Əlilliyi olan şəxslər üçün yoqa və səs terapiyası təşkil olunub
Icma.az, Sia Az saytına istinadən bildirir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Şağan Reabilitasiya Pansionatında “Ruhun səyahəti” adlı yoqa və səs terapiyası təşkil edilib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, tədbirdə Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən mərkəzlərdə reabilitasiya xidmətinə cəlb olunmuş 30 nəfərdən çox əlilliyi olan şəxs iştirak edib.
Yoqa təlimini Qafar Qənizadə və səs terapiyasını isə İlhamə Babayeva həyata keçirib. Yoqa ilə müntəzəm məşğul olmaq emosional fona, stresə davamlılığa, dayaq-hərəkət aparatının və qan dövranı, ürək-damar və tənəffüs sisteminin fəaliyyətinə müsbət təsir göstərir.
Bu baxımdan yoqa təlimləri alternativ reabilitasiya metodu kimi mərkəzlərdə davamlı olaraq həyata keçirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 03 Sentyabr 2025 12:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















