Icma.az
close
up
RU
Əlimiz tətikdə gözləyirik deyən İrann hərbi gücü nə qədərdir? SİYAHI

Əlimiz tətikdə gözləyirik deyən İrann hərbi gücü nə qədərdir? SİYAHI

Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Trampın İranla bağlı açıqlamaları Yaxın Şərqdə gərginliyi bir daha pik həddə çatdırıb.

"Unikal" xəbər verir ki, Tramp "Nəhəng bir donanma İrana doğru gedir. Növbəti hücum daha pis olacaq" deyərkən, Tehran administrasiyası danışıqlara açıq olduqlarını, lakin istənilən hücuma "əvvəllər heç olmadığı qədər" cavab verəcəklərini bildirib.

ABŞ Dövlət Katibi Marko Rubionun təxminən 40.000 Amerika əsgərinin İran raketlərinin hədəf dairəsində olması barədə açıqlaması gərginliyi daha da artırıb. İran Rubioya sərt cavab verib. İran "Əllərimiz tətikdə gözləyirik" mesajı ilə mümkün hücuma hazır olduğunu bəyan edib. Bölgədə müharibə ehtimalının yenidən artması İranın hərbi gücü və potensial münaqişəyə nə qədər davam gətirə biləcəyi ilə bağlı müzakirələrə də səbəb olub.

Sanksiyalara və illərlə davam edən təzyiqlərə baxmayaraq, İran, xüsusən də şəxsi heyət və raket gücü baxımından fərqlənir.

Aktiv qoşunların sayı: 610.000 – 650.000

Ehtiyat qoşunlar: Təxminən 350.000

Bu rəqəmlərlə İran dünyanın ən böyük 15 ordusu arasında yer alır.

İran Hərbi Hava Qüvvələri əsasən 1979-cu il inqilabından əvvəl istehsal olunmuş ABŞ istehsalı olan F-14 təyyarələrindən, eləcə də Sovet və Çin istehsalı olan təyyarələrdən ibarətdir. Lakin İran hava gücündəki boşluğu pilotsuz uçuş aparatları və raket texnologiyası ilə aradan qaldırmağa çalışır.

Ümumi təyyarə sayı: 550 – 640
Qırıcı/tutucu təyyarələr: 150 – 180
Hücum təyyarələri: 160+
Nəqliyyat təyyarələri: 100+
Vertolyotlar: 400+
Xüsusilə "Şahid" seriyalı PUA-lar son illərdə İranın ən çox danışılan müdafiə aktivlərindən biri kimi seçilir.

Tanklar: Təxminən 2000 (T-72S, Zülfiqar və Karrar)
Zirehli nəqliyyat vasitələri: 4300+
Birdən çox raket buraxıcısı: 1900+
Artilleriya sistemləri: 2700+

İranın quru qüvvələri sayca güclü olsa da, müasir texnologiya və hava dəstəyi baxımından Qərb ordularından geri qalır. İranın ən güclü sahələrindən biri onun raket proqramıdır.

Ballistik raketlər: Şahab, Fatih, Zülfiqar, Xeybər Şakan
Mənzil: 2000 – 2500 km (İsrail və Şərqi Avropanı əhatə edir)
Hava müdafiəsi: Rusiya S-300 və yerli Baver-373 (S-400-ə ekvivalent olduğu iddia edilir).

BBC-nin təhlilinə görə, ABŞ-ın İrana qarşı mümkün hərbi müdaxiləsi aşağıdakı ssenarilərə səbəb ola bilər:

Məhdud və həssas əməliyyatlar: Nüvə obyektləri və raket bazaları hədəfə alına bilər.
"Venesuela modeli": Hökumət devrilmir, əksinə geri çəkilməyə məcbur edilir.
Hərbi idarəetmə ehtimalı: İnqilab Keşikçiləri nəzarəti ələ ala bilər.
ABŞ bazalarına qarşı qisas: Bölgədəki Amerika obyektləri hədəfə alına bilər.
Hörmüz boğazının bağlanması: Neft və qaz qiymətləri qlobal miqyasda sürətlə artır.
ABŞ hərbi gəmisinin vurulması: Böyük hərbi və siyasi böhran baş verərdi. Xaos və vətəndaş müharibəsi: 93 milyon əhalisi olan bir ölkə üçün böyük bir humanitar böhran riski yarada bilər.

Nuranə Abbasova 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:214
embedMənbə:https://unikal.az
archiveBu xəbər 29 Yanvar 2026 19:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri