Icma.az
close
up
RU
Əli Kərimli və İsa Qəmbərdən hərbi parada qarşı qısqanclıq ANALİZ

Əli Kərimli və İsa Qəmbərdən hərbi parada qarşı qısqanclıq ANALİZ

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

Haqlı deyilib, xəyanətkarın qüruru və şərəfi olmur

Azərbycanın güclü və qüdrətli dövlət olduğu bütün sahələr üzrə əldə etdiyi möhtəşəm uğurları, naliyyətləri ilə təsdiq olunur. Təbii ki, qazanılan qələbələr millətimizin dünya miqyasında hörmətinin daha da yüksəlməsinə, nüfuzunun artmasına yeni təkan verir. Bakıda 8 Noyabr - Zəfər Gününün beşinci ildönümü münasibətilə keçirilən hərbi parad və paradda nümayiş olunan yeni, müasir silahlar, müxtəlif ölkələrin müdafiə nazirlərinin, hərbi nümayəndə heyətlərinin paradda iştirakı Azərbaycanın dünyanın ən qüdrətli dövlətlərindən biri olduğunu təsdiqləyir. Sübut olundu ki, Azərbaycan ordusu bütün regionda sülhün və təhlükəsizliyin zəmanətidir. Paradda Pakistan və Türkiyə ali nümayəndə heyətləri ilə yanaşı Slovakiyanın Baş nazirinin müavini, müdafiə naziri, Səudiyyə Ərəbistanın müdafiə nazirinin müavini, Serbiyanın Baş qərargah rəisi, Qırğızıstanın müdafiə naziri, Qazaxıstanın müdafiə naziri, Özbəkistanın müdafiə nazirinin müavini və digər ölkələrin müxtəlif hərbi heyətlərinin iştirakı ölkəmizə olan yüksək dəyərin, hörmətin nümunəsidir. Xüsusilə də hərbi paradda Türkiyə və Pakistan rəhbərlərinin iştirakı üç ölkə arasında dostluğun və qardaşlığın dönməz və əbədi olduğunu göstərdi.

Paradın keçirildiyi əraziyə yüz minlərlə insan cəmləşmişdir. İnsanlar böyük coşqu və sevinclə 30 illik erməni işğalına son qoyaraq torpaqlarımızın işğalına son qoyan müzəffər ordumuzun hərbi keçidini qürurla izləyirdi. Hər kəsin üzündə təbəssüm, 80 milyonluq dünya azərbaycanlılarının Lideri, Prezidentimiz İlham Əliyevə ünvanlanan alqışları vardı.

Əli Kərimli və İsa Qəmbər hərbi paraddan bir kəlmə də olsun danışmadılar və yazmadılar

Bakıda 8 Noyabr - Zəfər Gününün beşinci ildönümü münasibətilə keçirilən hərbi parad haqqında dünyanın ən nüfuzlu KİV-ləri reportajlar yayımladılar, xəbərlər paylaşdılar, dünya siyasətində önəmli nüfuza malik siyasətçilər özəl şərhlərini verdilər, fikirlərini qeyd etdilər, ancaq necə deyərlər buradan-bura Azərbaycanın AXCP, Müsavat kimi dağıdıcı müxalifət liderləri susmağa üstünlük verdilər. Adətən, ölkəmizin ən ucqar kənd və qəsəbəsində baş verən ən xırda məişət hadisəsinə dərhal reaksiya verən və bununla da həssas olduqlarını nümayiş etdirməyə çalışan Əli Kərimli, İsa Qəmbər, Cəmil Həsənli, Arif Hacılı və digərləri dünyanı çalxalayan, Ermənistanı vahiməyə salan hərbi parad haqqında bir kəlmə də olsun danışmadılar, fikir bildirmədilər, özlərini lal, kar və kor kimi göstərməyə çalışdılar. Sanki bu məxluqlar ölkəmizdə baş tutan möhtəşəm hərbi paraddan məlumatsızdılar, xəbərdar deyillər. Söz yox ki, hər biri hərbi paradda nümayiş olunan yeni silahlar, qonaqlar barədə geniş məlumatlara malikdilər, TV-lərdən paradı izləyiblər. Sadəcə, dövlətin həyata keçirdiyi siyasətə qarşı kin-küdurətləri, nifrət və qısqanclıq hissləri onların qəlblərini daşa döndərib.

Ümumiyyətlə fakt ondan ibarətdir ki, dağıdıcı müxalifətin fəaliyyəti görülən fundamental işlərə kölgə salmaqdır. Bu xəbis niyyət 1993-cü ildən bu yana davam edir. 44 günlük Vətən Müharibəsində Azərbaycanın Ermənistan üzərində hərbi, siyasi, diplomatik qələbəsindən Avropanın və ABŞ-ın bəzi qaranlıq dairələri qədər dağıdıcı müxalifət də narahatdır. Bu isə haqlı suallar yaradır: Niyə Əli Kərimli, Cəmil Həsənli, İsa Qəmbər, Arif Hacılı və digərləri ölkəmizin deyil, xarici məkrli dairələrin mövqeyindən çıxış edirlər? Nədən dağıdıcı müxalifət Azərbaycanın haqlı mövqeyini dəstəkləmir? Şübhəli və müəmmalı suallar kifayət qədərədir. Sadəcə, birmənalı ifadə olunan fikir ondan ibarətdir ki, dağıdıcı müxalif ünsürlərin tez-tez səsləndirdikləri “Vətən”, “Xalq” sözləri sadəcə siyasi divident əldə etmək üçün deyilir. Əslində, xalqdan uzaqdırlar, dövlətə qarşı laqeyddirlər. Onlar üçün başlıca hədəf və məqsəd ölkəmizin imicinə xələl gətirilmək və erməni lobbisinin istəyinin yerinə yetirilməsidir. Bunun adı isə satqınlıq və xəyanətdir. Həmin satqınlar hələ 2020-ci ilin iyulunda Tovuz rayonu erməni terrorçuları tərəfindən intensiv atəşə məruz qalarkən 43 siyasi partiyanın hazırladığı “Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi son təxribatları ilə əlaqədar siyasi partiyaların milli həmrəyliyə dair” bəyanatını imzalamaqdan imtina etmişdilər. 44 günlük Vətən Müharibəsi zamanı bir neçə dəfə siyasi partiyalar bir araya gəlib beynəlxalq təşkilatlara Ermənistanın vandal hərəkətləri və dinc sakinlərin raket atəşinə tutulmasına etiraz əlaməti olaraq bəyanatlar , müraciətlər ünvanladıqları zaman Müsavat və AXCP həmin müraciətlərə qoşulmaqdan imtina etdilər. Prezident Adminstrasiyasında siyasi partiyaların rəhbərləri ilə keçirilən görüşlərdə AXCP və Müsavat funksionerləri qatılmadılar. Hətta siyasi dialoq çağırışlarına da əhəmiyyətsiz yanaşdılar. Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin Rusiya tərəfindən vurulması zamanı da ölkəmizdə fəaliyyət göstərən bütün siyasi partiyalar birgə etiraz bəyanatı yaydıqları zaman AXCP, Müsavat və Milli Şura rəhbərliyi xalqın dərdinə şərik olmaqdan imtina etdilər. Bütün bunlar Əli Kərimlinin, İsa Qəmbərin, Arif Hacılının, Cəmil Həsənlinin şər qüvvələrdən asılı olduqlarını göstərir. Eyni zamnda bu ünsürlər Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın sabiq prezidenti, Ramiz Mehdiyevin dövlətə qəsd planlaşdıran dəstəsinin fəal üzvlərindəndilər.

Əli Kərimli və İsa Qəmbəri xəyanətə sövq edən səbəblərə yeniləri əlavə olunub

Araşdırmalara əsasən o fikrə gəlmək olar ki, xarici məkrli qüvvələrin Azərbaycanın parlaq qələbəsini həzm edə bilməmələri başa düşüləndir. Çünki onlar birbaşa erməni maraqlarından çıxış edən və daim ermənilərə hərbi, siyasi dəstək göstərən, Azərbaycanın güclənməsini arzu etməyən dairələrdir olublar. Bu gün də öz xislətlərinə uyğun fəaliyyətlərini davam etdirirlər. Lakin dağıdıcı müxalifət funksionerlərinin və onların qazanlarının dibini yalayan trolların fəaliyyətləri anlaşılan deyil. Şübhələr, həm də ehtimallar yaradır ki, bu müxalif məxluqlar birbaşa erməni lobbisindən və Ramiz Mehdiyevin mətbəxtindən təlimat almalarıdır. Xatırlatmaq lazımdır ki, “Milli Şura”nın sədri Cəmil Həsənlinin müsahibələrinin birində “hər ay Soros fondundan 200 ABŞ dollar məvacib almışam” etiraf etmişdir. Söz yox ki, C. Soros nə dəli, nə də ki gic deyil. Soros və digərləri sifarişlərini icra etməyən şəxslərə və ya qruplara qarantlar ayırmaza. Əgər dağıdıcı müxalifət xarici qrantlardan bəhrələnirlərsə, deməli, ortada tərəflər arasında əldə oluna razılaşma var: Yəni dağıdıcı ünsürlərin istəkləri pul qazanmaqdırsa, xarici məkrli dairələrində hədəfləri dünyanın əsas güc mərkəzlərindən birinə çevrilməkdə olan Azərbaycana qarşı təzyiq və təhdid siyasətinə nail olmaqdır. AXCP sədri Əli Kərimlinin daha çox qrant əldə etmək arzusu onun gözlərini kor, qulaqlarını kar edib. Bu səbəbdən də ölkəmizdə gedən genişmiqyaslı tikinti, quruculuq, bərpa işlərini görmür, həm də beynəlxalq təşkilatların Azərbaycanın sosial-iqtisadi, maliyyə sahəsində əldə etdiyi nailiyyətlərdən bəhs edən müsbət xarakterli hesabatlarını eşitmək istəmirlər. Onların ki, ancaq məğzini və mahiyyətini anlamadıqları sifarişləri hansı formadasa yerinə yetirməyə nail olmaqdır. Bəzən onlar üçün fərq etmir, kimin əlinə oynayırlar, hansı qüvvənin tapşırığını yerinə yetirirlər. Dünənə qədər Avropanın müxtəlif dairələrinin sifarişlərini yerinə yetirməyə cəhd edirdilərsə, bu gün artıq Ramiz Mehdiyevin tapşırıqlarının icraçıları rolunda çıxış edirlər. Bu isə onu təsdiq edir ki, Əli Kərimli, Cəmil Həsənli, İsa Qəmbər, Arif Hacılı və digərləri üçün fərq etmir, başlarının üstündə kimdir və tapşırıqlar hansı yönümlüdür. Əsas odur ki, ağaları var və bu ağaları ilə əməkdaşlıq etməklə özlərinə maliyyə imkanları əldə edirlər. Əminliklə demək olar Ramiz Mehdiyev- dağıdıcı müxalifət iş birliyi uzun çəkməyəcək. Nəhayət, R.Mehdiyev ifşa olunub, həbs edildiyi kimi, Əli Kərimli, Cəmil Həsənli, İsa Qəmbər və Arif Hacılı da istintaqa cəlb edilməklə, həbs olunacaqlar. Bununla da onların iki və çoxtərəfli oyunları sona çatacaq. Həm də siyasi varlıqlarına son qoyulacaq, oyuncaq partiyaları tarixin arxivinə göndəriləcək.

İLHAM ƏLİYEV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:275
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 12 Noyabr 2025 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see356

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see329

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see306

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see274

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see269

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see260

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see256

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see247

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see242

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see241

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see241

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see237

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see233

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see231

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see224

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see221

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see217

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see212

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see210

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri