Icma.az
close
up
RU
Əlil şəxslərin və təşkilatlarının COP tədbirlərində iştirakının təşviqi

Əlil şəxslərin və təşkilatlarının COP tədbirlərində iştirakının təşviqi

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Əlil Təşkilatları İttifaqı Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Agentliyinin maliyyə dəstəyi ilə “Yaşıl Dünya Naminə İnklüzivlik” layihəsini həyata keçirir. Əsas məqsəd əlillik mövzusunun COP gündəliyinə salınması və əlilliyi olan şəxslərin COP-larda iştirakının təmin olunmasını təşviq etməkdir. Layihə üzrə beynəlxalq partnyor təşkilat Ərəb Ölkələri Əlilliyi olan Şəxslərin Təşkilatları Birliyidir.  Bu barədə XQ-yə Əlil Təşkilatları İttifaqından verilən xəbərdə deyilir.

Bildirilir ki, layihənin fəaliyyət planı çərçivəsində Ərəb Ölkələri Əlilliyi olan Şəxslərin Təşkilatları Birliyi, Avropa Əlillik Forumu, Beynəlxalq Əlillik  Alyansı, Orta Asiya ölkələrinin əlilliyi olan şəxslərin təşkilatları və Azərbaycan Əlil Təşkilatları İttifaqının üzvlərindən ibarət Koalisiya yaradılmışdır. Bu şəbəkənin müntəzəm görüşləri keçirilir. Qeyd olunan təşkilatların nümayəndələri üçün “İqlim dəyişmələrinin əlilliyə təsiri, əlilliyi olan şəxslərin və onların təşkilatlarının COP-larda iştirakçılığı” mövzusunda 2 günlük beynəlxalq təlim keçirilmişdir. 

Əlil Təşkilatları İttifaqındən verilən xəbərə görə, “COP tədbirlərində əlillik ilə bağlı problemlərin daxil edilməsi və əlilliyi olan şəxslərin, onların təşkilatlarının COP tədbirlərində daha geniş şəkildə iştirakının təşviqi üçün milli və beynəlxalq təşəbbüslər” adlı dəyirmi masa keçirilmişdir. Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimli 8 noyabr Zəfər günü münasibəti ilə iştirakçılara təbriklərini çatdırmış, şəhidlərin ruhu yad olunmuşdur. Sonra layihə və iqlim dəyişməsinin yaratdığı fəsadlar, onların əlilliyə təsiri barədə təqdimat etmişdir.

Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Qarabağ Dirkəliş Fondu, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), Hüquq və İnsan Hüquqları İnstitutu, Sosial Tədqiqatlar Mərkəzinin, QHT nümayəndələri gündlikdə duran məsələ ilə əlaqədar çıxış edib təkliflərini veriblər.

Növbəti tədbir noyabrın 20-də COP29-da Yaşıl zonada milli və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə keçiriləcəkdir.

Z.HÜSEYNOVA

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Noyabr 2024 13:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see250

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see228

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see211

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see209

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see203

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see189

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see178

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see164

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see162

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see155

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see147

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see145

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see141

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see140

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see139

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see139

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see138

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see137

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri