarixli müraciətiniz Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə daxil olaraq baxılır, nəticəsi barədə Sizə əlavə məlumat veriləcəkdir”.

Müasir Müsavat Partiyasının sədri 2017-ci ildə Baş Prokurorluğa göndərdiyi müraciətə sosial şəbəkə hesabında paylaşaraq yazıb: “16 oktyabr 2017-ci il tarixində Cəmil Həsənov və Kərimov Əli haqqında sabiq Baş Prokuror Zakir Qaralova etdiyimiz müraciətə vaxtında baxılıb tədbir görülsəydi, bu gün qaraguruhçular dövlətə böhtan atmazdılar. Ramiz Mehdiyevin tapşırığı ilə prokurorluq tədbir görmədi. Göndərdiyimiz məktub və məktuba cavabla tanış olun”.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) noyabrın 29-da AXCP sədri Ə.Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimi saxlayıb. Səbail Rayon Məhkəməsi dekabrın 1-də onların hər biri barəsində 2 ay 15 gün müddətə həbs qətimkan tədbiri seçib.

Əli Kərimli və Məmməd İbrahim Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham edilirlər. Hər iki şəxs Ramiz Mehdiyev barəsində başladılan cinayət işi çərçivəsində həbs olunublar.

Əsmətxanım Rzazadə


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:27
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 02 Dekabr 2025 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qədim Kəlbəcərin NADİR GÖRÜNTÜLƏRİ: Tarixi körpünün restavrasiyaya ehtiyacı var

30 Noyabr 2025 16:48see191

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see178

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see153

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see150

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see140

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see137

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see135

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see135

Türkiyədən sonra Livana yollandı

30 Noyabr 2025 20:30see134

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see133

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see130

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see129

Trampın xanımı şirkət yaradacaq

30 Noyabr 2025 15:38see128

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see127

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see124

“Flamenqo”nun Libertadores zəfərindən sonra Rio gecəni yuxusuz keçirib VİDEO

01 Dekabr 2025 02:10see124

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see122

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see121

Zelenskini bu şəxs əvəz edə bilər AD AÇIQLANDI

30 Noyabr 2025 20:06see119

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri