Icma.az
close
up
RU
Əlincə qalasının sirri...

Əlincə qalasının sirri...

Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Birinci yazı: Yeraltı yollar

Naxçıvan səfərini təklif edən və oranı dünyalar qədər sevən və tanınması üçün bütün gücü ilə çalışan əziz dostum Emin Tarverdiyev -lə plan quranda mənim Əlincə sirrləri barədə dediklərimi qeyd edirdi. Dostum qalaya getmək və araşdırmaq üçün bütün gücünü ortaya qoymuş idi. Naxçıvanın bütün əfsanələrinin üzə çıxarılması üçün nə qədər dəstək lazım olsa verəcəyini bildirən  dostum Eminin bir hədəfi var: Naxçıvan dünyada qədim yurd olması haqqını göstərməlidir.  Bəli, artıq biz Naxçıvandayıq və EMİN məni Əlincə qalasına, 8 yaşımdan görmək istədiyim xəyalımın yanına aparır. 

Yazılı mənbələrdə adı "Alıncaq”, "Alancıq” , "Əlincək” və "Əlincə” şəklində çəkilən qala Naxçıvan-Culfa yolunun kənarında, Əlincəçayın sağ sahilində dağ üstündə yerləşir.

Qədim türk dilində dağın təpəsi anlamını verən "alın” və qənimət anlamı daşıyan "alınc" mənaları da olmuşdur. Nuh dastanı ilə bağlı Şumer və Naxçıvan əfsanə və rəvayətlərdə Əlincə qalanın adı keçir.

Tarixçi və səyyahlardan Asolik (928-1018), Stefan Orbeliani (1258-1304), Ən-Nəsəvi (XIII əsr), Klavixo (XV), Övliya Çələbi (XVII) və başqaları bu qala haqqında məlumat verirlər.

Hətta türk mənbələri buranı "məhbəsi mülk” adlandırıblar.

Tədqiqatçıların araşdırmalarından məlum olur ki, Əlincə adı bu ərazilərdə yaşamış Ərinçı, yəni Əlincək tayfasının adı ilə bağlıdır. Təqribən, 2 min il bundan əvvəl həmin tayfa birliyi Əlincəqalanı inşa etmiş və özlərinin təhlükəsizliyini qorumuşdur. "Kitabi-Dədə Qorqud" dastanında da Əlincə qalası möhkəm müdafiə istehkamı kimi təsvir olunur. Dastanda üç yerdı adı çəkilir. 

Əlincə qalasının dağıdılmasının isə bir səbəbi var idi: "Müxaliflər Azərbaycan ölkəsini tutduqda, möhkəm yer onların sığınacaq yerinə çevrilməsin” 

Mənim hədəfim isə qaynaqlarda qeyd edilən yeraltı yolların mövcud olmasını öyrənmək idi. Azərbaycanın orta əsr şəhər və qalalarında ehtiyat üçün tikilmiş yeraltı gizli yolların olması haqqında xeyli məlumat mövcuddur.

 Orta əsr şəhər və qalaları düşmən mühasirəsinə düşdüyü zaman su, ərzaq, silah əldə etmək, son anda xilas olmaq üçün gizli yeraltı yolların varlığı böyük əhəmiyyət kəsb edirdi. Belə gizli yollar bəzi orta əsr qalalarında son vaxtlara qədər qalmışdır.

 Gülüstan qalasında, İsmayıllıda Qız qalasında, İncəçay kənarında salınmış Gülüstan qalasında, Gülüstanın bəzi şəhər və qalalarındakı gizli yeraltı yollar buna nümunədir. Qeyd edim ki, Bakı başda olmaqla digər yerlərdə  yeraltı gizli yollarda olan Mən Azərbaycanda bu yolların axtarışı ilə məşğulam və Əlincə qalasında da bunun olmasını araşdırmaq üçün zaman az olsa da təxmini yeri müəyyən etmək əsas hədəfim idi. 

Qədim əlyazmalarda, məktublarda, qaynaq və yazılarda qeyd edilir ki, qaladan Əlincə çayına gizli yeraltı yollar olub. Həmin gizli yolla gedib su və ərzaq gətirirmişlər özlərinə. Qaladakıların camaatla da əlaqələri olub. Camaat köməklik edirmiş mühasirə vaxtlarında. Dörd yol olub.

1) Əlincə çayın altından 

2) Xanagəha gedən yol

3) Naxçıvan şəhərinə yol

4) Haçadağa (İlandağ) gedən yol.

Hazırda o yolların yeri bəlli olsa da, orda daxil olmaq mümkün deyil. Kİfayət qədər zəhərli əqrəb və ilanlar orda məskən salıblar.

Qeyd edim ki, Əlincə qalasının bərpası zamanı yeraltı su xətləri – "kəhriz”lər aşkar olunmuşdu ki, onların altı birbaşa çıxış yolu idi.

Əlyazmalara inansaq Qalanın daşla hörülmüş qapısı var.  Məsafələri düzgün qurmaqla 4 ədəd şam yandırmaqla  divarın cənub-şərq tərəfindən qalanın qalan hissəsinə keçmək üçün dar you müəyyən etmək olar. Dörd yolun içərisinə düşmək üçün 200 metrlik dar keçidi keçmək lazımdır. Sonra isə tunelə düşürsən və tunelin içərisində yolu nəzarətdə saxlamaq və ötürmə üsulundan istifadə edərək xırda gözətçi yerləri düzəldilmişdir.

Yerli sakinlərdən orda eşitdiyim bəzi rəvayətlərə görə, bu tunellər eyni zamanda Qalanın altında  yeraltı şəhərə də aparır ki,  düşmən hücumları zamanı qala sakinlərinin sığınacaq tapdığı bir yer olmuşdur. Bəzi mənbələr yazır ki, bu qalada Atabəylər dövlətinin, Əmir Teymurun və ondan öncə də mövcud olan dövlətlərin xəzinələri yerləşib. Rusiya imperiyası və sovet dövründə bir neçə dəfə gəlib burada xəzinə axtarıblar, amma heç nə tapa bilməyiblər. Ehtimal edilir ki, bu dörd yeraltı yollardan biri həmin xəzinələrə aparan yoldur. Onu da mifik güclər qoruyur.  Bəzi ehtimallara görə də məhz xəzinələr də bu yeraltı mifik şəhərdə gizlədilir. 

Əlincə qalasının divarlarında və yeraltı tunellərində çoxlu sayda sirli yazı və işarələr vardır. Bu yazıları zaman az olduğu üçün tam təhlil etmək mümkün olmadı. İnşallah daha böyük zaman və texniki avadınlıqlarla ora səfər edəndə bu yazılar vasitəsilə yeraltı şəhər, yollar və tunellərə gedən yolu müəyyən etməyə cəhd edəcəm. Qeyd edim ki, Oğlanqala və Qazançı qalasının da tikilişi məhz Əlincə formatında olub. 

Hədəfim bəllidir. İlk səfərimdə təxmini yeri xəritələr üzərində qeyd edilən və əlyazmalarda yazılan yerləri müəyyən etmək idi. Daha hazırlıqlı və uzun müddətli səfərimdə isə o tunellər, yollar və yeraltı şəhərə keçidləri tapmaq hədəfim olacaq. 

Davamı:

1) Əlincə qalasında hansı xəzinələr var

2) Əlincə qalası Rusiyanı yer üzündən silinməsinin qarşısın necə aldı

Prof.Dr.Zaur Aliyev


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:159
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 30 İyul 2025 16:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see283

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see267

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see230

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see213

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see209

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see207

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see200

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see200

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see189

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see183

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see182

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see181

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see177

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see177

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see176

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see176

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see174

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see173

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri