Icma.az
close
up
RU
Azərbaycan və Gürcüstan yeni geoiqtisadi güc mərkəzi yaradır TƏHLİL

Azərbaycan və Gürcüstan yeni geoiqtisadi güc mərkəzi yaradır TƏHLİL

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Bu tandem Cənubi Qafqazın gələcəyini müəyyənləşdirir Bakı–Tbilisi ittifaqı Cənubi Qafqazda yeni güc mərkəzi yaradır

Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi və regional əməkdaşlığın yeni istiqamətlər üzrə inkişaf etdirilməsi istiqamətində mühüm müzakirələr aparılıb. Gürcüstanın Kaxeti bölgəsinin Siqnaxi şəhərində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin həmsədrliyi ilə iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 11-ci iclası keçirilib. İclasda Azərbaycan-Gürcüstan münasibətlərinin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri nəzərdən keçirilib, ticarət-iqtisadi əlaqələrin, qarşılıqlı investisiyaların, enerji və nəqliyyat-tranzit əməkdaşlığının genişləndirilməsi, eləcə də kənd təsərrüfatı, ekologiya, mədəniyyət və humanitar sahələrdə birgə fəaliyyətin gücləndirilməsi məsələləri müzakirə olunub. Tərəflər beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı, Orta Dəhlizin tranzit imkanlarının artırılması, yaşıl enerji dəhlizinin yaradılması və sərhəd-keçid infrastrukturunun təkmilləşdirilməsi istiqamətində əməkdaşlığın əhəmiyyətini vurğulayıblar. Görüşdə iki ölkə arasında siyasi dialoqun yüksək səviyyədə olduğu, qarşılıqlı səfərlərin və əldə olunmuş razılaşmaların əlaqələrin strateji xarakterinin möhkəmləndirilməsinə mühüm töhfə verdiyi qeyd edilib. İqtisadi əməkdaşlığın müsbət dinamikası, ticarət dövriyyəsinin artması və investisiya layihələrinin uğurla həyata keçirilməsi də xüsusi diqqət mərkəzində olub.

İclasın yekununda Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlığın daha da dərinləşdirilməsinə xidmət edən birgə hökumətlərarası komissiyanın 11-ci iclasının Protokolu imzalanıb.

Politolo Tural İsmayılov Sherg.az-a bildirib ki, Azərbaycan və Gürcüstan arasında keçirilən hökumətlərarası komissiyanın 11-ci iclası Cənubi Qafqazda regional əməkdaşlığın möhkəmləndirilməsi və iki ölkənin strateji tərəfdaşlığının yeni mərhələyə daşınması baxımından mühüm siyasi və iqtisadi əhəmiyyət daşıyır:

“Siqnaxidə keçirilən görüşün gündəliyi göstərir ki, Bakı və Tbilisi münasibətlərə dar çərçivəli ikitərəfli əməkdaşlıq kimi deyil, regionun gələcək iqtisadi arxitekturasına, nəqliyyat-kommunikasiya əlaqələrinə və enerji təhlükəsizliyinə təsir göstərən strateji tərəfdaşlıq modeli kimi yanaşırlar. Azərbaycan və Gürcüstan münasibətlərinin əsas üstünlüyü ondan ibarətdir ki, bu əməkdaşlıq uzun illər ərzində siyasi etimad, qarşılıqlı maraqlar və konkret iqtisadi layihələr üzərində formalaşıb. Prezident İlham Əliyevin aprel ayında Gürcüstana dövlət səfəri və Gürcüstan Baş nazirinin may ayında Azərbaycana səfəri zamanı əldə olunan razılaşmaların hökumətlərarası komissiyanın gündəliyində öz əksini tapması siyasi dialoqun praktik nəticələrə çevrildiyini göstərir. Əslində, yüksək səviyyəli siyasi münasibətlərin davamlı iqtisadi əməkdaşlıqla tamamlanması iki dövlət arasında tərəfdaşlığın institusional əsaslarını daha da gücləndirir. Ticarət dövriyyəsinin cari ilin ilk doqquz ayında 42 faiz artaraq 1 milyard dollara yaxınlaşması xüsusi diqqət çəkir. Bu göstərici iki ölkə arasında iqtisadi əlaqələrin genişləndiyini, qarşılıqlı bazar imkanlarının artdığını və biznes dairələrinin əməkdaşlıq üçün daha əlverişli şərait əldə etdiyini nümayiş etdirir. Azərbaycanın Gürcüstan iqtisadiyyatına əsas investor ölkələrdən biri olması isə münasibətlərin iqtisadi dayanıqlılığını artıran mühüm amildir. Tbilisidə Azərbaycan investoru tərəfindən yeni hotel layihəsinin həyata keçirilməsi də bu əməkdaşlığın real iqtisadi müstəvidə genişləndiyini göstərir”.

Analitik qeyd edib ki, Energetika sahəsi Azərbaycan-Gürcüstan tərəfdaşlığının strateji dayaqlarından biridir:

“ Bakı-Tbilisi-Ceyhan neft kəməri və Cənub Qaz Dəhlizi iki ölkənin regional və beynəlxalq miqyasda nə qədər mühüm geoiqtisadi rol oynaya bildiyini sübut edən layihələrdir. Bu infrastruktur Azərbaycanın enerji resurslarının dünya bazarlarına çıxarılmasına, Gürcüstanın tranzit imkanlarının genişlənməsinə və Avropanın enerji təhlükəsizliyinin güclənməsinə xidmət edir. İndi isə əməkdaşlığın bərpaolunan enerji istiqamətində genişləndirilməsi yeni perspektivlər yaradır. Yaşıl enerjinin Avropaya nəqlini nəzərdə tutan layihə Azərbaycan və Gürcüstanın gələcək enerji xəritəsində mövqelərini daha da möhkəmləndirə bilər. Görüşün ən mühüm istiqamətlərindən biri də nəqliyyat və tranzit əməkdaşlığıdır. Müasir geosiyasi və iqtisadi şəraitdə beynəlxalq nəqliyyat marşrutlarının əhəmiyyəti sürətlə artır. Azərbaycan və Gürcüstan Orta Dəhlizin əsas iştirakçıları kimi bu marşrutun rəqabət qabiliyyətinin yüksəldilməsində ortaq maraqlara malikdirlər. Xüsusilə Ağstafa–Qardabani istiqamətində yeni birgə sərhəd-keçid məntəqəsinin yaradılması təşəbbüsü mühüm praktiki addımdır. Bu layihə sərhəd prosedurlarının optimallaşdırılması, yükdaşımaların sürətləndirilməsi və iki ölkənin tranzit infrastrukturunun daha səmərəli əlaqələndirilməsi baxımından əhəmiyyətlidir. Belə təşəbbüslər Azərbaycanın Şərq-Qərb nəqliyyat xəttində strateji mövqeyini daha da gücləndirir”.

Ekspert əlavə edib ki, diqqətçəkən məqamlardan biri də əməkdaşlığın iqtisadi və nəqliyyat sahələri ilə məhdudlaşmamasıdır:

“ Kür çayı hövzəsinin mühafizəsi, transsərhəd su ehtiyatlarının səmərəli idarə olunması, kənd təsərrüfatı, baytarlıq və bitki karantini sahələrində razılaşmalar iki ölkənin uzunmüddətli maraqlarına xidmət edir. Çünki müasir dövlətlərarası münasibətlərdə su təhlükəsizliyi, ərzaq təminatı və ekoloji dayanıqlılıq iqtisadi inkişafın ayrılmaz komponentlərinə çevrilib. Bu istiqamətlərdə koordinasiyanın gücləndirilməsi gələcəkdə qarşılıqlı ticarət üçün əlavə imkanlar yaradacaq. Azərbaycan və Gürcüstanın beynəlxalq təşkilatlarda suverenlik və ərazi bütövlüyü məsələlərində nümayiş etdirdiyi qarşılıqlı dəstək də münasibətlərin siyasi mahiyyətini müəyyənləşdirən mühüm amildir. Hər iki dövlətin milli maraqlara, ərazi bütövlüyünə və dövlət suverenliyinə verdiyi önəm regional əməkdaşlığın etibarlı siyasi zəminini formalaşdırır. Bu baxımdan tərəfdaşlıq iqtisadi dividendlərlə yanaşı, Cənubi Qafqazda sabitliyin və dövlətlərarası etimadın möhkəmlənməsinə də töhfə verir. Ümumilikdə, Siqnaxi görüşü Azərbaycan-Gürcüstan münasibətlərinin yeni imkanlar və konkret layihələr əsasında inkişaf etdiyini göstərir. Bakı və Tbilisi artıq formalaşmış strateji tərəfdaşlığı müasir çağırışlara uyğunlaşdıraraq enerji, nəqliyyat, investisiya, yaşıl iqtisadiyyat və humanitar əməkdaşlıq istiqamətlərində daha geniş gündəlik müəyyənləşdirirlər. Azərbaycanın regional təşəbbüsləri, tranzit potensialı və enerji imkanları Gürcüstanla əməkdaşlığın əhəmiyyətini daha da artırır. Bu münasibətlərin güclənməsi isə Cənubi Qafqazın beynəlxalq nəqliyyat və iqtisadi sistemdə daha mühüm mövqe qazanmasına xidmət edən əsas amillərdən biridir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://sherg.az
archiveBu xəbər 30 Oktyabr 2026 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri