Əliməmməd Nuriyev: Hazırda amnistiya ilə bağlı hazırlıq yoxdur
Reyting.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Hazırda ölkədə amnistiya ilə bağlı hazırlıq yoxdur".
Bunu "Report"a açıqlamasında "Konstitusiya" Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib.
O, bu məsələ ilə bağlı müxtəliflər təkliflərin səsləndirildiyini vurğulayıb:
"Bu il konstitusiyanın 30-cu, Vətən müharibəsindəki zəfərimizin isə beşinci ildönümüdür. Amnistiyanın qəbul edilməsi Milli Məclisə aid mıəsələdir. Ümumiyyətlə, amnistiya haqqında qərar dörd-beş illik fasilələrlə qəbul olunur. Sonuncu amnistiya qərarı 2021-ci ildə qəbul edilib. Növbəti amnistiya qərarının qəbulu üçün zəruri şərtlər də var. Bununla belə, müvafiq qərarın nə vaxt qəbul ediləcəyi məlum deyil".
Fond rəhbəri indiyə qədər Ümummilli Lider Heydər Əliyev tərəfindən 33, Prezident İlham Əliyev tərəfindən isə 37 əfv sərəncamının imzalandığını, o sənədlərin 10 mindən çox məhkuma şamil edildiyini xatırladıb:
"Sonuncu əfv sərəncamı bu il imzalanıb. Hazırda Əfv Komissiyasının Katibliyi fasiləsiz işləyir, müvafiq məlumatlar toplanır".
Bu mövzuda digər xəbərlər:İctimai şuralar araşdırlmalıdır! Əliməmməd Nuriyev
04 Dekabr 2024 14:28
Yas mərasimlərinə milyonlarla pul xərclənir Əliməmməd Nuriyev
22 Sentyabr 2025 17:59
Əliməmməd Nuriyev yas mərasimlərinin sadələşdirilməsinin hüquqi tərəfindən DANIŞDI
06 Sentyabr 2025 12:32
Vardanyan “siyasi məhbusdur” kampaniyası iflasa ugrayır ƏLİMƏMMƏD NURİYEV
14 Mart 2025 18:22
Əliməmməd Nuriyev İpoteka Fondunun rəhbərliyini gəlirləri gizəltməkdə günahlandırdı
01 Oktyabr 2025 10:04
Baxış sayı:43
Bu xəbər 06 Noyabr 2025 13:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















