Icma.az
close
up
RU
Əli Kərimli indi də şeytani fikirlər və qarğışlar səsləndirir ANALİZ

Əli Kərimli indi də şeytani fikirlər və qarğışlar səsləndirir ANALİZ

Icma.az, Sia Az saytına istinadən bildirir.

Dağıdıcı müxalifətin paylaşımlarından elə anlaşılar ki, sanki dünya dağılıb, həyat sönüb, ətraf zülmətə qərq olub, insanlar da mövcudluqlarını itiriblər

İnsan öz əxlaqı, ədəbi, mərifəti ilə seçilir, tanınır və hörmət sahibi olur. Vay o hala ki, sadalanan bu keyfiyyətlərdən insan uzaq olsun. O halda həmin insan nəinki yaxınları, ümumilikdə cəmiyyət üçün arzuolunmaz şəxsə çevrilir və daim ittiham olunur. Bunu anlayan həmin şəxs cəmiyyətə qarşı dirəniş göstərir və hər məqamda bəduğur ifadələr, şeytani fikirlər və qarğışlar söyləyir. Çalışır ki, bununla özünə qarşı olan mənfi münasibətə cavab versin. Baxmayaraq ki, qeyri-insanı rəftarı, münasibəti ilə cəmiyyətin gözündən daha da düşür. Ancaq bu münasibət həmin gözdən düşən insanı narahat etmir və əməllərini davam etdirir. Fikir verin, AXCP sədri Əli Kərimli çıxışlarını və sosial şəbəkələrdə paylaşmalarını "bu qaramat dövr" demək və ya yazmaqla başlayır. Məsələn Əli Kərimli sosial şəbəkə hesabında statusunu "Müstəqillik dövrümüzün qaranlıq, qaramat dövrünü yaşayırıq" yazmaqla başlayır. Başqa bir statusunda isə yazır: " Əziz dostlar tariximizin bu qaramat dövründə mənim yubileyimə diqqət ayırıb ünvanıma dediyiniz xoş sözlər, arzular üçün hər birinizə təşəkkür edirəm!". Bu bədğurun digər statusları da eyni ilə qarğış, ittiham, şər və böhtanlar üzərində qurulub. Jurnalist marağı ilə Əli Kərimlinin, ümumilikdə dağıdıcı müxalif məxluqların, o cümlədən də Cəmil Həsənlinin, Gültəkin Hacıbəylinin, Fuad Qəhrəmanlının və digərlərinin son iki illik sosial şəbəkələr üzərindən paylaşımlarını araşdırdım, dəhşətə gəldim, bu məxluqların yüzlərlə statuslarının arasından bir pozitiv, xoş əhval-ruhiyyə yarada biləcək fikrə rast gəlmədim.

Qürurverici möhtəşəm tariximizi "qaranlıq, qaramat dövr" adlandırılmasını yalnız millətə, dövlətə düşmən kəsilənlər deyə bilər

Səbirli olub, dağıdıcı müxalifətin və xaricdəki antimilli ünsürlərin statuslarını oxusan, elə anlaşılar ki, sanki dünya dağılıb, həyat sönüb, ətraf zülmətə qərq olub, insanlarda mövcudluqlarını itiriblər. Həm də elə güman oluna bilər ki, bizlər yer adlı planeti tərk edib, fərqli qalaktikaya sürgün olunmuşuq. Belə təfəkkür, düşüncəmi olar? İnsan nə qədər gerizəkalı, ağılsız və savadsız olsun ki, gözəlləşən dünyamızın bir parçası olan Azərbaycanın əldə etdiyi möhtəşəm zəfərləri, böyük qələbələri görməsin. Gərək insanlıq hissindən, bəşəri dəyərlərdən məhrum olasan ki, Azərbaycan insanlarının təmin edilən azad, demokratik, xöşbəxt yaşayışını görməyəsən. Təkcə 30 il erməni işğalı altında olmuş torpaqlarımızın 44 günlük Vətən Savaşı ilə azad edilməsini qeyd etmək kifayətdir ki, ölkəmizin nə böyük zəfərə imza atdığı deyilsin, yazılsın, dillərdə dastana çevrilsin. İllər, qərinələr sonra da Azərbaycan ordusunun Fateh Sərkərdə, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində qazandığı qələbə salnaməsi müzakirə ediləcək, təhlillər, şərhlər obyekti olacaq. Dünyanın hərb tarixinin qələbə kitabları siyahısında Azərbaycanın Ermənistan üzərində parlaq qələbəsi ön sırada yazılacaq. Bu qürurverici möhtəşəm tariximizi "qaranlıq, qaramat dövr" adlandırmasını yalnız millətə, dövlətə düşmən kəsilənlər deyə bilər. Necə ki, Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Fuad Qəhrəmanlı, həmçinin xaricdəki antimilli ünsürlər Azərbaycanın böyük uğurlarına, qələbələrinə kölgə salmaq üçün hər cür iyrənc vasitə və üsullardan istifadə edirlər.

Tofiq Yaqublunun həbsindən siyasi şou yaradılır

AXCP və Mili Şura rəhbərliyi, xüsusilə də Əli Kərimli və Cəmil Həsənli dələduzluq və saxta sənəd hazırlama və istifadə etmə maddələri ilə ittiham olunaraq həbs edilən və məhkəmənin qərarı ilə 9 il azadlıqdan məhrum olunan Tofiq Yaqublunun himayəçiləri rolunda çıxış etməyə çalışırlar. Onların sosial şəbəkələr üzərində paylaşımlarında elə təsəvvür yaratmağa çalışırlar ki, guya T.Yaqublu "süddən çıxmış ağ qaşıqdır" və heç bir günahı, filanı yoxdur. Halbuki, onun cinayət əməlləri istintaq tərəfindən tam sübuta yetirilib. Özü də məhkəmədə cinayəti törətdiyini etiraf edib.

Cinayət işində Tofiq Yaqublunun zərərçəkmiş Elşən Hüseynova Almaniyada vətəndaşlıq verilməsi üçün ondan 25 min avro, 10 min manat pul istəyib. Araçılıq edən Elnur Məmmədov deyilənləri zərərçəkmişə çatdırıb. Həmin vəsaiti alaraq Tofiq Yaqubluya verib. T.Yaqublu və E.Məmmədov Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə), 320-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (Bu məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham edilirlər.

Diqqətçəkən məqam ondan ibarətdir ki, yaxınları belə T.Yaqublunun yanlışlığını dilə gətirir və məhkəmədən ona qarşı humanistlik göstərilməsini xahiş edirlər. Əli Kərimli və Cəmil Həsənli isə onlara təqdim olunan göstərişlərdən kənara çıxmır və hər vəchlə T.Yaqublunun cinayəti törətmədiyini bildirirlər. Hətta sözügedən şəxslər T.Yaqublunun siyasi fəaliyyətinə görə həbs olunduğunu uydururlar. Halbuki, yuxarıda qeyd etdiyimiz kimi ortada T.Yaqublunun aldadıb pulunu aldığı şəxs var. Həmin şəxs razılaşmanın yerinə yetirilmədiyini anladıqdan sonra pulunu geri istəyib. T.Yaqublu isə pulu xərclədiyi üçün geri qaytarmağa imkanının olmadığını söyləyib. Bundan sonra aldadılan şəxs şikayətçi qismində hüquq-mühafizə orqanlarına müraciət edib. Sual olunur biçarə aldadılan şəxs pulunu T.Yaqubluya bağışlamalı idimi? Və ya aldadılan şəxs şantaj və hədlərdən qorxub geri çəkilməli idimi? Azərbaycan hüquqi dövlətdir. Hər bir vətəndaşın hüquqları qanunla qorunur. Ölkəmizdə kiməsə imkan verilə bilməz ki, müxtəlif şirnikləndirici vədlərlə başqasının əmlakı ələ keçirilsin. Bunu özünü "savadlı hüquqşünas" adlandıran Əli Kərimli də bilməmiş deyil. Anlayır, özü də çox yaxşı bilir. Sadəcə, içində olan dövlətin uğurlarına yönəlik paxıllıq hissi, xalqın yüksək əhval-ruhiyyəsinə olan qısqanc münasibəti, ölkəmizdə hüququn aliliyinin təmin olunması, azad, demokratik cəmiyyətin formalaşmasına olan gözü götürməməzlik və xarici maraqlı dairələrdən asılı olması reallıqları olduğu kimi qəbul etməsinə imkan vermir. Bu isə xəbislik, həm də riyakarlıqdır. Beləcə, Ə.Kərimli ömrünün axırına qədər deyinəcək, danışacaq və beləcə yox olub gedəcək.

İLHAM ƏLİYEV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://sia.az
archiveBu xəbər 29 Aprel 2025 18:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Penitensiar xidmətdə dəyişiklik: iki hərbi struktur nazirliyə birləşdirildi

13 Dekabr 2025 17:36see294

Məşhur futbolçu karyerasını sonlandıracaq SƏHHƏTİNƏ GÖRƏ

13 Dekabr 2025 00:58see262

Azərbaycanda tanınmış tiktoker saxlanıldı Foto

13 Dekabr 2025 16:57see175

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

13 Dekabr 2025 00:26see174

500 manat pensiyalar bu qədər artacaq Açıqlama

12 Dekabr 2025 22:34see160

Arteta “Vulverhempton”la oyundan əvvəl: “Sabah üç xal qazanmalıyıq”

12 Dekabr 2025 21:09see155

Audi TT əfsanəsi 2027 ci ildə geri dönəcək FOTO

13 Dekabr 2025 06:22see143

Kürdəmirdə ağır qəza Yük maşını avtobusa çırpıldı FOTO

12 Dekabr 2025 23:16see138

Sığınacaqda futbolu tək izləyən Əkbəri ziyarətə getdi

13 Dekabr 2025 10:45see136

Səmaya bulud səpdilər VİDEO

13 Dekabr 2025 10:01see134

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see131

“Sumqayıt” uduzdu, NTD dən qələbə

13 Dekabr 2025 01:20see130

“Mançester Yunayted” gənc oyunçular almaq üçün Fernandeşi 70 milyon funt sterlinqə satır

13 Dekabr 2025 04:13see128

Hindistanda Messinin 20 metrlik heykəli nümayiş olundu

13 Dekabr 2025 01:13see126

Zaxarovanın bu zarafatı gündəm oldu

13 Dekabr 2025 17:08see125

Ramiz Mehdiyevlə Eldar Mahmudovun yaxşı əlaqələri vardı Sabiq nazir

13 Dekabr 2025 09:19see125

FİFA Argentinanı DÇ 2026 dan uzaqlaşdıra bilər

13 Dekabr 2025 21:23see125

Mayonezin gizli riskləri Həkimdən XƏBƏRDARLIQ

14 Dekabr 2025 02:37see124

İnkişaf etmək istəyirsizsə, necə belə meydançada oynayırsız? Valdas Dambrauskas

13 Dekabr 2025 19:42see123

Kral xalqa müraciətində nə danışıb?

13 Dekabr 2025 19:01see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri