Əli Xamenei: Düşmənin ümidləri puç olmalıdır
Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İran lideri Əli Xamenei bildirib ki, "ölkənin düşmənləri inqilabdan əvvəlki İran günlərini arzulayırlar" və bu ümid məhv edilməlidir.
Turkustan.az xəbər verir ki, İran dövlət televiziyasının məlumatına görə, Xamenei inqilabın 47-ci ildönümü münasibətilə xalqa müraciət edib.
Xamenei bildirib ki, İran xalqı 1979-cu il inqilabında qalib gələrək ölkəsini xarici müdaxilədən azad edib.
Xarici güclərin inqilabdan əvvəlki vəziyyəti bərpa etmək istədiklərinə diqqət çəkən Xamenei, düşmənin bu mövzudakı ümidlərini puç etməyin vacibliyini bildirdi.
Xamenei aşağıdakıları qeyd etdi:
"Milli güc raket və təyyarələrdən daha çox xalqın iradəsindən və müqavimətindən asılıdır. Xoşbəxtlikdən, siz müqavimətinizi və iradənizi nümayiş etdirdiniz. Bunu müxtəlif tədbirlərdə bir daha göstərin. Düşməni ümidsizliyə salın. Əgər düşmən ümidsiz deyilsə, bir millət daim zülmə və təqiblərə məruz qalacaq. Düşmənin ümidini qırmaq lazımdır."
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 09 Fevral 2026 21:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















