Əlilliyi olan 1600 dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 29 sentyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 1 nömrəli Uşaq Reabilitasiya Mərkəzinin xidmətlərindən yararlanan uşaqlar üçün növbəti hippoterapiya seansı təşkil edilib.
Agentlikdən AZƏRTAC-a verilən məlumata görə, atlarla təmas və xüsusi məşğələlər əsasında həyata keçirilən hippoterapiyanın məqsədi əlilliyi olan şəxslərdə əzələ aktivliyinin artırılması və fiziki inkişafın dəstəklənməsidir.
2022-ci ildən etibarən tətbiq olunan bu xidmət çərçivəsində əlilliyi olan 1623 şəxsə hippoterapiya xidməti göstərilib.
Beynəlxalq təcrübədə geniş tətbiq olunan hippoterapiya əlilliyi olan şəxslərin emosional və psixoloji vəziyyətinin yaxşılaşdırılmasına da müsbət təsir göstərir. Xüsusilə autizm spektr pozuntusu, Daun sindromu, serebral iflic, nitq pozuntuları və digər xüsusiyyətləri olan uşaqların sosial-psixoloji və fizioterapevtik reabilitasiya prosesində bu xidmətdən istifadə olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 29 Sentyabr 2026 17:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















