Icma.az
close
up
RU
Əliağa Vahid ölü yiyələrindən niyə küsmüşdü? Qızından atası ilə bağlı maraqlı xatirə

Əliağa Vahid ölü yiyələrindən niyə küsmüşdü? Qızından atası ilə bağlı maraqlı xatirə

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Atam onun sözünün üstünə söz deyilməsini xoşlamazdı. Sözünü ikinci dəfə dəyişməyə məcbur edəndə çox əsəbiləşirdi”.

Moderator.az xəbər verir ki, bunu Musavat.com-a açıqlamasında Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, qəzəlxan Əliağa Vahidin qızı Firəngiz İsgəndərova deyib.

Onun sözlərinə görə, atasının prinsipləri olduqca sərt idi və yazdığı sözə xüsusi həssaslıqla yanaşırdı:

“Atam tez-tez başdaşı üçün şeirlər, hikmətli sözlər yazardı. Bir dəfə yenə kimsə vəfat etmişdi və ondan başdaşı üçün şeir yazmasını xahiş etdilər. Atam da yazdı. Amma mərhumun yaxınları gəlib dedilər ki, misralardan birində dəyişiklik etsin. Atam buna əsəbiləşdi və dedi: “Nə? Sən mənim yazdığım sözü bəyənmirsən?” Sonra da küsüb dedi ki, məni öldürsələr belə, bir misra da dəyişmərəm”.

Firəngiz İsgəndərova bildirib ki, Əliağa Vahid həmin gün bağdakı taxta stulda tək oturaraq incikliyini göstərib:

“Atamın bağda bir taxta stulu vardı. Durdu getdi, küsüb həmin stulda oturdu. Anam ona dedi: “Ay Vahid, ayıbdır, camaatın ölüsü var, hava da istidir, misranı dəyiş, getsinlər”. Amma atam qəti şəkildə “yazmaram” dedi”.

Anasının vəziyyəti yumşaltmaq üçün qonaqlara çay süzüb, üzüm dərərək süfrəyə qoyduğunu deyən Firəngiz İsgəndərova hadisənin gözlənilməz məqamını da xatırladıb:

“Hər kəs sakitcə gözləyirdi ki, atamın hirsi soyusun. Birdən bağda anamı ilan sancdı. Qonaqlar dərhal bağa qaçdılar, anama kömək etdilər, onu xilas etdilər. Yalnız bundan sonra atamın əsəbi yatdı. Dedi ki, bu kişilər mənim arvadımı xilas etdilər, mən misranı dəyişəcəyəm. Beləliklə, misrada dəyişiklik etdi və mərhumun yaxınları razı halda çıxıb getdilər”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:95
embedMənbə:https://moderator.az
archiveBu xəbər 11 Yanvar 2026 12:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see285

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see265

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see194

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see189

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see181

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see162

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see153

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see148

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see146

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see145

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see137

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see136

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri