Icma.az
close
up
RU
Əli Nağıyev üçün özəl gün

Əli Nağıyev üçün özəl gün

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

Bu gün DTX rəisi, general-polkovnik Əli Nağıyevin doğum günüdür.

Noyabrın 8-i ADPU-nun məzunu, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-polkovnik Əli Nağıyevin doğum günüdür. Danılmaz faktdır ki, general-polkovnik Əli Nağıyevin rəhbərliyi ilə ölkəmizin milli təhlükəsizlik xidmətinin fəaliyyəti yüksək səviyyədədir.

Onun peşəkarlığı nəticəsində rəisi olduğu qurum dövlətimizi terrordan, radikal qruplardan, cəsuslardan, vətən xainlərindən və bir sözlə, müxtəlif qanlı hadisələrdən rəşadətlə qoruyur.

Onu xüsusi qeyd edək ki, təkcə qonşuluqda yaşayan düşmənlərimizin onlarla terror təşkilatı var. Onların ən böyük arzusu isə xalqımızda təşviş yaratmaq, Azərbaycan dövlətinin gücünü zəiflətmək, torpaqlarını işğal etməkdir.

Bununla bağlı düşmənlərimizin məkirli planları çoxdur. Onların bu arzusunu ürəyində qoyan, hər hansı bir təxribatın ölkəmizdə baş tutmasının qarşısını zamanında alan, məhz Dövlət Təhlükəsizlik Xidmətinin peşəkar rəisi – general-polkovnik Əli Nağıyev və onun tabeliyində olan əməkdaşlarıdır.

General-polkovnik Əli Nağıyev son dərəcə güclü, soyuqqanlı, iradəli, mübariz, cəsarətli və haqsevər insandır.

Uzaqgörənliyi onu heç vaxt yanıltmır. Ömrü ədalətsizliklə mübarizədə keçib və hər zaman da bu mübarizədə qalib olur. Çünki Tanrı yaxşı və xeyirxah əməllərinə görə onu qoruyur. O, el oğlu, el adamıdır.

Əli Nağıyevi heç nəyə asanlıqla inandırmaq olmur, amma inandıqlarını müdafiə etməkdə də israrlıdır. Onun meyarı həyatda və iş fəaliyyətində hər zaman dəqiqlik, ədalət və haqq tərəfdarı olmaqdır.

Cənab general rəhbərlik etdiyi qurumda sağlam mühit yaratmağı da bacarıb. Tabeliyində olan əməkdaşlarına qarşı tələbkar olduğu qədər də qayğıkeşdir. O, peşəkar kadrlara qiymət verir, qurumun müasir avadanlıq və cihazlarla təmin olunmasında əlindən gələni əsirgəmir. Vəzifəsində çox ciddi, məsuliyyətli və ədalətlidir.

Bu gün qürurla deyə bilirik ki, Azərbaycan Respublikasının terrorun hədəfinə tuş gəlməməsi əsasən dövlət başçısı cənab İlham Əliyevin düzgün xarici və daxili siyasəti, həmçinin ölkəmizin təhlükəsizlik xidmətinin fəaliyyəti ilə bağlıdır.

Buna görə də xalq inamlıdır, bilir ki, dövlətimizin təhlükəsizliyi əmin əllərdədir. General-polkovnik Əli Nağıyev həm də xoşbəxt insandır. Çünki onun doğum günü xalqımız üçün xüsusi önəm daşıyan bir günə – 8 Noyabr Zəfər Günü bayramına təsadüf edir.

Artıq 3-cü dəfədir ki, general-polkovnik doğum gününü qazanılmasında iştirakı, əməyi, xüsusi fəaliyyəti olan Zəfər bayramı günündə qeyd edir. Bu da Allahın gözəl yazısıdır.

Cənab general, Sizi həm Zəfər Günü, həm də doğum günü münasibəti ilə ürəkdən təbrik edir, möhkəm cansağlığı, çətin və şərəfli işinizdə yeni-yeni uğurlar arzulayırıq.

Əli Nağı oğlu Nağıyev 1958-ci il noyabrın 8-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olub.

1981-ci ildə Azərbaycan Pedaqoji İnstitutunda ali təhsil alıb. Əmək fəaliyyətinə 1975-ci ildə başlayıb.

Bir müddət Abşeron rayonunun Xırdalan şəhərində məktəbdə müəllim işləyib. 1986-cı ildə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Ali kurslarını bitirdikdən sonra Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin və Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əməliyyat strukturlarında məsul vəzifələrdə xidmət edib.

Azərbaycan Respublikası Prezidentinin 27 mart 2002-ci il tarixli 680 nömrəli Fərmanı ilə göstərdiyi yüksək peşəkarlığa, cəsarətə və igidliyə görə “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.

Azərbaycan Prezidentinin 16 mart 2005-ci il tarixli Sərəncamı ilə Əli Nağıyev Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini təyin olunub. 27 mart 2006-cı il tarixli Sərəncamla isə Əli Nağıyevə general-mayor ali hərbi rütbəsi verilib.

Təhlükəsizlik orqanlarında xidmət etdiyi müddət ərzində çoxsaylı dövlət təltiflərinə və digər mükafatlara layiq görülüb. 2011-2019-cu illərdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsində işləyib Azərbaycan Respublikası Prezidentinin 5 avqust 2014-cü il tarixli Sərəncamı ilə Əli Nağıyevə III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib.

Dövlət başçısının 28 sentyabr 2018-ci il tarixli Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub. Prezident İlham Əliyevin 20 iyun 2019-cu il tarixli Sərəncamı ilə Əli Nağıyev Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilib.

Dövlət başçısının 27 iyun 2019-cu il tarixli Sərəncamı ilə Əli Nağıyevə general-leytenant ali hərbi rütbəsi verilib. Cənab Prezidentin 7 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Əli Nağıyevə general-polkovnik ali hərbi rütbəsi verilib.

O, təhlükəsizlik orqanlarında xidmət etdiyi müddət ərzində çoxsaylı dövlət təltiflərinə və digər mükafatlara layiq görülüb.

Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərmiş Dövlət Təhlükəsizlik Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev, dövlət başçısının 09.12.2020 il tarixli sərəncamı ilə “Zəfər” ordeni ilə təltif olunub. Təbrik edirik!

Hazırladı,

ADPU-nun Filologiya fakültəsinin müəllimi,

ETM-in elmi işçisi Aynurə Əliyeva.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:2331
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 08 Noyabr 2024 17:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see396

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see363

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see359

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see325

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see321

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see313

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see245

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see236

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see222

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see220

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see212

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see211

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see208

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see206

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see204

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see194

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see193

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see189

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see187

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri