Icma.az
close
up
RU
Əli Kərimlinin ABŞ dakı qüvvələrin bostanına daş atması təəccüb doğurur ANALİZ

Əli Kərimlinin ABŞ dakı qüvvələrin bostanına daş atması təəccüb doğurur ANALİZ

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İllərlə ABŞ-ın qaranlıq dairələrinin maddi və mənəvi yardımları ilə bəslənən Əli Kərimli indi onlara təpik atır

Dağıdıcı müxalifətin əsas simalarının siyasi riyakarlığı haqqında uzun-uzadı danışmağa və ya dəlil, sübut göstərməyə ehtiyac yoxdur. “Görünən dağa nə bələdçi” el məsəlində deyildiyi kimi Əli Kərimlinin, İsa Qəmbərin, Cəmil Həsənlinin və digərlərinin üzdə bir söz, arxada başqa bir mövqe sərgiləmələri, fəaliyyət yolu tutmaları hər kəsə bəlli olan faktdır. Ona görə də, yaxın ətrafı belə dağıdıcı ünsürlərə inamsız yanaşırlar. Dəfələrlə Əli Kərimli İsa Qəmbərlə əməkdaşlığa dair razılaşmalar əldə edib, müxtəlifyönümlü blok və qurumlar yaradıblar. Lakin az sonra həmin bloklar tarixin zibilliyinə atılıb. Səbəbi də tərəflərin bir-birini qəbul etməməsi və biri digərindən öndə olmaq istəyi olub. Hətta Ə.Kərimli bir qədər məsafə saxladığı müxaliflərlə bir məqamda gözlənilmədən onlara doğru addım atıb, isti əlaqələr qurduğunu nümayiş etdirib. Belə şəxslər sırasında REAL partiyasının keçmiş sədri İlqar Məmmədov, Haqq və Ədalət partiyasının sədri Əli İnsanov, Ümid partiyasının sədri İqbal Ağazadə və digərləri olub. Ancaq sular durulduqca məlum olub ki, Ə.Kərimli məqsədli şəkildə onlara qucaq açıb. Yəni birinci halda ətrafını gücləndirməyə ümid edib, ikincisi isə xaricdən əlavə qrantlar almağa çalışıb. REAL partiyasının keçmiş sədri İlqar Məmmədov, Haqq və Ədalət partiyasının sədri Əli İnsanov, Ümid partiyasının sədri İqbal Ağazadə və digərləri Ə.Kərimlinin məkrli planından xəbərdar olduqdan sonra münasibətlər pozulub. İqbal Ağazadə, Əli İnsanov, İlqar Məmmədov və digərləri işlək alət olmadıqlarını nümayiş etdirmək üçün Ə.Kərimliyə qarşı sərt mövqe nümayiş etdirdilər. Bununla kifayətlənməyən təhqir edilən zümrə Ə.Kərimlini satqın, xəyanətkar adlandırmaqla yanaşı, onunla əlaqələrini tamamilə kəsdiklərini bəyan ediblər. Bütün bu kimi ortada olan faktlar təsdiq edir ki, Ə.Kərimli müxalifətin ən hiyləgər, öz mənfəti üçün hər cür çirkin vasitə və üsullardan istifadə etməkdən çəkinməyən ünsürdür. Elə situasiya yarana bilir ki, bu zaman Ə.Kərimli illərlə ona maddi və mənəvi yardımlar göstərən ağalarına belə təpik atır, onları aşağılamaqdan, gözdən salmaqdan çəkinməyir. Son vaxtlar onun ABŞ-ın indiki prezidenti Donald Trampın və milyarder İlon Maskın ünvanına səsləndirdiyi ittihamlar daha diqqətçəkən və maraqlı görünür.

Əli Kərimli ABŞ-ın qaranlıq dairələri ilə əlaqəsini gizlətməyə çalışır

Dəfələrlə Əli Kərimli və ətrafında dolaşan trollar ABŞ-ın hakimiyyət orqanları haqqında tərifli məqalələr dərc edib, ütülü fikirlər səsləndiriblər. Ə.Kərimli o şəxsdir ki, Baydeni, Obamanı, eləcə də D. Trampı (birinci prezidentlik dövründə) dünya ölkələrində azad və demokratik cəmiyyətlərin qurulmasında fədakar liderlər adlandırmışdır. İndi isə Ə.Kərimli əsl simasını nümayiş etdirir. Bildirir ki, Tramp demokratik dünyanın qurulmasına təhdid siyasəti aparır. Bir qədər də dərinə gedən Ə.Kərimli ABŞ nümayəndələr palatasının 40-a yaxın üzvünün Trampa qarşı impiçtment məsələsinin Konqresdə müzakirə edilməsi təklifinin, ABŞ xalqının maraqlarını ifadə etdiyini bildirib. Sual yaranır, nə baş verdi ki, Ə.Kərimli illərlə maddi və mənəvi yardımlar aldığı ABŞ-ın qaranlıq dairələrinə, müəyyən şəbəkələrinə, fondlarına qarşı ittihamlar irəli sürməyə başlayıb? Səthi araşdırma aparmaqla məlum olur ki, Ə.Kərimlini mövqeyini 180 dərəcə dəyişməyə məcbur edən, USAİD-in müəyyən layihələri maliyyələşdirməkdən imtina etməsidir. Daha doğrusu D.Trampın USAİD-i “görünməmiş miqyasda korrupsiyada” ittiham etməsi, İ.Maskın USAİD-i “cinayətkar təşkilat” adlandırması çoxları kimi Ə.Kərimlinin də narazılığına səbəb olub. Bu arada USAİD-in Azərbaycanda da fəaliyyətinin dayandırılmasına qərara verilib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə məlumat verib. O bildirib ki, ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycanda fəaliyyətinin dayandırılmasına dair ABŞ-a bildiriş göndərildiyini bildirib: “USAİD-in ölkədə fəaliyyət göstərməsi üçün hüquqi əsas olmadığı və fəaliyyətini dayandırması barədə bildiriş ABŞ tərəfinə rəsmən göndərilib”.

Mövcud faktlar və araşdırmalarla sübuta yetirilir ki, USAİD humanitar fəaliyyət adı altında Azərbaycanın dağıdıcı müxalifətinə, müstəqil media adı altında sifarişli fəaliyyət yolu tutan Meydan TV, Abzaz Media, Toplum TV kimi internet TV-lərə, saytlara və siyasiləşmiş QHT-lərə milyonlarla dollar yardımlar göstərib. Maliyyə dəstəyinin göstərilməsi ilə əsas hədəf onlar vasitəsi ilə Azərbaycanın daxili aləminə təsir göstərmək olub. Pul ayırdıqları mediaları “yeganə müstəqil media” kimi təqdim etmək və qanunsuz fəaliyyətə qarşı dövlət sanksiyalarını “söz azadlığı və müstəqil mətbuatın boğulması” kimi qələmə vermək niyyətində olub. Araşdırmalar əsasında məlum olub ki, USAİD Azərbaycanda çirkin niyyətini geniş formada qurmağa çalışıb. Hədəfləri əsasən ölkə rəhbərliyinin hədəfə alınması, Ermənistanın işğalı və Qarabağdakı rejimin mövcudluğuna “humanitar” don geyindirilməsi (bu, xüsusilə QHT-lərin Laçın yolundakı aksiyasını “humanitar fəlakət” kimi təqdim edilməsində özünü göstərmişdi), işğalçı rejimin legitimləşdirilməsinə cəhd (S.Pauerin Vardanyanla münasibətləri və korrupsiya sxemləri, Vardanyanın USAİD tərəfindən media, o cümlədən “BBC” tərəfindən təbliği), Ermənistanın Rusiyaya qarşı sanksiyaları pozması və reeksport faktlarının gizlədilməsi, əvəzində Azərbaycanın “Rusiya qazını gizli yolla Avropaya çıxaran ölkə” kimi təqdim edilməsi, Azərbaycanın etnik təmizləmə aparan ölkə kimi təqdim olunması, Azərbaycanın “diktatura və avtoritar rejim” kimi, Ermənistanın isə “demokratik ölkə” kimi təqdim olunması, ölkədə keçirilən azad, demokratik seçkilərin gözdən salınması və “saxtalaşdırılma”ya dair əsassız ittihamlar, sosial problemlərin siyasiləşdirilməsi və vətəndaş qarşıdurmasının yaradılmasına cəhdlər olub. Bu kimi pozucu niyyətlərin gerçəkləşdirilməsinə cəhdlər də Əli Kərimli, Cəmil Həsənli və digər dağıdıcı müxalifətin təmsilçiləri də fəallıq göstəriblər. Aldıqları qrantlar qarşılığında Əli Kərimli, Cəmil Həsənli və onların trolları verilən tapşırıqları, göstərişləri böyük həvəslə və fəallıqla yerinə yetiriblər. İndi isə uzun illər verilən qrantlar kəsilir. Bu isə Ə.Kərimli üçün bədbəxtçilik deməkdir. Çünki pul olmasa, o, aktiv fəaliyyət göstərə bilməz.

Əli Kərimli statusu ilə elə təsəvvür yaratmağa çalışır ki, guya Zelenskinin düşdüyü acınacaqlı vəziyyətindən üzülür

AXCP sədri Əli Kərimli uzun illər ABŞ-ın qaranlıq dairələri ilə geniş və əhatəli əməkdaşlıq edib. Hər zaman ABŞ-ın Azərbaycana qarşı qərəzli mövqe sərgiləyən fondlarından maliyyə yardımları almaqla ölkəmizdə icazəsiz aksiyalar keçirməyə çalışıb, saytlara, internet TV-lərə verdiyi açıqlamalarında dövlətimizin maraqlarına qarşı ittihamlar səsləndirib. Hazırda isə yuxarıda qeyd etdiyimiz kimi əks mövqe nümayiş etdirir. ABŞ-ı, onun prezidenti D.Trampı tənqid edir, siyasətini demokratik dünyanın qurulmasına qarşı təhdid adlandırır. Dünənə qədər Ukrayna prezidenti V. Zelenskini heçə sayan Ə.Kərimli indi fərqli fikirlər səsləndirir. Fevralın 28-də Ağ evdə baş tutan uğursuz görüşdən sonra Ə.Kərimli Zelenskinin Tramp üzərində mənəvi qələbə qazandığını qeyd edir. Onu da bildirir ki, “Zelenski qəhrəmandır və Zelenski dəfələrlə ölümlə üz-üzə gəlib, yalnız şəxsi cəsarəti və nümunəsilə xalqını həmin ağır zamanlarda kənardan labüd görünən acı məğlubiyyətdən xilas edib”.

Bir sözlə, Ə.Kərimli sosial şəbəkə hesabında paylaşımın da Trampı aşağılamağa və Zelenskini yüksəltməyə çalışıb. Ancaq həqiqət ondan ibarətdir ki, əslində Ə.Kərimli USAİD-i bağladığına və bununla da AXCP-yə ayrılan qrantlar kəsildiyinə görə, öz ağılı ilə Trampdan qisas almağa çalışır. Lakin unutmaq olmaz ki, Ə.Kərimli stabil mövqeyə malik deyil. Onun üçün şəxsi mənafeyi hər şeydən önəmlidir. Bu gün əgər ABŞ-ın qaranlıq dairələri maraqlarına zidd olmayan qərar veribsə və müvafiq olaraq Ə.Kərimli ABŞ-a qarşı ittihamlar və iddialar irəli sürürsə, sabah fərqli mövqe sərgiləyə bilər. Yəni ABŞ-ın qaranlıq dairələri ona “layihə təklifini” göndər, mesajını ünvanlasalar dərhal əski fəaliyyətini bərpa edəcək. Bunların umacı belə yoğrulub- simasız və satqın. Simasız və satqın insanda heç zaman qürur və ləyaqət hissi olmur.

İLHAM ƏLİYEV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:128
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 03 Mart 2025 16:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

66 yaşlı ingilisin əməli cəzasız qalmayıb...

18 İyul 2025 21:37see212

Mahmud Kaşqari Fondunun layihəsi əsasında çap olunan kitabların təqdimatı

19 İyul 2025 10:50see139

Putin Zelenskini görüşə çağırır, Ukrayna lideri isə “yox”deyir PƏRDƏARXASI MƏQAMLAR KONKRET

18 İyul 2025 15:15see123

Əlixan Rəcəbovdan xanımı ilə paylaşım

18 İyul 2025 12:46see116

Dünyanın ən məşhur qadın futbolçusuna şəxsi mühafizə verildi

18 İyul 2025 18:55see114

Demensiya onu məhv etdi... Artıq məşhur aktyor olduğunu belə xatırlamır

18 İyul 2025 18:54see112

Enerji içkiləri canlandırır, lakin nəticəsiz deyil...

19 İyul 2025 20:05see111

Zelenski: Fransa Ukrayna üçün əlavə “Mirage” pilotları hazırlamağa hazırdır KONKRET

18 İyul 2025 19:20see111

Mourinyo bu komandanı çalışdıra bilər

19 İyul 2025 08:26see111

Merz Netanyahuya xəbərdarlıq edir...

18 İyul 2025 18:57see110

Zəngəzur dəhlizi layihəsinin icrası ilyarım ləngiyə bilər

18 İyul 2025 19:31see110

İsti suyun yüksək təzyiqi tez bir zamanda necə azaldır?

19 İyul 2025 10:57see110

150 illik müharibə TƏHLİL

18 İyul 2025 15:57see110

Konqo hökuməti ilə M23 qruplaşması sülh sazişi ilə bağlı razılığa gəlib

20 İyul 2025 02:30see110

Sahil Babayev: Maliyyə Nazirliyindən “Yüksəliş”ə 66 nəfər qatılıb

18 İyul 2025 15:48see109

Tramp BRİKS in zəiflədiyindən danışdı

19 İyul 2025 11:50see109

Zuğulba şosesində avtomobildə baş verən yanğın sıxlığa səbəb olub

20 İyul 2025 00:19see109

Türkiyə bu halda hərbi gücə baş vuracaq Ankaranın 7 maddəlik Suriya strategiyası məlum oldu

18 İyul 2025 15:18see109

Ukraynadakı müharibə heç kimin vecinə deyil Conson

20 İyul 2025 01:14see109

Ərəblərdən “Real”a 350 milyon, futbolçuya 1 milyard

18 İyul 2025 12:25see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri