Şagird aksiyalarında 1300 dən çox insan yaralandı FOTOLAR
Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.
Fransada təhsil şəraitinin yaxşılaşdırılmasını tələb edən şagirdlərin etirazları kütləvi hal alıb. Aksiyalar zamanı minlərlə insan saxlanılıb, 1300-dən çox şəxs isə xəsarət alıb.
“Yeni Sabah” xəbər verir ki, sentyabrın 17-dən bəri davam edən etirazlar nəticəsində Fransada 7950 nəfər saxlanılıb, 26 nəfər barəsində həbs qərarı verilib. Saxlanılanların 85 faizinin 18 yaşdan kiçik olduğu bildirilib. Fransa hökumətinin açıqladığı məlumatlara görə, etirazlar zamanı 937 hüquq-mühafizə orqanı əməkdaşı, 149 təhsil işçisi və 248 şagird xəsarət alıb. Beləliklə, yaralananların ümumi sayı 1300 nəfəri ötüb.
Paytaxt Parisdə başlayan aksiyalar sonradan ölkənin müxtəlif şəhərlərinə yayılıb. Etirazlar səbəbindən bəzi məktəblərdə dərslər dayandırılıb. pizza
Rona prefekturası Lion şəhərində keçirilməsi nəzərdə tutulan şagird etirazını ictimai asayiş üçün təhlükə yarada biləcəyi səbəbindən qadağan edib.Qurumun məlumatına görə, şəhərdə 13 lisey və 3 universitetdə aksiyalar səbəbindən tədris prosesi pozulub.Etirazlar zamanı polisin davranışı da müzakirələrə səbəb olub. Fransada polis fəaliyyətinə nəzarət edən Milli Polis Baş Müfəttişliyi aksiyalar zamanı baş verdiyi iddia olunan polis zorakılığı ilə bağlı 36 araşdırmaya başlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 15 Oktyabr 2026 22:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















