Icma.az
close
up
RU
Əli Kərimli Mark Zukerberqin ştatlı işçisinə çevrilib ANALİZ

Əli Kərimli Mark Zukerberqin ştatlı işçisinə çevrilib ANALİZ

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu gün Azərbaycanın güclənməsindən, azad və demokratik dövlətə cevrilməsindən dostlar sevinir, düşmənlər isə qəm-qüssəyə qərq olurlar. İkincilər paxıllıq hisslərini Azərbaycana qarşı yamanlıq etməklə nümayiş etdirirlər. Bəzən onların sıralarına "sapı özümüzdən olan baltalar"da qoşulurlar. Xüsusilə də dövlətimizə qarşı şər və böhtan xarakterli açıqlamalar səsləndirənlərə xaricdəki antimilli məxluqlar, eləcədə müxtəlif anti-Azərbaycan dairələrdən maliyyə yardımları alan dağıdıcı müxalif ünsürlərdə qoşulurlar. Nə zaman sosial şəbəkələrə baxsa, orada Əli Kərimlinin, Cəmil Həsənlinin, Fuad Qəhrəmanlının, Gültəkin Hacıbəylinin, Arif Hacılının, İsa Qəmbərin və xaricdəki antimilli şəbəkənin üzvlərinin Azərbaycan insanları ilə bağlı böhtanlar səsləndirdiklərini, yalanlar ifadə etdiklərini görmək olar. Bu da haqlı olaraq Azərbaycan cəmiyyətində ictimai narazılıqlar yaradır. İnsanlar dövlətə şər atan, əhalinin heysiyyatına toxunan statuslar paylaşan, videolar yayımlayan dağıdıcı müxalif məxluqların cəzalandırılmasını istəyirlər. Bunu Azərbaycanın hüquq-mühafizə orqanlarına ünvanlanan minlərlə məktublar da təsdiq edir. Hər kəs Əli Kərimlinin, Cəmil Həsənlinin, Fuad Qəhrəmanlının, Gültəkin Hacıbəylinin, Arif Hacılının, İsa Qəmbərin və xaricdəki antimilli şəbəkənin üzvlərinin qanunlar çərçivəsində cəzalandırılmasını istəyir. Təəssüf ki, Azərbaycan dövlətinin həddindən artıq xeyirxahlığı, qanunların humanist olması təxribatçı ünsürlərin əhalinin tələbinə uyğun şəkildə cəzalandırılmasına, ən azı tənbeh olunmalarına imkan vermir. Bundan sui-istifadə edən təxribatçı ünsürlər bəd əməllərini davamlı şəkildə təkrarlayırlar.

Əli Kərimlinin dəstəsi bir həftə ərzində sosial şəbəkələrdə 11 min 324 status və video paylaşıb

Səthi araşdırmalarım əsasında deyə bilərəm ki, AXCP sədri Əli Kərimli və onun ətrafında olan trol dəstəsi cəmi bir həftə ərzində sosial şəbəkələrdə 11 min 324 status və videolar paylaşıblar. Həmin statusların və videoların 123-ü Əli Kərimliyə məxsusdur. Bu faktın özü təsdiq edir ki, Əli Kərimli facebookun yaradıcısı və sahibi Mark Zukerberqin ştatlı işçisidir. Ona Mark Zukerberq tərəfindən ödənilən aylıq maaşının nə qədər olduğunu dəqiqləşdirməyə çalışsam da, buna nail ola bilmədim. Özünü Əli Kərimlinin köməkçisi adlandıran Həsən adlı cəbhəçi bizim telefon zəngimizə və sualımıza cavab olaraq "Əli Kərimli yazdığı statuslara və sosial şəbəkələrdə paylaşılan müsahibələrinə görə, aylıq zəhmət haqqı almır" deyə telefonu qapadı. Lakin inandırıcı deyil ki, bütün gününü sosial şəbəkələrdə keçirəsən və hər cür statuslar, videolar paylaşasan, qarşılığında zəhmət haqqı almayasan? Elə isə Ə.Kərimliyə və ətrafında olan trollara nə düşüb ki, Mark Zukerberqin biznesinin daha da inkişaf etdirilməsinə xidmət edən fəaliyyətlə məşğul olasan? Bu sualın dəqiq cavabını oxucularımızın ixtiyarına buraxıram.

Əli Kərimlinin trolları narazılıqlarını büruzə verirlər

Son günlər yaşanan hadisələr, xüsusilə də Milli Şuranın həbsdə olan üzvü Tofiq Yaqublunun vəkili vasitəsi ilə Əli Kərimlinin fəaliyyətini tənqid etməsini əks etdirən məktub çatdırması, dağıdıcı müxalif düşərgədə ciddi söz-söhbətlərə səbəb olub. Onsuz da Əli Kərimlidən narazı olan, lakin səslərini çıxarmaqla partiyadan xaric edilə biləcəkləri qorxusundan susmağa üstünlük verən cəbhəçilər, T.Yaqublunu məktubundan sonra etirazlarını açıq şəkildə bildirməyə başlayıblar. Bu isə dağıdıcı müxalif baş bilənlərlə trollar arasında ciddi qarşıdurmanın yaşandığını göstərir. Hətta deyilənlərə və yazılanlara görə, bəzi cəbhəçilər Ə.Kərimli ilə siyasi yol getməyin mümkün olmadığını bəyan edərək, partiyadan istefa verməyə hazırlaşırlar. Vəziyyətin gərginliyini dərinləşdirən amillərdən bir də, Ə.Kərimlinin Fuad Qəhrəmanlı vasitəsi ilə sosial şəbəkələrdə qara-qura işlər həyata keçirən trolların maaşlarını verməmələridir. Çimnaz adlı AXCP trol şəbəkəsinin üzvü paylaşdığı statusun da üstüörtülü şəkildə qeyd edib ki, partiyanın maraqlarına uyğun çalışdığı halda aylıq maaşnı ala bilmir. Mahir Məmmədzadə adlı cəbhəçi isə narazılığını açıq forma da ifadə edib: "Şəxsi mesencerimə gələn tapşırıqları vicdanla yerinə yetirmişəm. Ancaq Fuad bəy bizə çatmalı olan qonorarımızı gecikdirir, Əli bəy isə bizimlə görüşməyi özünə sığışdırmır. Bizə göstərilən hörmətsizliyə dözmək istəyin də deyilik" .

AXCP -də tapşırıqlar icra edən trolların narazılıqları onu deməyə əsas verir ki, Əli Kərimlinin başı dərddədir. Onun xaricdəki maliyyə yardımları ayıran təşkilatlarla ciddi problemləri yaranıb. Lakin tam şəkil də demək olmaz ki, Avropanın və ABŞ-ın qaranlıq maliyyə qaynaqları Əli Kərimlidən tamamilə imtina ediblər. Sadəcə ABŞ-ın yeni hakimiyyəti maliyyə yardımlarının ayrılması məsələsində müəyyən qadağalar tətbiq ediblər. Bu isə Azərbaycanın dağıdıcı müxalifətinin maliyyə imkanlarına ciddi problemlər yaradıb.

Cəmil Həsənli USAİD-lə əlaqələrini gizlətmir

Hər kəs aydındır ki, Azərbaycanın dağıdıcı müxalifəti ABŞ-ın və Avropanın bir sıra təşkilatlarından maliyyə yardımları alırlar. Bununla bağlı dəfələrlə mətbuat yazılar dərc edib, istintaq araşdırması ilə həbs edilənlər olub. Bəzi hallarda Ə.Kərimli və C.Həsənli USAİD-lə, eləcə də SOROS Fondu ilə əməkdaşlıq əlaqələrini gizlətməyiblər. Yəni əlaqələrini gizlətməyə zərurət görməyiblər. Bu da cəmiyyətin onların kiminlə və hansı forma da əlaqələr qurduqlarını bilmələri ilə bağlıdır. "Milli Şura" nın sədri Cəmil Həsənlinin müsahibələrinin birində "hər ay Soros fondundan 200 ABŞ dollar məvacib almışam" deyə bildirməsi münasibətlərin açıq formada qurulduğunu göstərir. Söz yox ki, C. Soros nə dəli, nə də ki gic deyil. Deyilənə görə, qırmızı turp kimidir, yerə vursan yer dağılar. Bu baxımdan pullarını mənasız yerə Əli Kərimli, Cəmil Həsənli kimilərə paylamaz. Deməli səbəb var: "əl əli yuyar, əl də üzü yuyar" məsəlinə uyğun olaraq hər iki tərəf bir-birindən mənfəət əldə etməyə çalışırlar. Sorosun məkrli niyyəti Azərbaycanda gərginlik yaratmaqdır. Dağıdıcı müxaliflərin isə istəkləri pul qazanmaqdır. Tərəflərin əməkdaşlığı da bir-birinin maraqlarını təmin etməyə hesablanıb. Lakin "sən saydığını say gör, Tramp nə sayır". D. Tramp prezidentlik səlahiyyətlərinin icrasına başlığı ilk günlərdə bir əmrlə C.Sorosu yurdsuz, Ə.Kərimli və C. Həsənli kimləri sosial şəbəkələrdə verilən tapşırıqları statuslar şəkilində paylaşan trolların yanında üzüqara qoydu. Bundan sonrakı vəziyyətin necə olacağını isə zaman göstərəcək. Ancaq yuxarıda qeyd etdiyimiz kimi inandırıcı deyil ki, USAİD və SOROS kimi Fondların rəhbərləri uzun illər sədaqətlə onlara xidmət edən Əli Kərimli, Cəmil Həsənli və digərlərindən imtina etsinlər.

İLHAM ƏLİYEV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:254
embedMənbə:https://sia.az
archiveBu xəbər 23 May 2025 12:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see525

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see486

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see358

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see278

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see273

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see264

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see261

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see258

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see251

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see236

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see235

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see235

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see231

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see219

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see210

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see206

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see200

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see182

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see173

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri