Icma.az
close
up
RU
Əli Kərimli Mark Zukerberqin ştatlı işçisinə çevrilib ANALİZ

Əli Kərimli Mark Zukerberqin ştatlı işçisinə çevrilib ANALİZ

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

Bu gün Azərbaycanın güclənməsindən, azad və demokratik dövlətə cevrilməsindən dostlar sevinir, düşmənlər isə qəm-qüssəyə qərq olurlar. İkincilər paxıllıq hisslərini Azərbaycana qarşı yamanlıq etməklə nümayiş etdirirlər. Bəzən onların sıralarına “sapı özümüzdən olan baltalar”da qoşulurlar. Xüsusilə də dövlətimizə qarşı şər və böhtan xarakterli açıqlamalar səsləndirənlərə xaricdəki antimilli məxluqlar, eləcədə müxtəlif anti-Azərbaycan dairələrdən maliyyə yardımları alan dağıdıcı müxalif ünsürlərdə qoşulurlar. Nə zaman sosial şəbəkələrə baxsa, orada Əli Kərimlinin, Cəmil Həsənlinin, Fuad Qəhrəmanlının, Gültəkin Hacıbəylinin, Arif Hacılının, İsa Qəmbərin və xaricdəki antimilli şəbəkənin üzvlərinin Azərbaycan insanları ilə bağlı böhtanlar səsləndirdiklərini, yalanlar ifadə etdiklərini görmək olar. Bu da haqlı olaraq Azərbaycan cəmiyyətində ictimai narazılıqlar yaradır. İnsanlar dövlətə şər atan, əhalinin heysiyyatına toxunan statuslar paylaşan, videolar yayımlayan dağıdıcı müxalif məxluqların cəzalandırılmasını istəyirlər. Bunu Azərbaycanın hüquq-mühafizə orqanlarına ünvanlanan minlərlə məktublar da təsdiq edir. Hər kəs Əli Kərimlinin, Cəmil Həsənlinin, Fuad Qəhrəmanlının, Gültəkin Hacıbəylinin, Arif Hacılının, İsa Qəmbərin və xaricdəki antimilli şəbəkənin üzvlərinin qanunlar çərçivəsində cəzalandırılmasını istəyir. Təəssüf ki, Azərbaycan dövlətinin həddindən artıq xeyirxahlığı, qanunların humanist olması təxribatçı ünsürlərin əhalinin tələbinə uyğun şəkildə cəzalandırılmasına, ən azı tənbeh olunmalarına imkan vermir. Bundan sui-istifadə edən təxribatçı ünsürlər bəd əməllərini davamlı şəkildə təkrarlayırlar.

Əli Kərimlinin dəstəsi bir həftə ərzində sosial şəbəkələrdə 11 min 324 status və video paylaşıb

Səthi araşdırmalarım əsasında deyə bilərəm ki, AXCP sədri Əli Kərimli və onun ətrafında olan trol dəstəsi cəmi bir həftə ərzində sosial şəbəkələrdə 11 min 324 status və videolar paylaşıblar. Həmin statusların və videoların 123-ü Əli Kərimliyə məxsusdur. Bu faktın özü təsdiq edir ki, Əli Kərimli facebookun yaradıcısı və sahibi Mark Zukerberqin ştatlı işçisidir. Ona Mark Zukerberq tərəfindən ödənilən aylıq maaşının nə qədər olduğunu dəqiqləşdirməyə çalışsam da, buna nail ola bilmədim. Özünü Əli Kərimlinin köməkçisi adlandıran Həsən adlı cəbhəçi bizim telefon zəngimizə və sualımıza cavab olaraq “Əli Kərimli yazdığı statuslara və sosial şəbəkələrdə paylaşılan müsahibələrinə görə, aylıq zəhmət haqqı almır” deyə telefonu qapadı. Lakin inandırıcı deyil ki, bütün gününü sosial şəbəkələrdə keçirəsən və hər cür statuslar, videolar paylaşasan, qarşılığında zəhmət haqqı almayasan? Elə isə Ə.Kərimliyə və ətrafında olan trollara nə düşüb ki, Mark Zukerberqin biznesinin daha da inkişaf etdirilməsinə xidmət edən fəaliyyətlə məşğul olasan? Bu sualın dəqiq cavabını oxucularımızın ixtiyarına buraxıram.

Əli Kərimlinin trolları narazılıqlarını büruzə verirlər

Son günlər yaşanan hadisələr, xüsusilə də Milli Şuranın həbsdə olan üzvü Tofiq Yaqublunun vəkili vasitəsi ilə Əli Kərimlinin fəaliyyətini tənqid etməsini əks etdirən məktub çatdırması, dağıdıcı müxalif düşərgədə ciddi söz-söhbətlərə səbəb olub. Onsuz da Əli Kərimlidən narazı olan, lakin səslərini çıxarmaqla partiyadan xaric edilə biləcəkləri qorxusundan susmağa üstünlük verən cəbhəçilər, T.Yaqublunu məktubundan sonra etirazlarını açıq şəkildə bildirməyə başlayıblar. Bu isə dağıdıcı müxalif baş bilənlərlə trollar arasında ciddi qarşıdurmanın yaşandığını göstərir. Hətta deyilənlərə və yazılanlara görə, bəzi cəbhəçilər Ə.Kərimli ilə siyasi yol getməyin mümkün olmadığını bəyan edərək, partiyadan istefa verməyə hazırlaşırlar. Vəziyyətin gərginliyini dərinləşdirən amillərdən bir də, Ə.Kərimlinin Fuad Qəhrəmanlı vasitəsi ilə sosial şəbəkələrdə qara-qura işlər həyata keçirən trolların maaşlarını verməmələridir. Çimnaz adlı AXCP trol şəbəkəsinin üzvü paylaşdığı statusun da üstüörtülü şəkildə qeyd edib ki, partiyanın maraqlarına uyğun çalışdığı halda aylıq maaşnı ala bilmir. Mahir Məmmədzadə adlı cəbhəçi isə narazılığını açıq forma da ifadə edib: “Şəxsi mesencerimə gələn tapşırıqları vicdanla yerinə yetirmişəm. Ancaq Fuad bəy bizə çatmalı olan qonorarımızı gecikdirir, Əli bəy isə bizimlə görüşməyi özünə sığışdırmır. Bizə göstərilən hörmətsizliyə dözmək istəyin də deyilik” .

AXCP -də tapşırıqlar icra edən trolların narazılıqları onu deməyə əsas verir ki, Əli Kərimlinin başı dərddədir. Onun xaricdəki maliyyə yardımları ayıran təşkilatlarla ciddi problemləri yaranıb. Lakin tam şəkil də demək olmaz ki, Avropanın və ABŞ-ın qaranlıq maliyyə qaynaqları Əli Kərimlidən tamamilə imtina ediblər. Sadəcə ABŞ-ın yeni hakimiyyəti maliyyə yardımlarının ayrılması məsələsində müəyyən qadağalar tətbiq ediblər. Bu isə Azərbaycanın dağıdıcı müxalifətinin maliyyə imkanlarına ciddi problemlər yaradıb.

Cəmil Həsənli USAİD-lə əlaqələrini gizlətmir

Hər kəs aydındır ki, Azərbaycanın dağıdıcı müxalifəti ABŞ-ın və Avropanın bir sıra təşkilatlarından maliyyə yardımları alırlar. Bununla bağlı dəfələrlə mətbuat yazılar dərc edib, istintaq araşdırması ilə həbs edilənlər olub. Bəzi hallarda Ə.Kərimli və C.Həsənli USAİD-lə, eləcə də SOROS Fondu ilə əməkdaşlıq əlaqələrini gizlətməyiblər. Yəni əlaqələrini gizlətməyə zərurət görməyiblər. Bu da cəmiyyətin onların kiminlə və hansı forma da əlaqələr qurduqlarını bilmələri ilə bağlıdır. “Milli Şura” nın sədri Cəmil Həsənlinin müsahibələrinin birində “hər ay Soros fondundan 200 ABŞ dollar məvacib almışam” deyə bildirməsi münasibətlərin açıq formada qurulduğunu göstərir. Söz yox ki, C. Soros nə dəli, nə də ki gic deyil. Deyilənə görə, qırmızı turp kimidir, yerə vursan yer dağılar. Bu baxımdan pullarını mənasız yerə Əli Kərimli, Cəmil Həsənli kimilərə paylamaz. Deməli səbəb var: “əl əli yuyar, əl də üzü yuyar” məsəlinə uyğun olaraq hər iki tərəf bir-birindən mənfəət əldə etməyə çalışırlar. Sorosun məkrli niyyəti Azərbaycanda gərginlik yaratmaqdır. Dağıdıcı müxaliflərin isə istəkləri pul qazanmaqdır. Tərəflərin əməkdaşlığı da bir-birinin maraqlarını təmin etməyə hesablanıb. Lakin “sən saydığını say gör, Tramp nə sayır”. D. Tramp prezidentlik səlahiyyətlərinin icrasına başlığı ilk günlərdə bir əmrlə C.Sorosu yurdsuz, Ə.Kərimli və C. Həsənli kimləri sosial şəbəkələrdə verilən tapşırıqları statuslar şəkilində paylaşan trolların yanında üzüqara qoydu. Bundan sonrakı vəziyyətin necə olacağını isə zaman göstərəcək. Ancaq yuxarıda qeyd etdiyimiz kimi inandırıcı deyil ki, USAİD və SOROS kimi Fondların rəhbərləri uzun illər sədaqətlə onlara xidmət edən Əli Kərimli, Cəmil Həsənli və digərlərindən imtina etsinlər.

İLHAM ƏLİYEV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:248
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 29 May 2025 12:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see374

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see346

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see345

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see310

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see307

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see295

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see239

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see222

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see218

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see217

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see209

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see208

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see203

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see203

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see202

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see191

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see191

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see187

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see182

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri